Previous Next
Bağla

“Rəqəmsal akademiya” proqramında süni intellektin dövlət idarəçiliyində tətbiqi müzakirə olunub

13-11-2026 15:36
“Rəqəmsal akademiya” proqramında süni intellektin dövlət idarəçiliyində tətbiqi müzakirə olunub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və ABŞ-nin “Parallax Advisory Group” şirkətinin əməkdaşlığı ilə “Rəqəmsal akademiya” proqramının növbəti sessiyası baş tutub. 38 dövlət qurumundan 86 rəhbər şəxsin iştirak etdiyi budəfəki sessiyada dövlət idarəçiliyində süni intellekt texnologiyasının tətbiqi, qərarvermə prosesində və dövlət xidmətlərinin inkişafında yaratdığı imkanlar, tətbiq zamanı nəzərə alınmalı risklər və təşkilati yanaşmalar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xeberler.az məlumat verir ki, sessiya ərzində süni intellekt sahəsində mövcud qlobal tendensiyalar, layihələrin uğurlu tətbiqinə təsir edən əsas amillər, maşın öyrənməsinin prinsipləri, müasir süni intellekt alətləri və platformaları ilə bağlı təqdimatlar edilib. Dövlət idarəçiliyinin müxtəlif sahələrində vahid pripsiplərlə formalaşan süni intellekt ekosistemi üzrə nümunələr nəzərdən keçirilib, iştirakçılar öz qurum və struktur bölmələrinin fəaliyyətində bu texnologiyalardan istifadə imkanlarını müzakirə ediblər.

Ekspertlərin çıxışları zamanı süni intellektin qurumlarda qərarvermə prosesləri və dövlət xidmətlərinin təqdim edilməsinə təsir edən daha geniş transformasiya kimi qiymətləndirilməsinin vacibliyi bildirilib. Süni intellekt layihələrinin uğurlu tətbiqi üçün qərarvermə mərhələsində təşkilati kontekstin doğru müəyyən edilməsi, keyfiyyətli məlumatların və dövlət qurumlarında müvafiq idarəetmə səriştələrinin daim inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Proqramın ayrıca hissəsi süni intellekt layihələrinin əsasını təşkil edən data idarəçiliyinə həsr olunub. Məlumatların toplanılması və hazırlanması üzrə qabaqcıl təcrübələr, data keyfiyyətinin təmin olunması, datadan etik və məsuliyyətli istifadə prinsipləri ətrafında müzakirələr aparılıb.

“Rəqəmsal akademiya”nın bu sessiyasının növbəti modulları dekabrda keçiriləcək. Modullar ərzində rəhbərlər süni intellekt və rəqəmsal transformasiya, layihələrin idarəedilməsi və icrası ilə bağlı daha dərin bilik və təcrübə əldə edəcək, həmçinin müvafiq sahələri üzrə layihə təqdimatları üzərində işləyəcəklər.

Qeyd edək ki, 2023–2026-cı illər ərzində İRİA tərəfindən beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində keçirilən “Rəqəmsal akademiya” proqramı üzrə ümumilikdə 4 təlim proqramı təşkil edilib, 315 nəfər dövlət qulluqçusu və rəhbər vəzifəli şəxs proqramlarda iştirak edib. Bu günədək proqram çərçivəsində ümumilikdə 54 dövlət qurumu əhatə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

06-07-2026
Sinqapurun rəqəmsal inkişaf təcrübəsi araşdırılıb

Sinqapurun rəqəmsal inkişaf təcrübəsi araşdırılıb

16-04-2025
“Rəqəmsal akademiya” proqramının strateji sessiyası başa çatıb

“Rəqəmsal akademiya” proqramının strateji sessiyası başa çatıb

03-07-2025
Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcək

Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcək

05-05-2025
“Dövlət İdarəçiliyində Analitik İdarəetmə və İnnovasiya” tədbirinin bağlanışı baş tutub

“Dövlət İdarəçiliyində Analitik İdarəetmə və İnnovasiya” tədbirinin bağlanışı baş tutub

25-02-2025
Süni intellekt və dataəsaslı dövlət idarəçiliyinin imkanları müzakirə olunub

Süni intellekt və dataəsaslı dövlət idarəçiliyinin imkanları müzakirə olunub

23-10-2026
“Rəhbərlər üçün Rəqəmsal Akademiya”nın növbəti sessiyası Almaniyada keçirilib

“Rəhbərlər üçün Rəqəmsal Akademiya”nın növbəti sessiyası Almaniyada keçirilib

31-01-2025
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

25-02-2026
“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına start verilib

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına start verilib

12-10-2026
Rəqəmsal tranformasiya üzrə təlim proqramı bu gün yekunlaşır

Rəqəmsal tranformasiya üzrə təlim proqramı bu gün yekunlaşır

08-12-2023
“Süni intellekt savadlılığı” proqramı davam edir

“Süni intellekt savadlılığı” proqramı davam edir

25-12-2025
“Rəqəmsal hökumətin inkişafı” mövzusunda vörkşop keçirilib

“Rəqəmsal hökumətin inkişafı” mövzusunda vörkşop keçirilib

02-07-2026
“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

02-10-2026
Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025
İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib

İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib

06-07-2026
“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib

23-04-2026
AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

11-09-2025
Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

30-05-2025
BƏƏ ilə rəqəmsal maliyyə həllərinin tətbiqi istiqamətləri müzakirə olunub

BƏƏ ilə rəqəmsal maliyyə həllərinin tətbiqi istiqamətləri müzakirə olunub

09-12-2025
Biologiyada süni intellektin tətbiqinə dair elmi müzakirə aparılıb

Biologiyada süni intellektin tətbiqinə dair elmi müzakirə aparılıb

25-12-2025
30 min dövlət qulluqçusu süni intellekt və kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunacaq

30 min dövlət qulluqçusu süni intellekt və kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunacaq

25-09-2026
Nazir müavini Azərbaycanın intellektual iqtisadiyyat yanaşmasını təqdim edib

Nazir müavini Azərbaycanın intellektual iqtisadiyyat yanaşmasını təqdim edib

25-09-2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

23-07-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə