Previous Next
Bağla

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023 15:24
“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

Avropanı Mərkəzi və Cənubi Asiya ilə bağlayacaq rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” layihəsi 5 və 6 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilmiş "GCCM 2023" tədbirində təqdim olunub. Tədbir innovativ həlləri araşdırmaq, ideyaları bölüşmək və müxtəlif telekommunikasiya seqmentlərində işgüzar əlaqələr qurmaq üçün 40-dan çox ölkədən olan şirkətləri bir araya gətirib.

GCCM tədbiri zamanı "AzerTelecom" şirkəti Azərbaycan vasitəsilə qitələr arasında müasir telekommunikasiya infrastrukturunun yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” layihəsini təqdim edib. “Rəqəmsal İpək Yolu” Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan və digər ölkələrin ərazilərindən keçərək rəqəmsal rabitənin sərhədlərini genişləndirəcək və ucqar ərazilərə bağlantı xidmətləri təqdim edəcək.

"AzerTelecom" şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenko şirkətin digər nümayəndələri ilə birlikdə Asiya və Avropa ölkələrinin müxtəlif beynəlxalq operatorları - telekommunikasiya şirkətləri ilə görüşlər keçirib. Azərbaycanın regional bağlantı xidmətlərini yaxşılaşdırmaq üçün güclü rəqəmsal infrastrukturun qurulmasında strateji əhəmiyyəti və bunun üçün “Rəqəmsal İpək Yolu” layihəsinin icrası keçirilmiş müzakirələrin əsas mövzusu olub. Layihənin məqsədləri və üstünlükləri tədbir iştirakçılarının mühüm diqqətini çəkib.

"AzerTelecom" və "Kazakhtelecom" arasında strateji əməkdaşlıq əsasında həyata keçirilən və “Rəqəmsal İpək Yolu” meqalayihəsinin əsas komponentlərindən biri olan Transxəzər Fiber Optik Kabel Xətti layihəsi görüşlər zamanı telekommunikasiya operatorlarına təqdim olunub. Bildirilib ki, Transxəzər Fiber Optik Kabel Xətti 380 km uzunluğunda olaraq 400 terabit/s-ə qədər datanın ötürülməsini həyata keçirəcək. “Rəqəmsal İpək Yolu” marşrutunun müxtəlif seqmentlərini birləşdirməklə yanaşı, bu çoxterabitli məlumatların nəqlini təmin edəcək fiber-optik magistral xətt regionda telekommunikasiya sənayesinin inkişafına və beynəlxalq iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.

"AzerTelecom" Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. "NEQSOL Holding" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rəqəmsal İpək Yolu” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində təqdim olunub

11-10-2023

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

“Rəqəmsal İpək Yolu” layihəsi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İKT qurumlarının iştirakı ilə müzakirə olunub

17-04-2023

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

“Rəqəmsal İpək Yolu” layihəsi birinci Özbəkistan-Azərbaycan regionlararası forumunda təqdim olunub

28-02-2023

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

“AzerTelecom” və “Kazakhtelecom” memorandum imzalayıb

28-09-2022

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

18-12-2025

“Rəqəmsal İpək Yolu” layihəsi” “İnnovasiya Dövrü 2021” forumunda təqdim edilib

13-12-2021

Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb

06-08-2025

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq diqqət mərkəzində

30-03-2022

Azərbaycanın “Rəqəmsal İpək Yolu” layihəsi maraqla qarşılanır

01-11-2022

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024

"AzerTelecom" və "Kazakhtelecom" Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində müqavilə imzalayıb

23-06-2023

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir  

26-05-2022

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə