Previous Next
Bağla

“RİA Novosti” Azərbaycan ictimaiyyətinin və XİN-in narazılığına səbəb olmuş müsahibəni silib

10-06-2022 13:23
“RİA Novosti” Azərbaycan ictimaiyyətinin və XİN-in narazılığına səbəb olmuş müsahibəni silib

Rusiyanın “RİA Novosti” İnformasiya Agentliyi Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma nümayəndəsi kimi təqdim edən şəxsin bəyanatlarının əks olunduğu paylaşımı silib.

Xeberler.az bildirir ki, hazırda bu materiala giriş keçidi aktiv deyil və səhifənin mövcud olmadığını göstərir.

Xartırladaq ki, qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryan ilə geniş müsahibə Azərbaycan ictimaiyyətində ciddi narazılığa səbəb olub.

Azərbaycan XİN “RİA Novosti”nin bu paylaşımının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin müddəalarına zidd olduğunu bəyan edib.

“Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur”, - Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, hadisədən sonra “RİA Novosti” İnformasiya Agentliyinin saytına Azərbaycan ərazisində girişi qadağan olunub.

(Report.az)

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RİA Novosti agentliyi Azərbaycanda bloklanıb

04-06-2022

“Twitter” “RİA Novosti”nin səhifəsini bağlayıb

28-09-2020

«TREND» «RİA NOVOSTİ» ilə saziş imzalayıb

26-12-2008

"YouTube" Ukraynada Rusiyanın bəzi kanallarını bloklayıb

28-02-2022

"Facebook" və "Twitter" Rusiyada bloklanıb

05-03-2022

Türkiyədə “Rutube” bloklanıb

29-03-2025

XİN: Booking.com-a qarşı tədbirlər görülür

17-11-2017

Twitter dövlət KİV-nə reklam verməyi qadağan edir

20-08-2019

BBC və “Azadlıq radiosu”nun Rusiya xidmətinə girişi məhdudlaşdırılıb

04-03-2022

Donald Tramp Twitterdən istifadə səbəbini açıqlayıb

01-08-2019

Azərbaycana qarşı növbəti təxribat

06-01-2011

Azərbaycan gəncləri Rusiya və İsveçrə mobil operatorlarına qarşı kampaniyaya başlayıb

07-04-2015

RİA.Az saytına Azərbaycandan giriş 3 saatdan artıq dayandırıdı

04-08-2009

“Sputnik-Azərbaycan”nın akkreditasiyası ləğv edilib

24-02-2025

Delta Telekom ria.az saytında yaranmış problemə görə məsuliyyət daşımır

05-08-2009

Western Union Rusiyadan Azərbaycana pul köçürmələrini məhdudlaşdırıb

22-07-2019

Twitter bir neçə İran hesabını əngəlləyib

22-07-2019

“Trend”in 15 yaşı tamam oldu

04-10-2010

Kiril əlifbalı ilk domen qeydiyyata alındı

04-01-2010

Rusiyalılar internetdə ən çox nəyi axtarırlar?

12-10-2009

"Mozilla Firefox" brauzeri 50 milyon dəfə yüklənmə həddini keçdi

01-04-2011

XİN Qarabağda qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb

19-09-2023

Yaxın vaxtlarda şəhərdaxili telefonlara danışıq limiti qoyulması gözlənilmir

29-01-2009

“Diskaveri” nəhayət ki, kosmossa uçdu!!!

16-03-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə