Previous Next
Bağla

“Sahibkarlarımız İKT sektoruna pul yatırma təcrübəsinə yiyələnməlidirlər”

05-06-2014 20:32
“Sahibkarlarımız İKT sektoruna pul yatırma təcrübəsinə yiyələnməlidirlər”
Bütün dünyada İKT bazarının inkişafında özəl şirkətlər bir nömrəli təşəbbüskar kimi çıxış edirlər. Azərbaycanda və bu regionda fəaliyyət göstərən özəl sektor təmsilçiləri İT sferasında olan böyük pulları görməli və bu sahəyə maraqlarını daha da artırmalıdırlar”.
 
Bu fikirləri "ICTnews" elektron xəbər xidmətinə verdiyi açıqlamasında İKT eksperti, “Xəzər vençur” şirkətinin həmtəsisçisi Məmməd Kərimov söyləyib.
 
O bildirib ki, özəl sektorun İKT sahəsinə maliyyə yatırması istiqamətində Azərbaycan qanunvericiliyi qənaətbəxşdir. Lakin təcrübə baxımından bir qədər sıxıntıların olduğunu vurğulayan ekspertin qənaətincə, sahibkarların təcrübəsinin artırılmasında fayda var:
 
 “Yəni sahibkarlarımız İKT sektoruna pul yatırma təcrübəsinə yiyələnməlidirlər. Məsələn, mən özüm bir vençur şirkətinin həmtəsisçisiyəm. Ona görə də biz tez-tez müəyyən bir biznesə pul ayırmaq istəyən şirkət nümayəndələri ilə görüşürük.  Onların ənənəvi biznesdə təcrübələri var və bilirlər ki, müəyyən məbləğ yatırdıqdan bir müddət sonra gəlir əldə edəcəklər. Bu səbəbdən də sahibkarlarımıza ənənəvi biznes rahat görünür. Lakin bizim təklif etdiyimiz İKT bazarı özəl sektor nümayəndələri üçün yeni bir sahədir. Onlara bu, qeyri-müəyyənlik gətirir. Ona görə də sahibkarlara xarici nümunələr, bu işlərdə milyonlar qazanmış şırkətlərin təcrübələri göstərilir. Yenə də gətirilən misallar çox təsiredici olmur. Bu səbəbdən də özəl sektora bizə yaxın olan ölkələrin, yəni Türkiyə və Rusiya nümunələri göstərilir”.
 
 
Azərbaycanda “Startup”, “Etohom” kimi tədbirlərin keçirilməsinin və bura təkcə ideyası olan gənclərin deyil, eyni zamanda özəl sektorun nümayəndələrinin də dəvət edilməsinin əhəmiyyətli olduğunu deyən M.Kərimov əlavə edib ki, bu gün sahibkarların İKT sahəsinə marağı artmaqdadır:
 
 
 “Hazırda mənim şəxsi  hədəfim yerli investorları daimi olaraq bu kimi tədbirlərə cəlb etməkdir ki, Azərbaycanın İKT bazarının real olduğunu onlara göstərək. Bildirək ki, burda daha böyük pullar, daha böyük qazanclar  əldə etmək olur. Doğrudur, rəqabət çox yüksəkdir, böyük intellekt tələb edir, çox riskli bazardır. Yəni bazarın həm müsbət, həm də mənfi tərəflərini izah etmək şərti ilə, onlara geniş meydanı nümayiş etdiririk. Bilirsiniz, dövlət hər işi üzərinə götürə bilməz. Dövlət hər zaman infrastruktur və qanunvericilik tərəflərini təmin edəcək. Digər məsələləri isə özəl sektor həyata keçirməlidir”. (ictnews.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazir: “İKT sahəsində rəqabətin vəziyyəti bizi çox da qane etmir”.

22-01-2011

Osman Gündüz : " İKT sahəsi elə bir sahədir ki, bu sahəyə yatırılan sərmayələrin qayıtması müəyyən müddət tələb edir"

10-04-2013

Azərbaycanda milli informasiya təhlükəsizliyini təmin edəcək qurum yaradılacaq

10-12-2008

“CeBIT Bilişim Eurasia 2010” informasiya texnologiyaları sərgisinə start verilir.

07-10-2010

Azərbaycanda ilk dəfə mobil biznes mövzusunda konfrans keçiriləcək

19-03-2012

“Mitsubishi”nin vitse-prezidenti: “Bazarın tələbatını dəqiqləşdirmək üçün azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlıq etmək istərdik”

11-03-2013

Azərbaycanda texnoparkların iştirakçıları üçün güzəştli şərtlər tədbiq edir

10-04-2013

Azərbaycanda İKT Qızlar Günü keçiriləcək

10-09-2013

Özəl provayderlər tarifləri endirməyə tələsmirlər

13-06-2010

Osman Gündüz: İKT bazarında o zaman uğur əldə etmək olar ki, burada azad rəqabət olsun

31-03-2013

İlham Əliyev: İKT növbəti illər üçün prioritet olmalıdır

29-05-2012

Azərbaycanda rabitə müəssisələrinin özəlləşdirilməsinə hazırlıq gedir

22-01-2011

“Startapçılar lokal düşünüb qlobal layihələr reallaşdıra bilməlidir”

04-07-2013

Nazir müavini: Elmir Vəlizadə: “Yeni həllərin tətbiq edilməsi üçün həm dövlət, həm də özəl sektorda geniş imkanlar var”

13-03-2013

4G-yə keçid nəyi dəyişəcək?

26-05-2012

“Azerspace-1” ilk özəl peykimizin orbitə çıxarılmasının müsbət məqamları və riskləri nə olacaq?

08-02-2013

“Azərbaycanda mobil biznes imkanları” mövzusunda konfrans keçirilib

07-04-2012

İT mütəxəssislərinin işsiz qalma ehtimalı çox azdır

15-04-2013

“İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və perspektivləri” mövzusunda elmi konfrans keçirilib

18-04-2014

“Ultra” şirkətinin rəhbəri: “Elektron hökumət alternativ hökumət deyil”

04-05-2011

Bakıda Azərbaycan-Estoniya İKT forumu keçiriləcək

12-01-2009

Gənclərin problemlərinin həllində KİV-in iştirakı müzakirə olunub

14-09-2009

“Startup Azərbaycan” layihəsi çərçivəsində “Startup Məktəbi”nin yaradılması nəzərdə tutulub

18-10-2013

Azərbaycan CeBIT-2009-da iştirak edir

03-03-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə