Previous Next
Bağla

Osman Gündüz: İKT bazarında o zaman uğur əldə etmək olar ki, burada azad rəqabət olsun

31-03-2013 12:48
Osman Gündüz: İKT bazarında o zaman uğur əldə etmək olar ki, burada azad rəqabət olsun
 Azərbaycanda İT sektorunun gəlirləri 10 ildən sonra ölkənin ümumi daxili məhsulunun təxminən 10%-ni təşkil edəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Rusiyanın «Rossiyskaya qazeta» nəşrinə müsahibəsində bildirib.
"Beynəlxalq təşkilatlar ölkəmizdə İKT sahəsinin inkişaf perspektivlərinə çox nikbin yanaşırlar. Onların proqnozlarına əsasən, sahə islahatlarının davam etdirilməsi və xüsusilə potensial investorlar üçün imtiyazlı şəraitin yaradılması 2025-ci ilə İKT sahəsinin gəlirlər səviyyəsini ölkə ÜDM-nin 10%-inədək çatdırmağa imkan verəcək. Bu isə dünyanın inkişaf etmiş ölkələrində sahə üzrə nəzərdə tutulan gəlir səviyyəsi ilə uyğun gəlir, -  deyə nazir müsahibəsində bildirib.
Nazir Ə.Abbasovun bu fikirlərinin dərəcədə reallığa uğyun ola biləcəyini sahə üzrə tanınmış ekspert Osman Gündüzdən soruşduq.
O.Gündüzün fikrincə, ölkədə İKT sahəsində bir sıra tədbirlər görülsə də bir sıra mühüm göstəricilər var ki, onlar bu tədbirlərin nəticəsini əyləcləyir.
"Birmənalı olaraq bunu dəyərləndirmək çətindir. Ona görə ki, bunu zaman göstərər. Amma son dövrlərdə bu sahədə müəyyən pozitiv düşünməklə bağlı, optimist yanaşmaqla bağlı müəyyən əsaslar var.
Məsələn, son dövrlərdə dövlət büdcəsindən İKT-yə ayrılan vəsaitlər, bu ilin İKT ili elan olunması, telekommunikasiya peykinin orbitə buraxılması, eyni zamanda İKT sahəsində bir neçə dövlət proqramları qəbul olunub, elektron hökumət dövlət proqramı bu gün-sabah qəbul olunur, İT üzrə kadrların hazırlanması üçün universitetin yaradılması və sair.
Ümumiləşdirib elə deyə bilərəm ki, bu istiqamətdə ali hakimiyyət tərəfindən müəyyən ciddi addımlar atılıb. Amma bir tərəfdən də "belə şeylər olacaq" deyə bir şey yoxdir. Nəyə görə? Bizdə hələlik bu sahədə ciddi problemlər var. Birinci məsələ budur ki, hələ də bu sahədə sərbəst rəqabət yoxdur.
Bu deyilənlərdə o zaman uğur əldə etmək olar ki, bu bazarda sərbəst, azad rəqabət olsun. Bu yoxdur. Bu da RİTN-nin özünün funksiyaları ilə bağlıdır, buna aydınlıq gətirilməlidir. Hələ də RİTN bu bazarda hegemon mövqe tutur. Yəni nazirlik kommersiya ilə, dövlət idarəetməsi və tənzimləmə ilə məşğuldur. 3 funksiyanın üçü də nazirlikdə var.
Məsələn, biz indi müşahidə edirik ki, bir sıra kommersiya yönümlü layihələr var ki, nazirliyin qurumları həyata keçirir. Məsələn, nazirliyin nəzdindəki nəhəng qurum olan Məlumat Hesablama Mərkəzi. Biz son dovrlərdə müşahidə edirik ki, bu nəhəng dövlət  qurumu kommersiya qurumuna çevrilir. Bu bazarda rəqabətin qarşısını alan amillərdən biridir. İkinci ciddi problem investisiya qoyuluşları ilə bağlıdır.
Bazarda indiyədək əsas investisiyaları mobil operatorlar qoyub, bu göstərici 70-80%-dək onların payına düşür. Amma özəl sektorda internet sahəsində ciddi yatırımları müşahidə etmirik.
Bizdə investorlar tikiniyə, şadlıq evlərinə, və sair yerlərə investisiya qoyur, amma İKT layihələrinə investisiyaları müşahidə etmirik. Həm dövlət tərəfindən, həm də digər şəxslər tərəfindən bu müşahidə olunmur. Bu da olmayanda bu bazarın inkişafı haqqında ciddi fikir söyləmək olmur.
Üçüncü amil infrastrukturla bağlıdır. Düzdür, bu sahədə bizdə son dövrlər müəyyən addımlar atılır, amma mən hesab edirəm ki, həm internet infrastrukturunda, həm də özəlləşdirmə ilə bağlı ciddi problemlər qalmaqdadır.
Məsələn, telekommunikasiya məkanında dövlət sektorunun xüsusi çəkisi çox yüksəkdir. Aztelekom, Baktelekom və digərləri dövlətə məxsusdur. Yəni infrastrukturda müəyyən liberallaşdırma aparılmalıdır.
Həmçinin, ciddi kadrların hazırlanmasına diqqət yetirilməlidir", - deyə Deyerler.org-a açıqlamasında O.Gündüz bildirib. 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Osman Gündüz : " İKT sahəsi elə bir sahədir ki, bu sahəyə yatırılan sərmayələrin qayıtması müəyyən müddət tələb edir"

10-04-2013

Azərbaycan İnternet Forumunun toplantısı keçirilib

15-05-2009

Dövlət Fondu: 2020-ci ilədək Azərbaycan ÜDM-də İKT sektorunun payı 9 faizə çatacaq

14-03-2014

Analoq yayımdan rəqəmsal yayıma keçiddə tələsmək olmaz

19-04-2012

İKT üzrə statistikanın beynəlxalq statistikaya uyğunlaşdırılması məqsədilə hazırlanan müvafiq göstəricilər üzrə müzakirələr aparılır

30-08-2013

4G-yə keçid nəyi dəyişəcək?

26-05-2012

Qeyri-dövlət saytlarının qorunması məsələsində çox boşluq var.

21-06-2012

«Biz hökumətdən cavab və ciddi reaksiya gözləyirik»

19-01-2012

Elektron hökumətlə bağlı Layihənin adi bir internet resursu yaradılmayıb

19-04-2012

Azərbaycanda genişzolaqlı internetin dəyəri orta aylıq əməkhaqqının 5 faizini təşkil edir

11-10-2011

Dövlət məmurlarını şəbəkə saxtakarlığından necə qorumalı?

01-04-2013

Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə müsabiqə keçirilir

13-03-2009

Qeyri-dövlət qurumlarının informasiya təhlükəsizliyi iləi RİTN nəzdində yaradılacaq Elektron Təhlükəsizlik Mərkəzi məşğul olacaq

27-09-2012

Nazir müavini: Elmir Vəlizadə: “Yeni həllərin tətbiq edilməsi üçün həm dövlət, həm də özəl sektorda geniş imkanlar var”

13-03-2013

“İnkişafı qəsdən tutub saxladılar”

10-08-2011

“Sahibkarlarımız İKT sektoruna pul yatırma təcrübəsinə yiyələnməlidirlər”

05-06-2014

Azərbaycanın İKT-nin inkişafı üzrə Dövlət Fondunun Müşahidə Şurasının ilk iclası bu ay keçiriləcək

06-09-2013

Bu ilin fevralında Azərbaycanın ilk peyki orbitə çıxarılacaq

21-01-2013

Osman Gündüz Avropa institutlarından Informasiya əldə edilməsi haqqında Qanuna ediləcək dəyişikliklərlə bağlı münasibət bildirməsini istəyib

07-06-2012

Gələcəkdə internet media dövlət tərəfindən dəstəklənə bilər

17-07-2012

Əli Abbasov : “2020-2025-ci illərə kimi ölkənin İKT sektorunun gəlirləri neft gəlirlərini üstələyəcək”

23-12-2010

“Azerspace-1” ilk özəl peykimizin orbitə çıxarılmasının müsbət məqamları və riskləri nə olacaq?

08-02-2013

"Elektron Azərbaycan" iflasa uğrayacaq. Milli peykdən keyfiyyətli internet gözləməyə dəyməz

08-09-2010

Nazir: “İKT sahəsində rəqabətin vəziyyəti bizi çox da qane etmir”.

22-01-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə