Previous Next
Bağla

“Azerspace-1” ilk özəl peykimizin orbitə çıxarılmasının müsbət məqamları və riskləri nə olacaq?

08-02-2013 13:17
“Azerspace-1” ilk özəl peykimizin orbitə çıxarılmasının  müsbət məqamları və riskləri nə olacaq?
Osman Gündüz: “Peykin cəmi bir neçə Gb/bit sürət verə biləcəyini nəzərə alsaq ölkədə İnternetin inkişafına ciddi təsir edəcəyini düşünmək üçün əsas yoxdur.  Lakin az həcmdə İnternet trafiki olaraq fors-major situasiyalarda bir alternativ olaraq faydalı olması şübhəsizdir”
Fevralın 8-də ilk özəl peykimiz olan “Azərspace-1” Orbitə buraxılıb. Peykin 20%-i Azərbaycan üçün, qalan hissəsi isə xaricə ölkələrə kommersiya məqsədilə istifadəyə verilməsi gözlənilir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz kosmik resursların bölüşdürülməsində iştirak etməyin ölkəmiz üçün çox önəmli olduğunu bildirib. O, “Azərspace-1”-in ölkəmiz üçün müsbət məqamlar ilə bağlı aşağıdakıları söyləyib: “Məhdud sayda olan kosmik ölkələr ailəsinə daxil olmağımız, xüsusilə də İKT sektorunda innovasiyaların inkişafı, yeni iş yerləri, yeni mütəxəssislərin hazırlanması və bütövlükdə gələcək üçün yeni infrastrukturun formalaşması baxımından bu xeyli faydalıdır”. Telekommunikasiya və İnternet infrastrukturun dayanıqlı və təhlükəsizliyinə müsbət təsir edəcəyini deyən O. Gündüz peykin Azərbaycanın imici üçün də çox əhəmiyyətli faktor olduğunu qeyd etdi.
Forumun Prezidenti peykin 80%-in kommersiya üçün istifadə edilməsinə belə fikir bildirdi: “Telekommunikasiya yönümlü Peyklər üçün gəlirli biznes qurmaq indiki dövrdə olduqca problemlidir. Digər kosmik dövlətlər və şirkətlər tərəfindən Peyk bazarı çoxdan zəbt olunub. Hələlik bizim Peykin resurslarının icarəyə verilməsi ilə bağlı hər hansı konkret Müqavilə haqqında məlumat yoxdur. Ciddi rəqabət olan bu bazarda niyyətlər hələ Müqavilə demək deyil. Cəmi 15 il ömrü olan Peykin gəlir əldə etməsi üçün RİTN və Azərkosmos ASC tərəfindən sərfəli müştərilərin axtarılması istiqamətində görüləcək işlər hələ qabaqdadır”
O. Gündüz bildirib ki oturuşmuş Peyk şirkətləri  adətən xidmətlərini  təqdim edərkən, əgər fors-major  situasiya yaranarsa dərhal bu şirkətə məxsus digər peykdən istifadə ediləcəyinə dair müştərilər qarşısında  öhdəlik götürürlər. Bu səbəbdən də  əlavə peyklərin olmamasının  da  müştəri  tapılmasına təsir edən amillərdən olacağını qeyd edib.  O, bu səbəbdən digər peyk şirkətləri ilə  münasibətlərin qurulmasına ciddi ehtiyac olacağını qeyd edib.
Osman Gündüz 10-15 il bundan əvvəlki illərə nisbətən indi bütün dünyada daha keyfiyyətli olan fiber-optik infrastrukturun da inkişaf etməsinin telekommunikasiya peyklərinin xidmətlərinə marağı azaltdığını diqqətə çatdırıb.
O, Peykin cəmi bir neçə Gb/bit sürət verə biləcəyini nəzərə alaraq ölkədə İnternetin inkişafına ciddi təsir edəcəyini düşünmək üçün  əsas olmadığını, lakin alternativ olaraq, az həcmdə İnternet trafiki olaraq fors-major situasiyalarda faydalılığını da vurğuladı.
Onun dediyinə görə  hökumət  məhz yuxarıda sadalanan risklərdən ehtiyatlanaraq bu Layihənin büdcədən maliyyələşdirilməsinə ehtiyat edib.
“Azərspace-1" –in 36 Transponderi olacağını və  1 Transponderdən ortalama 6 rəqəmsal TV kanal yayımlana biləcəyini də vurğulayan O. Gündüz bazarda 1 transponderin illik icarəsi təxminən 1 miln. $ olduğunu nəzərə çatdırıb.
O. Gündüz gələcəkdə həm biznes baxımından , həm də ölkənin ciddi problemlərinin həlli baxımından digər təyinatlı peyklərin , xüsusilə də ekoloji-meteoroloji yönümlü, kəşfiyyat yönümlü peyklərin buraxılmasının daha sərfəli olacağını qeyd edib.
O. Gündüz  indiki məqamda büdcə vəsaitlərinin daha çox yerüstü infrastrukturun qurulmasına, kadr hazırlığına yönəldilməsinin məqsədəuyğun olduğunu bildirib.
O, hazırda təxminən 11 ölkənin Peykləri orbitə çıxarmaq üçün infrastruktura malik olduğunu və təxminən 50 ölkənin də özəl peykə malik olduğunu diqqətə çatdırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın növbəti kosmik rabitə peykləri ölkənin özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək

29-12-2010

AZERSPACE telekommunikasiya peykinin gələcək istehsalçısı ilə müqavilə imzalanıb

28-05-2010

Osman Gündüz Avropa institutlarından Informasiya əldə edilməsi haqqında Qanuna ediləcək dəyişikliklərlə bağlı münasibət bildirməsini istəyib

07-06-2012

Azərbaycanın süni peykinin istehsalına başlanılıb

07-09-2010

Silahlı hücumla bağlı ölkədə İnternet “çökdü” -YENİLƏNİB

30-04-2009

Osman Gündüz Rabitə Nazirliyinin səlahiyyətlərinin dəyişdirilməsini təklif edir

16-01-2009

Ekspert Azerspace -2 haqqında danışdı

26-09-2018

RİTN milli rabitə peykinin orbitə çıxarılmasına dair danışıqları başa çatdırır

06-11-2009

Azərbaycanın ilk peyki 2012-ci ilin sonunda orbitə çıxarılacaq

05-11-2010

İnternetin mövcud vəziyyəti ilə bağlı tədbir keçirilib

24-02-2009

RITN Azerspace-in resurslarının 80 faizini dünya bazarına çıxarmağı planlaşdırır

12-04-2010

Analoq yayımdan rəqəmsal yayıma keçiddə tələsmək olmaz

19-04-2012

Ekspert : Azərkosmos fəaliyyətini daha da canlandırsa gəlirləri artırmaq mümkün olar

08-02-2019

Azərbaycan peykinin orbitə çıxarılması ölkənin iqtisadı inkişafını daha da sürətləndirəcək?

17-02-2011

İnternet portlarının daşınması bazarda keyfiyyət və qiymətlərə müsbət təsir edəcək

07-05-2014

“3G”nin “Azerfon”a verilməsi kobud qanun pozuntusudur”

25-12-2009

Azərbaycan ilk peykin istismarından 650 mln. dollar qazanacaq

19-02-2013

Osman Gündüz: İKT bazarında o zaman uğur əldə etmək olar ki, burada azad rəqabət olsun

31-03-2013

“Azərkosmos” data xidmətləri üçün peyk tutumu təklif edir

26-08-2013

Milli peykin resurslarından səhiyyə, təhsil, rabitə və digər sahələrdə istifadə mümkündür

15-08-2013

Azərbaycanın ilk süni rabitə peykini orbitə ABŞ şirkəti çıxaracaq

07-08-2009

AZERSPACE-nin inşası ilə əlaqədar əsas müqavilə imzalanıb

01-06-2010

Azərbaycanın ilk milli süni peyki 2012-ci ilin payızında orbitə çıxarılacaq

22-10-2010

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə