Previous Next
Bağla

“Startapçılar lokal düşünüb qlobal layihələr reallaşdıra bilməlidir”

04-07-2013 20:41
“Startapçılar lokal düşünüb qlobal layihələr reallaşdıra bilməlidir”

Startapçılar lokal düşünüb qlobal layihələr reallaşdıra bilməlidir

“Startup Azərbaycan”a təqdim olunan layihələrin əksəriyyəti lokal xarakterlidir. Yəni Azərbaycan sərhədləri, ölkə bazarı çərçivəsində reallaşdırılması nəzərdə tutulur. Lakin onların arasında müəyyən qədər rentabelli olanlar da var”.

Bu sözləri “Mak & partners” internet media və “startup”lar üzrə şirkətin rəhbəri Məmməd Kərimov söyləyib. Startup Azərbaycan layihəsində münsiflərdən olan M.Kərimov təqdim olunan ideyalarla bağlı fikirlərini açıqlayıb. O qeyd edib ki, startup layihələrində əsas  məqam, yəni investorları daha çox narahat edən layihəni həyata keçirəcək komanda məsələsidir.

“Mənim bəyəndiyim 5-6 komanda oldu ki, onlar da komanda ruhunu, bir yerdə işləmək qabiliyyətlərini ortaya qoya bildilər.  Startup işində əsas məsələlər hədəf və komandadır. Mən burada hədəfləri də, komandanı da gördüm. Ona görə də düşünürəm ki, bu layihələrin uğurlu olma ehtimalları böyükdür. İkinci məsələ qlobal səviyyəyə çıxmaqdır. Burada 1-2 layihə var idi ki, onlar qlobal səviyyədə idi. Startup işinə girən komandalara, fərdi insanlara tövsiyəm budur ki, onlar daha çox qlobal layihələri düşünsünlər. Lokal layihələr müəyyən şəkildə rentabelli ola bilər və gəlir də gətirər. Amma təcrübələrdən görürük ki, əsas gəlir, böyük pullar qlobal layihələrdən əldə olunur. Biz bu fəaliyyəti aparmaqla çalışırıq ki, insanlar lokal düşünə-düşünə bir az da qlobal layihələrə keçə bilsinlər.

Təqdim olunan layihələrdən Azərbaycan gəncliyində İKT  üzrə düşünən beyin olduğunu gördüyünü söyləyən M.Kərimovun sözlərinə görə, ideya müəllifləri məsələləri dərindən analiz edə və insanlara nəyin lazım olduğunu müəyyənləşdirə biliblər: “Məsələn, musiqi sahəsinə dərindən girə bilənləri müşahidə etdik. Cari problemləri hərtərəfli analiz edə bilən insanlarla qarşılaşdıq. Bu da çox gözəl tendensiyadır. Çünki hiss olunur ki, ideya müəllifləri işlərinə ötəri yanaşmayıblar. Onlar məsələləri dərindən araşdırıb hansısa sektor üzrə problemi ortaya çıxara və onların həlli yollarını təklif edə biliblər. Bundan başqa, onu da qeyd edim ki, gənclərimiz daha çox əyləncəyə yönəliblər. Yəni gündəlik həyatdakı məsələləri İKT-yə gətiriblər və ya İKT-ni gündəlik həyatlarına daxil edirlər. Bu da normaldır. Çünki bütün dünyada belədir ki, layihələr ya problemlərdən ortaya çıxır, ya da hər hansı bir həyat tərzindən asılı olaraq meydana gəlir. Məsələn, layihə var musiqi ilə, layihə də var sosial şəbəkələrlə əlaqəlidir. Bu da onu göstərir ki, gənc özünün yaşadığı həyatını İKT-yə gətirir”.
(ictnews.az)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Startup Azərbaycan 2014” Təşkilat Komitəsinin toplantısı keçiriləcək

12-03-2014

StartUp Azərbaycan Layihəsi fəaliyyətə başlayır

19-03-2013

Startupların seçim meyarları açıqlanıb

13-06-2014

“Sahibkarlarımız İKT sektoruna pul yatırma təcrübəsinə yiyələnməlidirlər”

05-06-2014

Startup Günləri çərçivəsində komandaların formalaşması başa çatıb

08-11-2013

“Startup Azərbaycan” layihəsi çərçivəsində “Startup Məktəbi”nin yaradılması nəzərdə tutulub

18-10-2013

Startup Günləri keçiriləcək

15-10-2013

“Avropalılar üçün də Facebook xəstəlikdir” – Müsahibə

08-01-2015

Startup Azərbaycan Memorandum imzaladı və Təlim keçdi

10-06-2013

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçiriləcək!

02-09-2024

Yüksək Texnologiyalar Parkında Startup Azərbaycan tərəfindən“Startup Bakı”toplantısı keçiriləcək

22-04-2014

Azərbaycan startap ekosistemlərinin qlobal reytinqində irəliləyib

04-08-2022

Startup Azərbaycan fevralın 1-dən başlayacaq

27-01-2015

Startup Azərbaycan Müsabiqəsində səsvermənin 2-ci mərhələsi başlayıb

21-06-2013

StartUplar çox unikal bir sahədir və hətta 2-3 nəfərdən ibarət şirkətə milyonlar gətirə bilər.

29-03-2013

Növbəti startap müsabiqəsinin mart ayında elan ediləcəyi gözlənilir

09-01-2014

“Startup Azərbaycan 2014” layihəsinə start verildi

18-04-2014

"Startup Azərbaycan 2015" başlayır

31-01-2015

Azərbaycan turizm sahəsində startap yarışmasına qoşulur

04-07-2018

“Startup Azərbaycan 2015” müsabiqəsində 24 layihə qeydiyyatdan keçib

26-03-2015

Startup Azərbaycan ADA toplantısı keçiriləcək

30-04-2014

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

20-09-2024

Bakıda Startup Günləri keçirilir

07-11-2013

Bakıda Startap Günləri keçiriləcək

21-10-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə