Previous Next
Bağla

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində yerli müəssisələrlə görüş keçirilib

15-10-2025 11:13
“Sənaye 4.0 Hazırlıq” çərçivəsində yerli müəssisələrlə görüş keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən icra olunan “Sənaye 4.0 Hazırlıq” Proqramı çərçivəsində proqrama müraciət etmiş “Konstralab Industries” və “Azertexnolayn” MMC şirkətlərinin rəhbərləri ilə görüşlər keçirilib.

Xeberler.az bildirir ki, “Konstralab Industries” şirkətinin təsisçisi Orxan Quluzadə ilə keçirilən görüşdə şirkətin Goranboy rayonunun Qazanbulaq kəndində yerləşən gips-karton, astar və üzlük gips məhsulları istehsal edən tikinti materialları zavodunun “Sənaye 4.0 Hazırlıq” Proqramına cəlb olunması müzakirə olunub.

“Azertexnolayn” MMC-nin direktoru Vüqar İzzətli ilə görüşdə ilkin mərhələdə şirkətin Sumqayıt Sənaye Parkında yerləşən Polad Boru Zavodunun proqrama cəlb olunacağı qeyd edilib. Bildirilib ki, “Azertexnolayn” MMC-nin Sumqayıt Sənaye Parkında üç istehsal müəssisəsi fəaliyyət göstərir. Gələcəkdə digər müəssisələrin də bu proqramdan yararlanması imkanı qeyd olunub. 

Görüşlərdə müəssisələrin texnoloji vəziyyətinin ilkin qiymətləndirilməsi, texnoloji transformasiya potensialının müəyyənləşdirilməsi və proqram çərçivəsində həyata keçiriləcək diaqnostika prosesinə hazırlıq məsələləri müzakirə olunub. 

“Sənaye 4.0 Hazırlıq” Proqramı İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilir və yerli sənaye müəssisələrinin texnoloji transformasiyasını sürətləndirməyi, əməliyyat səmərəliliyini artırmağı və innovasiyalar vasitəsilə onların rəqabət qabiliyyətini gücləndirməyi hədəfləyir. 

Proqram çərçivəsində istehsal yönümlü və ixrac potensialı yüksək olan müəssisələrin texnoloji yetkinlik səviyyəsi beynəlxalq metodologiya əsasında qiymətləndirilir. Müstəqil ekspertlər tərəfindən aparılan bu diaqnostikanın nəticəsində şirkətlər texnoloji transformasiya üçün fərdi yol xəritəsi əldə edir. Yol xəritələrinin icrası mərhələsində müəssisələrə Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən güzəştli kreditlərin verilməsi və beynəlxalq mütəxəssislərin iştirakı ilə ekspertiza dəstəyinin göstərilməsi nəzərdə tutulur. 

2024-cü ildə proqramın pilot mərhələsi uğurla yekunlaşıb və bu müddətdə “Metak”, “Azerfloat” və “STP Global Cable” şirkətlərinin texnoloji transformasiyasına dəstək göstərilib.

Proqrama qoşulmaq istəyən şirkətlər industry4.az platforması üzərindən qeydiyyatdan keçə bilərlər. İştirak tamamilə ödənişsizdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində növbəti şirkətlə danışıqlar aparılıb

21-10-2025

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində müəssisələr qiymətləndirilir

14-11-2025

“Sənaye 4.0 Hazırlıq” Proqramı texnoloji transformasiyaya dəstək verir

11-08-2025

“Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin qiymətləndirilməsinə başlanılıb

25-09-2025

Bu il 15 müəssisə “Sənaye 4.0 Hazırlıq” proqramına qoşulub

21-11-2025

“Sənaye 4.0 Hazırlıq” çərçivəsində “Təcrübə mübadiləsi sessiyası” keçirilib

28-11-2025

“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib

17-07-2025

4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

05-02-2026

“Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində ilk “bootcamp” keçirilib

24-07-2025

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026

4SIM 2030-cu ilədək 650 müəssisənin rəqəmsal transformasiyasını həyata keçirməyi planlaşdırır

05-03-2025

Azərbaycan Texnoparklarının uğurları davam edir

14-08-2019

4SİM və ADNSU arasında əməkdaşlıq imkanları müzakirə olunub

05-09-2025

4SİM “Regional Universitet-Sənaye Birliyi Sammiti”ndə təmsil olunub

27-10-2025

Azərbaycanda 4.0 Sənaye Mərkəzi yaradılacaq

05-03-2025

Rəqəmsal iqtisadiyyata töhfə verəcək superkompüter infrastrukturu yaradılacaq

11-07-2025

Azərbaycanda ilk dəfə gəmi istehsalında yerli kabellərdən istifadə ediləcək

08-05-2023

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025

Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub - FOTO

04-04-2023

4SİM: Azərbaycanda “Sənaye 4.0” təhsil mərkəzi yaradılacaq

23-09-2025

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026

4SİM-də təcrübə keçən tələbə və könüllülərlə görüş keçirilib

13-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə