Previous Next
Bağla

“SİMA KYC Videoyazı” həlli istifadəyə verilib

21-04-2025 10:55
“SİMA KYC Videoyazı” həlli istifadəyə verilib

“AzInTelecom” MMC rəqəmsal identifikasiya sahəsində növbəti innovativ həllini istifadəyə verib. “SİMA KYC Videoyazı” adlanan və SİMA Rəqəmsal Həllər Platformasına daxil olan məhsul məsafədən video formatda şəxsiyyətin təsdiqi imkanlarını təqdim edir.

Xeberler.az bildirir ki, “SİMA KYC Videoyazı” həlli dövlət və özəl qurumların istifadəçilərlə daha sürətli və təhlükəsiz əlaqə qurmasına imkan verir. Bu məhsul, eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının “Məsafədən bank hesabının açılması” tələblərinə tam uyğundur. “SİMA KYC Videoyazı” həllini öz xidmətlərinə inteqrasiya edən qurumlar ikifaktorlu autentifikasiya ilə yüksək təhlükəsizlik təmin edəcək, istifadəçi fəaliyyətini və identifikasiya prosesini izləyə biləcək. Vətəndaşlar isə heç yerə getmədən, vaxt itirmədən məsafədən xidmət almaq və əməliyyatları icra etmək imkanı qazanacaqlar.

“SİMA KYC Videoyazı” ilə şəxsiyyətin təsdiqlənməsi mobil cihaz və kompüter vasitəsilə həyata keçirilir. Proses zamanı istifadəçi əvvəlcə şəxsiyyət vəsiqəsinin FİN kodu və seriya nömrəsini müvafiq xanaya daxil edir. Daha sonra kamera qarşısında özünü təqdim edib ekranda əks olunan təsdiq mətnini səsləndirir. Videoyazı əsasında biometrik eyniləşdirmə həyata keçirilir. Məhsulu inteqrasiya etmiş qurumun tələbindən asılı olaraq, vətəndaşın şəxsiyyəti avtomatik sistem tərəfindən təsdiq olunur.

“SİMA KYC Videoyazı” həllinin əsas üstünlüyü süni intellekt vasitəsilə real vaxt rejimində biometrik eyniləşdirmə apara bilməsidir. Bu həll istifadəçi təcrübəsini sadələşdirərək vətəndaşlara vaxt və resurslara qənaət imkanı yaradır. “SİMA KYC Videoyazı” məhsulu ilə bağlı ətraflı məlumatı  sima.az  saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SİMA KYC” ilə hüquqi şəxs hesabını banka getmədən aç!

27-01-2026

“SİMA KYC” “Leobank”da

21-08-2025

“digital.login”də şəxsiyyətini “SİMA KYC” ilə təsdiqlə

13-06-2025

SİMA ilə məsafədən bank hesabı açmaq mümkündür

24-06-2025

Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti SİMA ilə təsdiq edilib

09-07-2025

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

15-08-2025

“Push30” hesabları SİMA KYC ilə daha etibarlı!

04-10-2024

SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdırıldı

02-03-2026

Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırıb

06-12-2024

Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi

17-03-2026

Daha 3 maliyyə qurumu SİMA ilə tərəfdaş olub

28-01-2025

SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi

26-07-2024

SİMA ilə taksi səfərləri daha etibarlı!

14-07-2025

“AzInTelecom” “Fintex Summit 2025”də iştirak edib

26-06-2025

“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda iştirak edib

04-12-2024

“Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir!

25-10-2024

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

SİMA rəqəmsal imza Birbank-da!

26-05-2026

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026

“SİMA İmza”da FİN kod və seriya nömrəsi ilə qeydiyyat mümkün oldu

14-02-2024

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025

ərlər Siyasət İqtisadiyyat Cə SİMA ilə yeni bank hesablarının açılması sadələşdi

15-08-2023

Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı olub

23-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə