Previous Next
Bağla

“Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub

16-01-2026 16:40
“Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində “Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub.

Tədbirin əsas məqsədi tələbələri qarşıdakı startap mərhələləri ilə yaxından tanış etmək, innovativ ideyaların formalaşdırılması prosesinə istiqamət vermək və onları startap ekosisteminə hazırlamaq olub.

Xeberler.az bildirir ki, tədbiri giriş sözü ilə açan AzTU-nun rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi Osman Gündüz Startap Azərbaycan platformasının dəstəyi ilə həyata keçiriləcək “Startap Günləri” layihəsi haqqında ətraflı məlumat verib. O, startap ekosisteminin müxtəlif sahələrdə, xüsusilə innovasiya və texnologiya yönümlü layihələrdə yaratdığı imkanlardan bəhs edərək tələbələri fəal iştirak etməyə, yaradıcı və yenilikçi ideyalar üzərində çalışmağa çağırıb.

Daha sonra AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev çıxış edərək iştirakçıları startap yol xəritəsi ilə tanış edib. Çıxış zamanı ideya formalaşdırılması mərhələsindən başlayaraq komanda quruculuğu, layihələrin qiymətləndirilməsi, ilkin texniki həllərin hazırlanması və prototipləşdirmə proseslərinə qədər bütün mərhələlər ətraflı izah olunub. Bununla yanaşı, iştirakçıların bu mərhələlərdə qarşılaşa biləcəyi çətinliklər, eləcə də onlara təqdim olunacaq mentorluq və inkubasiya dəstəyi barədə məlumat verilib.

Infosessiyanın sonunda iştirakçılar suallarını ünvanlamaq, təkliflərini bölüşmək və gələcək startap fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Tədbir tələbələrin böyük marağı ilə qarşılanıb və universitetdə startap mədəniyyətinin inkişafına töhfə verən mühüm platforma kimi qiymətləndirilib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sabah qrupları üçün “Startap Günləri” infosessiyası keçirilib

25-11-2025

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

20-01-2026

“Startap Günləri”nin ilk günü start götürüb

24-01-2026

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026

“Startap Günləri”nə rəsmi start verilib!

15-05-2026

AzTU -da “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib

24-11-2025

"Startap Azərbaycan"ın tərəfdaşlığı ilə “Startap Günləri” start götürüb

05-12-2025

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

11-05-2026

AzTU-da Startap Günləri ilə bağlı toplantı keçirilib

12-03-2018

AzTu-da “Azercell” şirkətinin nümayəndələri ilə infosessiya keçirilib

09-05-2026

Sabah növbəti Startap Günləri başlayır

05-04-2018

Əvvəlki “Startap Günlərinin” iştirakçı komandaları ilə görüş keçirilib

05-03-2026

AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

29-10-2025

AzTU-da Startap Günlərinə hazırlıq davam edir

02-04-2018

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

Azərbaycanda Startap Günləri keçiriləcək

08-10-2015

AzTU-da Startap Günləri-nin başlanmasına son 1 gün qaldı

11-04-2019

Azərbaycanda Startap günləri layihəsinə start verilib

08-04-2019

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018

Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

26-06-2018

Lənkəran Dövlət Universitetində Startap Günləri keçiriləcək

22-05-2019

KOBİA AzTU tələbələrinin startapına “Startap” şəhadətnaməsi verib

27-04-2026

Startap Günlərinin yekun tədbir tarixi açıqlanıb

18-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə