Previous Next
Bağla

“TEKNOFEST” çərçivəsində “Smart Qarabağ” Hakatonu keçiriləcək

01-02-2022 16:42
“TEKNOFEST” çərçivəsində “Smart Qarabağ” Hakatonu keçiriləcək

Qarabağın dirçəliş proqramında yaxından iştirak etmək istəyən və “Ağıllı şəhər” konsepsiyasına dair innovativ layihələri olan tələbələr, startaplar və sahibkarlar üçün “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində unikal təqdimat imkanı yaradılır.

Xeberler.az məlumat verir ki, “TEKNOFEST” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye və rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Bakıda keçiriləcək festivalın ən maraqlı yarışlarından biri də “Smart Qarabağ” Hakatonudur.

“Əşyaların interneti”, bulud texnologiyaları, süni zəka, maşın öyrənməsi və digər aparıcı texnologiyaları özündə cəmləşdirən “Ağıllı şəhər” konsepsiyası üzrə keçiriləcək “Smart Qarabağ” Hakatonuna qeydiyyat artıq başlayıb. Hakaton təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev təsərrüfatı, enerji sərfiyyatı, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir.

Qeyd edək ki, “Ağıllı şəhər” şəhər daxilində olan əməliyyatları daha yaxşı başa düşmək, onları idarə etmək və məhdud resursların optimallaşdırılması kimi səciyyələndirilir. Həmçinin “Ağıllı şəhər” informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə əməliyyat səmərəliliyini artırmaq, məlumat bazasını əlaqəli qurumlarla bölüşmək və vətəndaşlara daha keyfiyyətli ictimai xidmətlər göstərməklə əhalinin rifahının yaxşılaşdırılması kimi qiymətləndirilir.

Bu müsabiqə çərçivəsində müxtəlif proqram təminatlarından, istifadəçi interfeyslərindən və kommunikasiya şəbəkəsindən istifadə edilərək “Əşyaların interneti (IoT)” texnologiyası vasitəsilə əhaliyə müxtəlif sahələrdə innovativ həllər təklif edilir.

Nəzərə alınmalıdır ki, “Ağıllı şəhər” konsepsiyasında “IoT” texnologiyası ən vacib həllərdən biridir. “IoT” bir-birinə bağlı olan cihazların qarşılıqlı kommunikasiyası və məlumat mübadiləsi üçün yaradılmış bir şəbəkədir.

Cihazlardan toplanmış məlumatlar bulud texnologiyası və ya fiziki serverlərdə toplanır, özəl və dövlət sektoru tərəfindən optimallaşdırılaraq “Ağıllı şəhər” daxilində əhalinin rahatlığı üçün istifadəyə verilir. Bu həllərə ev işlərində, şəhərin infrastrukturunun optimal qurulmasında və bir sıra digər sahələrdə rast gəlinir.

“Smart Qarabağ” Hakatonunda müvafiq sahələr üzrə ən səmərəli həll yolları təqdim edən gənclər üçün mükafat fondu nəzərdə tutulub. Mükafat fondu I yer üzrə 10.000 ABŞ dolları, II yer üzrə 5000 ABŞ dolları və III yer üzrə isə 3000 ABŞ dolları təşkil edir.

Gənclərimizin işğaldan azad olunmuş ərazilərin bərpasına töhfə verəcək “Smart Qarabağ” Hakatonu kimi intellektual müsabiqədə iştirakı olduqca vacib və dəyərlidir.

Hakatonda iştirak etmək üçün son müraciət tarixi 16 mart 2022-ci ildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Smart Qarabağ” Hakatonuna qeydiyyat başa çatdı

11-04-2022

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022

“Smart Qarabağ” Hakatonuna start verildi

25-05-2022

“TEKNOFEST” çərçivəsində daha bir müsabiqə elan olunub

03-02-2022

“Sosial yönümlü texnologiyalar’’ müsabiqəsinə qeydiyyat başlayıb

09-02-2022

“TEKNOFEST” çərçivəsində yeni müsabiqəyə start verilib

31-01-2022

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb

19-02-2022

“SMART Qarabağ” Hakatonunun qalib komandaları Şuşaya səfər edib

30-05-2022

“Həvəskar peyk modelləşdirilməsi’’ müsabiqəsinə qeydiyyat davam edir

08-02-2022

Selçuk Bayraktar "TEKNOFEST Azərbaycan"la bağlı mətbuat konfransına qatılıb

07-02-2022

“TEKNOFEST” çərçivəsində “Baku Skills” müsabiqəsinə start verilib

02-02-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

“TEKNOFEST Azərbaycan”la bağlı mətbuat konfransı keçirildi

07-02-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

Nazir: İşçi qrupun fəaliyyəti “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq

20-04-2021

"TEKNOFEST" tədbirinin detalları açıqlanıb

07-02-2022

“Smart Qarabağ" Hakatonu yekunlaşdı!

28-05-2022

Bakıda keçiriləcək "Teknofest" festivalının tarixi açıqlanıb

11-01-2022

Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq

16-02-2021

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb

30-05-2022

“Smart Qarabağ” Hakatonunun məqsədləri açıqlanıb

07-02-2022

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

02-03-2022

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə