Previous Next
Bağla

“Yaşıl şəbəkə: elmi innovasiya platforması” layihəsinin açılışı olub

23-10-2025 17:30
“Yaşıl şəbəkə: elmi innovasiya platforması” layihəsinin açılışı olub

Oktyabrın 23-də Xankəndidəki Qarabağ Universitetində “Yaşıl şəbəkə: elmi innovasiya platforması” layihəsinin rəsmi açılışı olub. Layihənin əsas məqsədi təhsil sistemində “yaşıl elmin” inteqrasiyasını genişləndirməklə elmi innovasiyaların inkişafına və ekoloji dayanıqlılığa töhfə verməkdir.

Xeberler.az bildirir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ildə elan etdiyi “Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, mina və itkinlər problemi” mövzusunda qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihə “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə tərəfdaşlığı ilə icra olunur. Tədbirdə Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin rəsmi şəxsləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işləri və yaşıl enerji layihələrindən danışıblar.

Elm və biznes sektorunda innovasiyaya əsaslanan “yaşıl keçid”i dəstəkləyən təşəbbüs kimi layihə “Yaşıl elm” icmasının üzvlərinin şəbəkələşməsi, resurs mübadiləsi, mentorluq və təcrübə paylaşımı üçün onlayn əməkdaşlıq platformasının yaradılmasını nəzərdə tutur.

İki gün davam edəcək elmi-praktik konfransın məqsədi Qarabağ bölgəsinin ekoloji vəziyyətinə, ekoterrorizm, iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, sağlamlıq və enerji problemlərinə elmi yanaşmanı təşviq etmək, həmçinin bu istiqamətdə tədqiqat və innovasiyaları dəstəkləməkdir.

Tədbir çərçivəsində, COP 29 konfransı ərəfəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə hazırlanmış “İqlim dəyişikliklərinin həlli yolları: beynəlxalq əməkdaşlıq və elmi kommunikasiya” adlı nəşr Qarabağ Universitetinə hədiyyə olunub.

Konfransda iqlim dəyişiklikləri və ətraf mühitin qorunması mövzusunda maarifləndirici videomateriallar nümayiş etdirilib. Növbəti gün Türkiyə və Çin ekspertlərinin iştirakı ilə bitkilərin mühafizəsi mövzusunda müzakirələr və master-klaslar təşkil ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qarabağda "yaşıl" texnologiya və enerji səmərəliliyinə əməl edilməsi monitorinq olunacaq

Qarabağda "yaşıl" texnologiya və enerji səmərəliliyinə əməl edilməsi monitorinq olunacaq

23-05-2023
Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndidə

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndidə

01-10-2023
Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024
“İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsinə başlanılıb

“İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsinə başlanılıb

17-11-2024
Xankəndidə “QHT-lərin 3-cü Əməkdaşlıq Forumu” keçirilir

Xankəndidə “QHT-lərin 3-cü Əməkdaşlıq Forumu” keçirilir

20-10-2025
Azərbaycanın bu bölgəsində damüstü günəş sistemləri qurulacaq

Azərbaycanın bu bölgəsində damüstü günəş sistemləri qurulacaq

04-06-2022
“Yaşıl və rəqəmsal transformasiyalar” adlı konfrans keçirilib

“Yaşıl və rəqəmsal transformasiyalar” adlı konfrans keçirilib

09-11-2024
İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

16-11-2024
Məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

Məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

29-10-2024
Ekoloji maarifləndirməyə dair videoçarx hazırlanıb-Video

Ekoloji maarifləndirməyə dair videoçarx hazırlanıb-Video

11-04-2016
Xankəndi "SocGov 2026" beynəlxalq konfransına ev sahibliyi edəcək

Xankəndi "SocGov 2026" beynəlxalq konfransına ev sahibliyi edəcək

18-06-2026
Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

30-10-2024
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masada nələr müzakirə olunacaq?

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masada nələr müzakirə olunacaq?

10-11-2024
Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025
Rəqəmsal innovasiya və iqlimə dayanıqlı mənzil modelləri müzakirə olunur

Rəqəmsal innovasiya və iqlimə dayanıqlı mənzil modelləri müzakirə olunur

22-05-2026
“Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda konfrans keçirilib

“Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda konfrans keçirilib

23-05-2025
STEAM təhsili və yaşıl robototexnika ilə bağlı tədbir keçirilib

STEAM təhsili və yaşıl robototexnika ilə bağlı tədbir keçirilib

22-09-2025
Yaşıl gömrük təşəbbüsü gömrük proseslərinin rəqəmsallaşdırılmasını tələb edir

Yaşıl gömrük təşəbbüsü gömrük proseslərinin rəqəmsallaşdırılmasını tələb edir

20-11-2024
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

25-12-2023
Qarabağ Regional DOST Mərkəzinin açılışından 2 il ötür

Qarabağ Regional DOST Mərkəzinin açılışından 2 il ötür

07-08-2025
Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb

Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb

02-10-2023
Xankəndi şəhərində ilk mobil operator mağazası fəaliyyətə başladı

Xankəndi şəhərində ilk mobil operator mağazası fəaliyyətə başladı

24-01-2024
"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib

"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib

20-09-2021
Bu gün Azərbaycanda WUF13-ə start verilir

Bu gün Azərbaycanda WUF13-ə start verilir

17-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə