Previous Next
Bağla

Yaşıl gömrük təşəbbüsü gömrük proseslərinin rəqəmsallaşdırılmasını tələb edir

20-11-2024 16:22
Yaşıl gömrük təşəbbüsü gömrük proseslərinin rəqəmsallaşdırılmasını tələb edir

Ümumdünya Gömrük Təşkilatının "Yaşıl Gömrük" konsepsiyası xüsusilə önəmlidir. Gömrük idarəçiliyi sahəsində ekoloji məsuliyyət və dayanıqlılığı təşviq etmək məqsədilə yaradılan bu konsepsiya gömrük orqanlarının ətraf mühitin mühafizəsində və ekoloji problemlərin həllində mühüm rol oynamasını hədəfləyir.

Xeberler.az məlumat verir ki, bu sözləri COP29 çərçivəsində keçirilən “Yaşıl Gömrük – Aparıcı Gömrük Rəsmilərinin Dialoqu” mövzusunda beynəlxalq tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib. Bildirib ki, əsas məqsəd ekoloji cəhətdən həssas malların qanuni ticarətini asanlaşdırmaqla yanaşı bu sahədə qeyri-qanuni ticarətin aşkar edilməsi və qarşısının alınmasıdır: “Bu baxımdan, gömrük xidmətləri olaraq bu mürəkkəb mühitə uyğunlaşmaq üçün biz əməliyyatlarımızı ekoloji baxımdan səmərəlilik və davamlılıq prinsipləri üzərində təşkil etməliyik. "Yaşıl Gömrük" konsepsiyası beynəlxalq təşkilatlar, elmi dairələr, özəl sektor, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq daxilində, ekoloji cəhətdən təmiz ticarət siyasətlərinin, dayanıqlı və yaşıl təchizat zəncirlərinin dəstəklənməsini qarşısına məqsəd qoyur”.

Şahin Bağırov onu da qeyd edib ki, Yaşıl gömrük təşəbbüsü ilk növbədə gömrük proseslərini modernləşdirməyi və rəqəmsallaşdırmağı tələb edir: ”Texnologiyalardan istifadə etməklə biz səmərəliliyi artıra, prosesləri sadələşdirə, nəqliyyat və logistika sahəsində ekoloji problemləri minimuma endirə, həmçinin potensialın gücləndirilməsini nəzərə alaraq gömrük əməkdaşlarını Yaşıl Gömrük sahəsində zəruri alətlərlə təchiz etməklə məlumatlılığın artırılmasını təmin edə və bütün dünyada ekoloji dayanıqlığa töhfə verən daha faydalı gömrük şəbəkəsi yarada bilərik”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DGK sədri: Müasir texnologiyalar gömrük orqanları üçün yeni imkanlar yaradır

DGK sədri: Müasir texnologiyalar gömrük orqanları üçün yeni imkanlar yaradır

20-11-2024
Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

18-12-2024
Azercell yaşıl baza stansiyalarının sayını artırır

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024
Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçiriləcək

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçiriləcək

23-12-2024
Yaşıl transformasiya kontekstində e-dövlətin vəzifələri və problemləri araşdırılır

Yaşıl transformasiya kontekstində e-dövlətin vəzifələri və problemləri araşdırılır

31-10-2024
“Azərpoçt” Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə poçt markası hazırlayıb

“Azərpoçt” Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə poçt markası hazırlayıb

05-06-2026
STEAM təhsili və yaşıl robototexnika ilə bağlı tədbir keçirilib

STEAM təhsili və yaşıl robototexnika ilə bağlı tədbir keçirilib

22-09-2025
"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024
Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilib

Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilib

14-11-2024
“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

04-09-2024
Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

Azercell COP29-un telekommunikasiya tərəfdaşıdır

04-11-2024
Yaşıl informasiya texnologiyaları nədir?

Yaşıl informasiya texnologiyaları nədir?

29-09-2017
“Bakcell”in dəstəyi ilə “Xəzəri qoruyaq!” aksiyası baş tutub

“Bakcell”in dəstəyi ilə “Xəzəri qoruyaq!” aksiyası baş tutub

23-09-2024
“Yaşıl və rəqəmsal transformasiyalar” adlı konfrans keçirilib

“Yaşıl və rəqəmsal transformasiyalar” adlı konfrans keçirilib

09-11-2024
Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

Sədr: Məqsəd innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

30-10-2024
Yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

Yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

20-11-2024
BMT “Ekoloji cəhətdən təmiz İKT bazasında proqram təminatı” müsabiqəsini elan edib

BMT “Ekoloji cəhətdən təmiz İKT bazasında proqram təminatı” müsabiqəsini elan edib

25-04-2011
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə tədbirin yekununda Bəyannamə qəbul olunacaq

11-11-2024
“İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsinə başlanılıb

“İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsinə başlanılıb

17-11-2024
Məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

Məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

29-10-2024
Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024
Nazir: Ekoloji dəyişiklikləri izləmək üçün peyk müşahidələrindən fəal istifadə edilir

Nazir: Ekoloji dəyişiklikləri izləmək üçün peyk müşahidələrindən fəal istifadə edilir

16-11-2024
Samsung-dan Ekoloji telefon

Samsung-dan Ekoloji telefon

05-10-2009
 Eco Cooler – ekoloji kondisioner

Eco Cooler – ekoloji kondisioner

17-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə