«Nar Mobile»ın yeni regional mərkəzi açılıb

01-07-2009 / 09:09

Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) bu gün Sabirabad rayonunda yeni «Nar Mobile» Mərkəzini abunəçilərin istifadəsinə verib.

Şirkətdən verilən xeberler.az-a məlumata görə, yeni «Nar Mobile» Mərkəzi rayon mərkəzinin H.Əliyev prospekti,25A ünvanında yerləşir. Mərkəzdə abunəçilər şirkətin şəbəkəsinə qoşula bilər, yüksək səviyyəli müştəri xidmətlərindən yararlanmaq və ya təqdim olunan geniş çeşidli xidmətlər və tarif planları haqqında ətraflı məlumat əldə edə bilərlər.

Hazırda şirkətin Azərbaycanda 15 «Nar Mobile» Mərkəzi fəaliyyət göstərir. «Nar Mobile»ın ölkə ərazisində 600-dən artıq rəsmi diler və distributor mağazalarından ibarət geniş satış şəbəkəsi mövcuddur.

Xatırladaq ki, «Azerfon» şirkəti 2007-ci ildən fəaliyyət göstərir. Şirkətin «Nar Mobile» şəbəkəsi Azərbaycanın ərazisinin 80%-ni əhatə edir, şəbəkədən 1,2 mln-dan artıq abunəçi istifadə edir.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.