Azərbaycanlı jurnalistlərə çağırış: “ I Avropa Oyunlarının rəsmi twitter səhifəsini qoruyaq”

11-06-2015 / 09:51

Mərkəzi ofisi Torontoda yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi  Şəbəkəsi (İFEX. www.ifex.org ) – dünyanın bütün qütblərində yerləşən jurnalist təşkilatlarına və insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərə müraciət edərək, onları  I Avropa  Oyunlarının  Azərbaycanda keçiriləmsinə qarşı  twitter kampaniyasına qoşulmağa çağırıb.

Xeberler.az APA-ya istinadən məlumat verir ki,təşkilat öz çağırışında təklif edib ki,  bütün QHT-lər kampaniyaya  12 iyunda, I Avropa Oyunlarının başladığı tarixdə, saat 15:00-da qoşulsunlar.   Təşkilat kampaniyaya qoşulanları aktiv olmağa, gün ərzində  Azərbaycanla bağlı neqativ informasiyalar yerləşdirməyə çağırıb.  Təşkilatın bu yönləndirməsindən sonra, mümkündür ki, dünyanın müxtəlif qütblərində yerləşən çoxsaylı QHT-lər əsl reallığı bilmədən, sadəcə İFEX-in təsiri ilə bu kampaniyaya qoşulsun və ölkəmiz haqqında neqativ informasiyalar yayılmasında rol alsın.

APA Azərbaycan jurnalistlərinə müraciət edərək, onları bu kampaniyaya qarşı aktiv fəaliyyət qurmağa, bu Hashtag-da Azərbaycan həqiqətləri barədə gərəkli informasiyalar yerləşdirməyə, səsimizin dünyaya çatdırılmasına yardım göstərməyə çağırır. 

Məlumat üçün bildirik ki, kampaniya I Avropa  Oyunlarının rəsmi twitter səhifəsində, #Baku2015 Hashtag-da aparılacaq.  

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə