Previous Next
Bağla

QHT-lərə öz saytlarını yaratmaq imkanı verən portal istifadəyə verilib

23-07-2015 18:00
QHT-lərə öz saytlarını yaratmaq imkanı verən portal istifadəyə verilib

Azərbaycanda "E-vətəndaş cəmiyyəti" – www.e-vc.az portalı yaradılıb.
 
Portaldan xeberler.az-a verilən məlumata görə, portal Şəmsi Əsədullayev xeyriyyə ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində istifadəyə verilib.

E-vətəndaş cəmiyyəti çox funksiyalı bir portal olaraq III sektor nümayəndələri üçün geniş imkanlar təqdim edir. Belə ki, portal eyni vaxta 2 funksiyanı yerinə yetirəcək.
 
İlk növbədə portal QHT-lərə mustəqil subdomen verməklə, onlara öz saytlarını bu baza üzərindən yaratmağı təklif edir. Beləki www.e-vc.az ünvanında qeydiyyatdan keçən hər bir təşkilat öz saytlarını müstəqil formada  hazırlaya və idarə edə bilər.
Bazada qeydiyyatdan keçmiş təşkilat öz veb saytlarına təşkilat haqqında informasiyaları, koordinatları, fəaliyyətləri haqqında xəbərləri, həyata keçirdiyi layihələr və tədbirlər haqqında materialları, foto və video informasiyaları, çap etdikləri nəşrlərin və hazırladıqları hesabatları elektron versiyalarını daxil etmək imkanına sahib olacaq.

Təşkilat ona məxsus şifrələrdən istifadə etməklə istənilən vaxt öz fəaliyyəti haqqında yeni informasiyaları da bazaya daxil edə biləcək.
 
Qeydiyyata alınmış saytın ən böyük üstünlüyü isə ondan ibarətdir ki, təşkilatın bazasına daxil edilən xəbərlər, həm də sosial şəbəkə funksiyası kimi portalda da yayımlanır.
 
Bu funksiyaya sahib olmaq üçün portal QHT-lərə standart və yaxud VİP üzvlük statusu təklif edir.
 
Üzvlük statusundan asılı olaraq, daxil edilən informasiyalar birbaşa və ya portal rəhbərinin icazəsi ilə xəbərlər bölməsində yayımlanacaq.
 
Bundan başqa QHT-lərin yaratdıqları saytlar və onlara daxil edilmiş informasiyalar Azərbaycan QHT-lərinin elektron bazasını formalaşdıracaq.

Bütün bu imkanlara ödənişsiz sahib olmaq üçün QHT-lər bu ünvana dəvət edilir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın elektron vətəndaş cəmiyyəti yaradıldı

Azərbaycanın elektron vətəndaş cəmiyyəti yaradıldı

19-01-2011
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının saytı fəaliyyətə başladı

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının saytı fəaliyyətə başladı

19-10-2009
QHT Şurası və İctimai Televiziya birgə layihəyə start verir

QHT Şurası və İctimai Televiziya birgə layihəyə start verir

22-09-2009
Media İnkişaf Mərkəzi KİV-in monitorinqinə başlayıb

Media İnkişaf Mərkəzi KİV-in monitorinqinə başlayıb

11-06-2009
Milli Net-də Nominant statusu alan ictimai-sosial saytlar

Milli Net-də Nominant statusu alan ictimai-sosial saytlar

17-12-2015
Azərbaycanlı jurnalistlərə çağırış: “ I Avropa Oyunlarının rəsmi twitter səhifəsini qoruyaq”

Azərbaycanlı jurnalistlərə çağırış: “ I Avropa Oyunlarının rəsmi twitter səhifəsini qoruyaq”

11-06-2015
Xankəndidə “QHT-lərin 3-cü Əməkdaşlıq Forumu” keçirilir

Xankəndidə “QHT-lərin 3-cü Əməkdaşlıq Forumu” keçirilir

20-10-2025
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

30-12-2025
Ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün ciddi islahatlar aparılmalıdır

Ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün ciddi islahatlar aparılmalıdır

18-06-2020
Əlilliyi olan şəxslər üçün xüsusi elektron portal yaradılacaq

Əlilliyi olan şəxslər üçün xüsusi elektron portal yaradılacaq

21-01-2025
"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sistemi yaradılır

"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sistemi yaradılır

29-12-2025
“Elektron Məhkəmə” ilə bağlı konfrans keçiriləcək

“Elektron Məhkəmə” ilə bağlı konfrans keçiriləcək

11-06-2014
Kommunal ödənişləri birbaşa portal üzərindən edə biləcəksiniz

Kommunal ödənişləri birbaşa portal üzərindən edə biləcəksiniz

10-09-2015
Dünya mediasını bir platformaya toplayan portal yaradılıb

Dünya mediasını bir platformaya toplayan portal yaradılıb

08-09-2015
RİNN-in bütün elektron xidmətləri vahid portalda

RİNN-in bütün elektron xidmətləri vahid portalda

13-05-2022
Koalisiyanın ümumi yığıncağı keçirilib

Koalisiyanın ümumi yığıncağı keçirilib

01-05-2016
İnformasiya təhlükəsizliyi təlimlərinə start verildi

İnformasiya təhlükəsizliyi təlimlərinə start verildi

08-06-2015
SEÇKİ 2008 QHT Koalisiyasının  açıqlaması

SEÇKİ 2008 QHT Koalisiyasının açıqlaması

19-09-2008
Qarabağ haqqında sayt hazırlanıb

Qarabağ haqqında sayt hazırlanıb

21-09-2015
Azərbaycanda lisenziya almaq asanlaşır-Yeni portal

Azərbaycanda lisenziya almaq asanlaşır-Yeni portal

20-12-2017
 TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işə başlayıb

TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işə başlayıb

24-11-2025
“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir

02-12-2025
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Kiçik Qrantlar Müsabiqəsini elan edir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Kiçik Qrantlar Müsabiqəsini elan edir

26-06-2010
Auditorların şəxsi elektron kabineti olacaq

Auditorların şəxsi elektron kabineti olacaq

13-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə