Previous Next
Bağla

Ötən gün BAKU2015 həştəqi dünya trendləri arasında olub

13-06-2015 17:17
Ötən gün BAKU2015 həştəqi dünya trendləri arasında olub

Dünən “Bakı-2015” I Avropa Oyunlarının möhtəşəm rəsmi açılış mərasimi baş tutdu. Oyunların açılış mərasimi sosail mediada ən çox müzakirə olunan, paylaşılan mövzulardan oldu. Sosial mediada, xüsusilə də Twitterdə əsasən İlk Avropa Oyunları ilə əlaqəli həştəqlər üstünlük təşkil edirdi.

Xəbər verdiyimzi kimi, bir neçə gün əvvəl mərkəzi ofisi Torontoda yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi -İFEX dünyanın bütün qütblərində yerləşən jurnalist təşkilatlarına və insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərə müraciət edərək, onları Avropa Oyunlarının Azərbaycanda keçiriləmsinə qarşı twitter kampaniyasına qoşulmağa çağırmışdı.

Bir sıra media qurumları, o cümlədən Azərbaycan Mətbuat Şurası jurnalistlərə müraciət edərək, onları bu kampaniyaya qarşı aktiv fəaliyyət qurmağa, I Avropa Oyunlarının rəsmi twitter səhifəsində, #baku2015 həştəqi ilə Azərbaycan həqiqətləri barədə gərəkli informasiyalar yerləşdirməyə, səsimizin dünyaya çatdırılmasına yardım göstərməyə səslədi.

Xeberler.az-ın araşdırması göstərib ki,  Avropa Oyunları ərəfəsində Azərbaycanlı twitter istifadəçilərinin ən çox işlətdiyi həştəq #baku2015 olub.

Baxmayaraq ki, Azərbaycanda Facebook istifadəçilərinin sayı Twitter istifadəçilərdən az qala 10 dəfə çoxdur, 2-cinin beynəlxalq ictimai rəyə təsir imkanlarının çox olduğunu nəzərə alaraq  Azərbaycana qarşı bu sosial mediadan istifadə etməyi düşünüblər.

Müşahidələrimiz göstərib ki, yalnız adı çəkilən beynəlxalq şəbəkə deyil, beynəlxalq  insan hüquqları ilə məşğul olan bəzi  qruplar da Azərbaycanda insan hüquqları sahəsində problemlərin olduğunu bildirərək bu sosial mediada “hücuma” keçiblər. Bu məqsədlə isə daha iki yeni həştəqdən,  #realbaku2015 və #realbaku  həştəqlərindən istifadəyə başlayıblar.

Beləliklə də, ötən gün Twitterdə əsil həştəq müharibəsi  də baş tutub.  Və bu müharibə elə bu anlarda da davam edir.

Bəs görəsən bu kampaniyanın ilkin nəticələri necə olub, hansı informasiyalar qeyd olunan həştəqlərlə yayılıb, hansı informasiyalar üstünlük təşkil edib?

“Ermənilər, onlarla iş birliyi edənlər, xaricdəki bəzi xidmət orqanlarına çalışan şəxslər dünən ölkəmizə qarşı anti-Azərbaycan təbliğatına başlamışdılar. Lakin biz Avropa Oyunlalaırnı olduğu kimi təqdim etmək üçün əlimizdən gələni etdik və həmin qüvvlərin hücumları iflasa uğradı”.

Bunu Xeberler.az-a media ekspert Azər Həsrət Oyunlarla bağlı  sosial mediada olan fəaliyyətdən və Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirən qurumlardan danışarkən deyib.

O, məlumat verib ki, Azərbaycana qarşı müəyyən dairələr tərəfindən hücumlar əvvəlcədən da nəzərdə tutulduğu üçün onlar mübarizəyə hazır olublar. Aparılan ciddi mübarizə nəticəsində bunun öhdəsindən gəliblər:
“Məlumatımız var idi ki, Oyunların açlışını gözdən salmaq üçün xaricdən müəyyən dairələr hərəkətə keçəcəklər, sosial mediada bizi aşağılayan, həqiqətə uyğun olmayan infromasiyalar paylaşacaqlar.Biz isə bunu nəzərə alaraq Avropa Oyunlarının açılış mərasimini, bununla bağlı paylaşımları çoxaltdıq. #bakı2015 həştəqi ilə Twitterdə -də çoxsaylı müsbət paylaşımlar etdik. Açılış mərasimi ərəfəsində bu həştəq dünya trendləri arasında 9-cu sırada idi. Həmçinin də bir sıra ölkələrin, Türkiyənin, İtaliyanın, Ukraynanın da  trendlərində öndə gedirdi”.

Onun sözlərinə görə, Oyunların açılış mərasimində Facebook -da əsas trendlər “Möhtəşəm”, Super”, “Əla” sözləri olub. 

Azər Həsrət məlumat verib ki, açılış mərasimindən daha çox paylaşım edənlər isə Türkiyə, Almaniya, Fransa olub:

“Baxmayaraq ki, Almaniyanın rəsmi şəxslərinin Azərbaycana gəlməməsi ilə bağlı bir çox mənfi fikirlər var idi, amma dünən izləyiciləri 600 mindın çox olan Almaniya Mili Olimpia Komitəsinin Twitter səhifəsindən çoxlu sayda paylaşımlar edilirdi.
Həmin paylaşımlar isə tamam siyasətdən kənar idi.

Bununla yanaşı, Böyük Britaiyanın idmançılarının rəsmi səhifəsindən də Oyunlarla bağlı müsbət paylaşımlar edilirdi. Səhifənin 32 min təqibçisi var. Ümumiyyətlə, dünən xarici nümayəndələrin paylaşımlarından Bakı haqda bu günə qədər eşidilməyən təriflər dünən açılış mərasimi ilə bağlı sosial mediada paylaşıldı. Əsasən də Türkiyə, Fransa, Almaniya, İngiltərə bu işdə fəal idi”.

Media eksperti Xeberler.az -a onu da bildirib ki, Facebook üzərindən də ciddi çalışmalar müşahidə edilib. Facebook üzərindən təxminən 90-99 faiz insan müsbət paylaşım edib:

“Azərbaycana həm turist kimi, həm də İdman Oyunlarında iştirak üçün gəlmiş şəxslər də sosial media  üzrərindən bol-bol paylaşımlar etdilər. Bu paylaşımlar siyasətdən uzaq idi. Onlar gördüklərini paylaşırdılar. Məlum anti qrup isə tam olaraq iflasa uğradı”.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı jurnalistlərə çağırış: “ I Avropa Oyunlarının rəsmi twitter səhifəsini qoruyaq”

11-06-2015

“Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu”

21-07-2015

“Bakı 2015” ilə bağlı paylaşımlar İnstagram-da rekord həddə çatdı

15-06-2015

“Bakı 2015”-in Açılış mərasiminə biletlərin hamısı satılıb

10-06-2015

İlk Avropa Oyunlarının qalibi telekommunikasiya, İnternet və sosial media oldu

07-07-2015

Çində Avropa Oyunlarının açılış mərasimi canlı yayımlanıb

13-06-2015

Ötən həftə İKT sahəsində nə baş verdi?

15-06-2015

Oyunların kibertəhlükəsizliyinə ciddi nəzarət olunur

16-06-2015

I Avropa Oyunlarının Açılış mərasimini canlı izləmək mümkün olacaq

08-06-2015

“Azerbaijan” və “Ilham Aliyev” həştəqləri “X”-də trend olub

11-08-2025

Formula 1-in informasiya təminatı necə qurulub?

16-06-2016

Avropa Birliyindən sosial şəbəkələrə son xəbərdarlıq

29-09-2017

Twitter-də Oyunlara dəstək olanlar mükafatlandırılıb

12-06-2015

“İnternet və sosial media da vuruşurdu, sadəcə cəbhələr fərqli idi”

07-04-2016

Azərbaycan və Türkiyəyə qarşı qarayaxma kampaniyası aparılır

07-03-2026

ABŞ-da Avropa Oyunlarının poçt markası hazırlanıb

09-06-2015

Hikmət Hacıyev: Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur

20-07-2025

Avropa Oyunlarını ən yaxşı işıqlandıran yerli kanalların adları açıqlandı

27-06-2015

Sosial şəbəkədə ən çox bəyənilən fotoşəkil “Bakı 2015”-in qalibi seçiləcək

30-05-2015

Türkiyədə Twitter uğrunda "vuruşma"

09-02-2023

I Avropa Oyunları mövzusu Twitter-in Azərbaycan seqmentində necə əks olunub?

04-06-2015

Avropa Oyunlarının qalibləri Azercell-də qonaq olub

03-07-2015

Mehmanxanalarda İnternetin keyfiyyəti monitorinq olunub

10-06-2015

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

08-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə