Previous Next
Bağla

Avropa Oyunlarının qalibləri Azercell-də qonaq olub

03-07-2015 16:56
Avropa Oyunlarının qalibləri Azercell-də qonaq olub

Bu gün Azercell Telekom MMC-də görüş keçirilib.

Xeberler.az-ın məlumatına görə, paralimpiya üzrə idman ustaları şirkət əməkdaşları ilə görüşüb.

İlk Avropa Oyunlarında Azərbaycanı uğurla təmsil edən Milli Paralimpiya Komitəsinin idmançıları və rəhbərliyi şirkətdə qonaq olublar. Görüşün əvvəlində İlk Avropa Oyunlarının Açılış Mərasimindən kadrlar, əməkdar idman ustası İlham Zəkiyevin məşəli yandırması, onun və digər paralimpiyaçılarımızın keçirdiyi oyunlar, medal mərasimlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Şirkətin prezidenti Vahid Mürsəliyev bildirdi ki, oyunların bitməsinə 2 gün qaldığı bir müddətdə paralimpiyaçılarımız İlham Zəkiyev, Səbinə Abdullayeva və Zakir Müslümovun əsrarəngiz qələbəsi Avropa Oyunlarına böyük şövqlə nöqtə qoymağa imkan verdi. Azercell prezidenti hazırda Uşaq Paralimpiya Komitəsində 50 yeniyetmənin məşğul olduğunu xatırladaraq şirkətin bundan sonra da onlara dəstək olacağını bəyan etdi: “Bu, həmin uşaqların həyata ikinci vəsiqə alması deməkdir. Onların əzmkarlıq nümayiş etdirərək ayaqda dayanmasına dəstək olmaq bizim üçün çox önəmlidir və inanırıq ki, onlar hələ çox yerdə Azərbaycanda bayrağını dalğalandıracaqlar”.

Milli Paralimpiya Komitəsinin Prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bu cür isti və səmimi qəbula görə bütün Azercell ailəsinə təşəkkürünü bildirdi: “Görürəm ki, bizim zalda keçirdiyimiz həyəcan artıq oyunların divarlarından kənara çıxıb. Azercell hələ 2008 Pekin Paralimpiya Oyunlarında paralimpiyaçıların iştirakını dəstəkləmişdi. Ümid edirəm ki, bu əməkdaşlıq davam edəcək”.İ. Rəhimov qeyd etdi ki, Avropa Oyunlarının Azərbaycanda paralimpiya hərəkatına çoxlu müsbət təsirləri olub. Məsələn, ilk dəfə olaraq idman zalları fiziki məhdudiyyətli şəxslər üçün də müyəssər olub, əlil insanlar rahatlıqla oyunlara tamaşaçı qismində qatıla biliblər. Bundan əlavə, ilk dəfə olaraq Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti tərəfindən Azərbaycanın dövlət başçısı İlham Əliyevə Ali mükafat təqdim olunub. Nazir müavini qeyd etdi ki, artıq paralimpiya üzrə dünya miqyaslı təbirlərin Bakıda keçirilməsi üçün müraciətlər edilir.

Daha sonra görüşdə iştirak edən idmançıları Azercell əməkdaşlarının suallarını cavablandırıblar. Cüdo üzrə ikiqat paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu İlham Zəkiyev deyib ki, Açılış Mərasimində məşəl daşıyacağı barədə məlumatı düz 3 ay hər kəsdən gizlədib. Çempion titulunu qazandıqdan isə dövlət başçısından onunla kürsüyə çıxmasını xahiş edib: “Onda möhtərəm prezidentin qulağına dedim ki, cənab Ali baş komandan, əsgər Zəkiyev  döyüş tapşırığını yerinə yetirdi. Çünki mən qızıl medal almağa söz vermişdim”.

Cüdo üzrə ikiqat dünya çempionu, üçqat gümüş medalçı və Bakı 2015 Avropa Oyunlarının gümüş medal mükafatçısı Səbinə Abdullayeva bu idman növünü seçməyinin tarixindən söz açıb.

Görüşün sonunda idmançılara Azercell-dən hədiyyələr və gül dəstələri təqdim olunub, xatirə fotosu çəkilib.

Görüşdə cüdo idman növü üzrə Bakı 2015 Avropa Oyunlarının bürünc medal mükafatçısı Zakir Müslümov, Milli Paralimpiya Komitəsinin birinci Vitse-Prezidenti və Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin Sədri Natiq Qasımov, Milli Paralimpiya Komitəsinin Baş Katibi Afiq Süleymanov,Uşaq Paralimpiya Komitəsinin İcraçı Direktoru, Kamal Məmmədov, Milli Paralimpiya Komitəsinin Baş məşqçisi (Cüdo) İbrahim İbrahimov da iştirak ediblər.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell I Uşaq Paralimpiya Oyunlarını dəstəkləyir

06-11-2015

Azercell Uşaq Paralimpiya İdman Oyunlarına dəstək olub

12-12-2017

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

27-04-2016

Azercell Tokio-2020-nin qaliblərini təbrik edib

13-10-2021

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirilib

11-11-2016

Azercell Paralimpiyaçı idmançılarımıza da dəstək olur

24-08-2021

Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib

15-11-2019

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək

19-12-2025

"Azercell Telecom"un dəstəyilə “Uşaq Paralimpiya kuboku” turniri keçirilib

08-06-2023

Uşaq paralimpiyaçılarımız qələbə ilə döndü

11-09-2017

Azercell-in dəstəyi ilə V Uşaq Paralimpiya Oyunları keçiriləcək

31-10-2019

Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib

23-12-2025

Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

28-12-2021

Azercell prezidenti mükafatlandırıldı

10-12-2016

IV Uşaq Paralimpiya oyunları keçirilib

15-11-2018

Nar Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19-06-2019

Azercell-in dəstəyilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib

23-11-2021

Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

10-04-2025

Uşaq paralimpiyaçılarımız beynəlxalq yarışda

19-08-2017

Azercell paralimpiyaçılara dəstək olur

03-08-2017

Azercell Uşaq Paralimpiya Komitəsinə dəstəyi davam etdirir

13-04-2018

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi "Azercell"i təltif etdi

18-01-2023

Nar fiziki məhdudiyyətli idmançılara dəstək olur

24-10-2019

Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb

30-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə