Ötən həftə İKT sahəsində nə baş verdi?

15-06-2015 / 14:13

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir.
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq. 

Qeyd edək ki, Xeberler.az ötən icmalı iyunun 8-də təqdim etmişdi.

Məlum olduğu kimi, ötən həftəsonu I Avropa Oyunlarının açılış mərasimi baş tutdu. “Baku2015”-in rəsmi saytında Oyunların açılış mərasimini canlı izləmək mümkün oldu. 
Açılış mərasimindən ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə İKT sahəsində vacib məqamlardan biri Avropa Oyunlarının telekommunikasiya və internet təminatı ilə bağlı məsələlər idi.
Bununla bağl
ı Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun Xeberler.az-a verdiyi  müsahibə  xeyli maraq doğurub.

Oyunlarla bağlı mehmanxanaların yüksək keyfiyyətli, fiber-optik İnternətlə təmin olunması, eyni zamanda I Avropa Oyunlarından öncə və Oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi də prioritet təşkil edirdi. 
İlk Avropa Oyunlarında İnternet və İT təminatının yerli və xarici mütəxəssislərin nəzarəti altında Eurodesign şirkəti tərfindən həyata keçirilməsi də maraqlı məlumatlardan olub.

Sosial mediada aktual olan məqam Oyunların açılış mərasiminin həştəqlərlə paylaşılması oldu. 
Sosial mediada, xüsusilə də Twitterdə əsasən İlk Avropa Oyunları ilə əlaqəli həştəqlər üstünlük təşkil edirdi. Xeberler.az-ın araşdırması göstərib ki,  Avropa Oyunları ərəfəsində Azərbaycanlı twitter istifadəçilərinin ən çox işlətdiyi həştəq #baku2015 olub. Daha ətraflı məlumatı buradan ala bilərsiniz.
Onu da qeyd edək ki, “Bakı 2015” ilə bağlı paylaşımlar İnstagram-da rekord həddə çatıb.

Həftənin aktual mövzularından biri də mobil nömrələrin satışı ilə bağlı oldu. 
Yeni dəyişikliyə əsasən nömrə (simkart) alan şəxslə bağlı xeyli məlumatlar tələb olunacaq. Bir şəxsin nömrəsinin digər bir tərəfə verilməsinin qadağan olunması müqavilədə qeyd olunacaq. Mövzu ilə bağlı bir çox dövlət rəsmiləri sosial şəbəkələrdə münasibətlərini bildiriblər. 
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

İKT sahəsində beynəlxalq konfranslardan XV Avropa Forumunda “Asan İmza” mobil elektron imza texnologiyasını təqdim etdi.
Forum elektron etimad xidmətləri, elektron imza, açıq açar infrastrukturu və elektron identifikasiya kimi mövzular müzakirə edildi.
Daha geniş məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə İKT sahəsində baş verən önəmli hadisələrdən biri də YTP-da texnoloji transfer mərkəzinin yaradılması, o cümlədən hardware (kompüter avadanlığı) istehsalı üçün lazımi tədbirlərin görülməsi istiqamətində addımların atılması oldu. 
YTP-da texnoloji transfer mərkəzinin yaradılması, o cümlədən hardware (kompüter avadanlığı) istehsalı üçün lazimı tədbirlərin görülməsi də planlaşdırılır.
Daha ətraflı məlumat buradadır.

İKT təhsil sahəsində sevindirici məqamlardan biri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı təhsil üzrə yeni layihəyə başlaması haqqında xəbər oldu.
Parkda fəaliyyətə başlayan “Code Academy” İKT sektorundakı ehtiyacı nəzərə alaraq, real proqramlaşdırma bacarıqlarını öyrətməyi hədəfləyən layihədir. Bu layihənin əsas məqsədi ideyası olan gəncləri bu ideyaları həyata keçirmək üçün lazım olan texniki biliklərlə təmin etməkdir.
Daha geniş məlumatı buradan əldə edə bilərsiniz.

Keçdiyimiz həftə beynəlxalq tədbirlərdən biri “Rəqəmsal iqtisadiyyat mövzusunda Şərq Tərəfdaşlığı ölkələri üzrə nazirlərin I görüşü” keçirildi.
Görüşdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) nazir müavini Elmir Vəlizadə və RYTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev iştirak edib.
Daha geniş məlumatı buradan ala bilərsiniz.

Həftənin daha bir maraqla gözlənilən xəbəri ən çox istifadə olunan e-xidmətlərin siyahısının açıqlanması oldu.
Siyahıda birinci yerdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu” xidmətidir. Belə ki, həmin xidmətdən 261 min 307 nəfər istifadə edib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə hər ay keçirilən RYTN-nin MHM-də  “Elektron Hökumət” bülleteni üzrə növbəti brifinqi keçirildi.
Brifinqdə Azərbaycan Texniki Universiteti, “Azərişıq” ASC və “Azərsu” ASC-nin səlahiyyətli nümayəndələri iştirak edir.
Brifinqin önəmli məqamlardan biri də elektrik enerjisi istifadəçilərinin abunə kodlarının dəyişməsi ilə bağlı məlumat oldu. 
“Azərişıq" ASC bütün abonentləri üçün 15 rəqəmli kod tətbiq etməyə başlayıb. Daha geniş məlumatı buradan əldə edə bilərsiniz.

       

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə