Dil məsələləri ilə bağlı Qaynar xətt yaradılacaq

31-03-2015 / 15:45

Uzun müddətdir ki, ölkədə İKT –nin inkişaf tempi ilə, informasiya texnologiyalarından istifadə edənlərin artım tempi bu sahədə Azərbaycan dilindən effektiv istifadənin uzlaşmadığı vurğulanmaqdadır.

Xüsusilə də ölkədə İKT sahəsində, İnternetdə Azərbaycan dilinin tətbiqi ilə əlaqəli bir sıra problemlər mövcuddur.

İKT sahəsində Azərbaycan dilinin tətbiqinin təkmilləşdirilməsi ilə bağlı zaman-zaman maraqlı tərəflərin iştirakı ilə müzakirələr keçirilib və bu müzakirələrdə İKT sahəsində Azərbaycan dilinin tətbiqinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Məhz bu Proqramda dilçiliyin inkişafı və ölkədə dildən istifadənin inkişaf etdirilməsi ilə bağlı mühüm əhəmiyyətli məsələlər öz əksini tapıb.

Xəbərlər.az Dövlət Proqramında nəzərdə tutulanların gerçəkləşməsi istiqamətində hansı addımların atıldığı ilə maraqlanıb.

Professor Qulu Məhərrəmlinin sözlərinə görə orfoqrafiya, dil məsələləri ilə bağlı Qaynar xətt sisteminin yaradılması nəzərdə tutulur. O, Qaynar xəttin yaxın zamanlarda istiafdəyə veriləcəyini diqqətə çatdırıb. Bu məsələ ilə bağlı qısa nömrə xidmətinin yaradıldığını, əməkdaşların hazırlandığını, ayrıca şöbənin fəaliyyət göstərəcəyini diqqətə çatdırıb:

“Hal hazırda son hazırlıqlar gedir , proqramlar yoxlanılır və sahmana salınır.  AMEA Dilçilik institunun tərkibində yaradılan Qaynar xətt sisteminin ölkə prezidenti tərəfindən təsdiq edilən yuxarıda adı çəkilən Proqram çərçivəsində hazırlanır".

Qulu Məhərrəmli qeyd edib ki, Qaynar xətt dil məsələlərində vətəndaşlara kömək etmək , dil normalarından yayınma hallarının qarşısını almaq , əhalini bu proseslərə cəlb etmək və onları fəallaşdırmaq , dilə məhəbbəti təmin etmək məqsədilə yaradılır.

Proqramın hazırlanması ilə bağlı müzakirələrdə iştirak edən ekspert Firudun Əhmədov dilin inkişafı, xüsusilə də İKT sahəsində Azərbaycan dilindən istiafdənin təkmilləşdirilməsi məqəsdilə Qaynar xəttin yaradılmasını yüksək qiymətləndirib. Qaynar xəttin həm telefonla və həm də mobil , veb texnologiyalar əsasında yaradılmasını zəruri hesab edib: “Veb saytda vətəndaşlar dil məsələləri ilə bağlı problemləri qeyd etməli daha sonra mürəciətləri mütəxəssislər cavablandırmalıdır”. O, artıq bir sıra qonşu ölkələrdə də bu tip sistemlərin yaradıldığını vurğulayıb.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.