Previous Next
Bağla

Dilçiliklə bağlı Qaynar xətt sınaq fəaliyyətinə başladı

15-02-2016 16:31
Dilçiliklə bağlı Qaynar xətt  sınaq fəaliyyətinə başladı

Məlumat verdiyimiz kimi, bir müddətdir ki, ölkədə dil məsələləri ilə bağlı Qaynar xətt sistemi yaradılması istiqamətində işlər davam edir.

Qaynar xətt xidməti artıq sınaq  fəaliyyətinə başlayıb.

Hazırda bu istiqamətdə görülən işlərdən danışan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli Xeberler.az-a bildirib ki, Qaynar xətt  iki həftə sınaq fəaliyyəti göstərəcək.

Onun sözlərinə görə, hazırda sınaq müddəti olsa da, sistem fəaliyyət göstərir və istənilən adam zəng edib məlumat verə və ala bilər.

Qulu Məhərrəmli bildirirb ki, Qaynar Xətt yeddirəqəmli və avtomatik sistemdir . Xidmətin  nömrəsi 012 538 06 37-dir, sistem 24 saat fasiləsiz işləyir. Hazırda sistemdə 3 nəfər çalışır.

O deyib ki, bütün zənglər qeydiyyata alınır. Zənglərin günlük, həftəlik, aylıq statistikası aparılacaq.

Qeyd edək ki, dil məsələləri ilə bağlı yaradılan sistemdə quraşdırılmış robot müraciət edən vətəndaşa dərhal cavab verəcək və vətandaşın qeydi, iradı qəbul ediləcək. Bir gün sonra isə vətəndaşla əlaqə saxlanılacaq və məsələ həll olunacaq.

Bu fəaliyyət  Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” a əsasən həyata keçirilir. Məhz bu Proqramda dilçiliyin inkişafı və ölkədə dildən istifadənin inkişaf etdirilməsi ilə bağlı mühüm əhəmiyyətli məsələlər öz əksini tapıb.

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dilçiliklə bağlı Qaynar xətt nə üçün qısa nömrə deyil?

21-11-2015

Dilçiliklə bağlı Qaynar xətt problemləri həll edəcək

10-06-2015

Dilçiliklə bağlı Qaynar Xətt qısa nömrə ilə fəaliyyət göstərəcək

16-02-2016

Dil məsələləri ilə bağlı Qaynar xətt sınaq mərhələsindədir

03-06-2015

Dilçiliklə bağlı Qaynar xətt sistemində hansı yenilik olacaq?

21-08-2015

Dilçiliklə bağlı Qaynar xəttin istifadəyə veriləcəyi tarix açıqlandı

14-08-2015

Dil məsələləri ilə bağlı Qaynar xətt yaradılacaq

31-03-2015

Dilçiliklə bağlı Qaynar xətt-ə daxil olan müraciətlərin sayı açıqlanıb

05-10-2016

“Saytların dil mənzərəsi” araşdırılıb

14-03-2015

Azərbaycanın Rabitə Nazirliyi ikinci "qaynar xətt" açıb

25-06-2011

Dilçilik İnstitutu monitorinq aparacağı nazirliklərin adlarını açıqlayıb

09-06-2015

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016

Rəqəmsal yayıma keçid :“Səhərdən 400-ə yaxın zəngə cavab vermişəm”

01-11-2016

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016

“Metropolitendən rəsmi müraciət gözləyirik” - BakıKart layihəsinin rəhbəri

17-08-2015

Aztelekom da qaynar-xətt yaratdı

13-10-2010

Milli Transliterasiya Sisteminin təqdimatı onlayn formada keçiriləcək

09-09-2020

Uşaq qaynar xətt xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir

30-10-2018

«Azərpoçt» Dövlət Müəssisəsi «Qaynar xətt» təşkil edəcək

12-03-2009

Milli Terminoloji İnformasiya Sisteminin portalı hazırlanır

28-09-2015

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020

Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

06-03-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə