Previous Next
Bağla

Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması müasir dövrün tələbidir

16-12-2024 16:45
Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması müasir dövrün tələbidir

Milli dillərin, xüsusən də dövlət dili statuslu dillərin inkişafı, nitq mədəniyyətinin yüksək olması cəmiyyətin firavanlıq səviyyəsinin göstəricisidir. Çünki dil təkcə təfəkkürü əks etdirmir, həm də onu formalaşdırır, davranışı, şəxsiyyətlərarası və korporativ münasibətləri tənzimləyir.

Xeberler.az məlumat verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında müəssisənin dissertantı, texnika üzrə fəlsəfə doktoru İsmayıl Sadıqov “Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinə dair çıxışı zamanı məlumat verib.

“İnformasiya texnologiyalarının təsiri ilə sürətlə qloballaşan müasir dünyada milli dillərin qorunması aktual məsələlərdən birinə çevrilmişdir”, - deyən məruzəçi e-dövlət platformasında Azərbaycan dilinin qorunması və inkişafı məsələlərinin araşdırılmasının prioritet tədqiqat istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirib ki, dissertasiya işinin əsas məqsədi informasiya texnologiyalarının təsiri ilə sürətlə qloballaşan müasir dünyada milli dillərin qorunması problemlərinin elmi təhlilinin verilməsi və e-dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsidir.

Dissertasiya işi çərçivəsində qarşıya qoyulan məsələləri diqqətə çatdıran İ.Sadıqov Azərbaycan Dilinin Milli Korpusunun verilənlər bazasının strukturunun qurulması və Korpusun yaradılması üçün onun tam funksional prototipinin hazırlanması, Azərbaycan dilində mətnlərin oxunmasının qiymətləndirilməsi üçün tədqiqatların davam etdirilməsi və s. ilə bağlı məlumat verib. Əlavə edib ki, e-dövlət mühitində Azərbaycan dilinin təhdidlərə dayanıqlı ekosisteminin yaradılması, e-dövlət mühitində Azərbaycan dilinin tədrisi və dil biliklərinin qiymətləndirilməsi texnologiyalarının işlənməsi də qarşıda duran vəzifələrdəndir.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək məruzənin aktual məsələyə həsr olunduğunu, Azərbaycan dilinin istifadəsi, düzgün tətbiqi, qorunması və inkişaf etdirilməsi, eləcə də dildən kütləvi istifadənin təmin edilməsinin dövlət siyasətinin əsas priortetlərindən olduğunu bildirib.

Akademik Rasim Əliquliyev elektron dövlət platformasında süni intellektdən, İKT-dən istifadə edərək Azərbaycan dili servislərinin yaradılmasının vacibliyini önə çəkib: “Hər bir vətəndaş Azərbaycan dilini öyrənmək, inkişaf etdirmək, öz qrammatik və leksik biliklərini onlayn formada yoxlamaq imkanına malik olmalıdır”.

Azərbaycan dilinin müxtəlif aspektlərinə aid olan rəqəmsal resursların e-dövlət mühitinə inteqrasiya olunmadığını nəzərə çatdıran alim Azərbaycan dili üçün milli, korporativ və fərdi dil korpuslarının işlənilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin İKT-nin tətbiqi ilə Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi üçün yeni mexanizmlərin işlənilməsinin zəruri olduğunu qeyd edib. Akademik IV sənaye inqilabı və süni intellektin gətirdiyi reallıqlar kontekstində təbii dilin emalı metodlarının Azərbaycan dilinə tətbiq olunmasının vacib olduğunu diqqətə çatdırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Terminoloji İnformasiya Sisteminin elmi-texnoloji əsasları işlənib

08-05-2023

“Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

10-03-2023

Beynəlxalq Ana dili Gününə həsr olunan respublika konfransı keçirilir

21-02-2023

Rəqəmsal transformasiyalarla bağlı açıqlama

24-02-2023

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024

“İT üzrə ən müasir terminlər toplanmalı və sistemləşdirilməlidir”

01-02-2016

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025

İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şərait müzakirə olundu

25-02-2015

İnformasiya Texnologiyaları İnstitutunda növbəti iclas keçirilib

12-12-2024

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

24-12-2024

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025

“Saytların dil mənzərəsi” araşdırılıb

14-03-2015

“İKT və Azərbaycan dilinin istifadəsi problemləri” müzakirə olundu

25-11-2009

İnformasiya təhlükəsizliyinin aktual elmi-praktiki problemləri mövzusunda konfrans keçirildi

14-12-2018

E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

03-02-2025

Azərbaycanda seysmoloji tədqiqatlarda süni intellektdən istifadə ediləcək

12-10-2023

Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

21-10-2025

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016

Jest informatikasının problemləri və perspektivləri araşdırılıb

18-12-2024

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

07-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə