Previous Next
Bağla

Dil məsələləri ilə bağlı Qaynar xətt sınaq mərhələsindədir

03-06-2015 17:33
Dil məsələləri ilə bağlı Qaynar xətt sınaq mərhələsindədir

“Dil məsələləri ilə bağlı Qaynar xətt Sisteminin texniki avadanlıqlarının hazırlığı, robotların sazlanması, proqram təminatının hazırlanması istiqamətində işlər davam etdirilir”.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Proqramda dilçiliyin inkişafı və ölkədə dildən istifadənin inkişaf etdirilməsi ilə bağlı mühüm əhəmiyyətli məsələlər öz əksini tapıb.

Xüsusilə də, ölkədə İKT sahəsində, İnternetdə Azərbaycan dilinin tətbiqi ilə əlaqəli bir sıra problemlərin həlli də nəzərdə tutulub.

Xeberler.az Dövlət Proqramında nəzərdə tutulanların gerçəkləşməsi istiqamətində hansı addımların atılması ilə bağlı bir müddət əvvəl məlumat verib.

Bəs görəsən, bu sahədə hazırda görülən işlər nə yerdədir? Layihənin yaxın müddətdə istifədəyə verilməsi gözlənilirmi?

Məsələylə bağlı Xeberler.az-ın suallarını cavablandıran professor Qulu Məhərrəmli bildirib ki, dil məsələləri ilə bağlı Qaynar xətt sisteminin texniki avadanlıqlarının hazırlığı, robotların sazlanması, proqram təminatının hazırlanması istiqamətində işlər davam etdirilir.

Buna baxmayaraq, o, Dilçilik institutunun bu sahədə imkanlarının məhdud olduğunu da bildirib: “Dilçilik İnstitutunun istəyinə uyğun olaraq proqramı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hazırlayır. Lakin hazırda Dilçilik institutunun bu sahədə imkanları məhduddur. Bu səbəbdən digər təşkilatların köməyi ilə layihənin həyata keçirilməsi planlaşdırılır”.

Qulu Məhərrəmlinin sözlərinə görə, Qaynar xətt sistemi ənənəvi xidmətlərdən tamamilə fərqlənəcək: “Sistemin yaxın zamanlarda sınaq mərhələsindən keçirilməsi gözlənilir. İlkin mərhələdə nitq və dil qüsurları ilə bağlı məlumatlar veriləcək, ikinci mərhələdə isə sorğuların keçirilməsi nəzərdə tutulur. Dilçilik İnstitutunun saytında qaynar xəttlə əlaqəli bölmə fəaliyyət göstərəcək. Həmçinin ayrıca veb saytın yaradılması da nəzərdə tutulur. Lakin bu ikinci mərhələ üçün planlaşdırılıb”.

Qulu Məhərrəmli qeyd edib ki, məsələlərin hər biri kifayət qədər enerji və maliyyə tələb edən faktorlardır. Həmçinin texniki avadanlıqlar da tam şəkildə hazır deyil.

Qulu Məhərrəmli onu da qeyd edib ki, Qaynar xətt üçün nəzərdə tutulan qısa nömrə də artıq müəyyənləşib.

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dil məsələləri ilə bağlı Qaynar xətt yaradılacaq

31-03-2015

Dilçiliklə bağlı Qaynar xətt problemləri həll edəcək

10-06-2015

Dilçiliklə bağlı Qaynar xətt nə üçün qısa nömrə deyil?

21-11-2015

Dilçiliklə bağlı Qaynar xətt sınaq fəaliyyətinə başladı

15-02-2016

Dilçiliklə bağlı Qaynar xəttin istifadəyə veriləcəyi tarix açıqlandı

14-08-2015

Dilçiliklə bağlı Qaynar xətt sistemində hansı yenilik olacaq?

21-08-2015

Dilçiliklə bağlı Qaynar Xətt qısa nömrə ilə fəaliyyət göstərəcək

16-02-2016

“Saytların dil mənzərəsi” araşdırılıb

14-03-2015

Dilçiliklə bağlı Qaynar xətt-ə daxil olan müraciətlərin sayı açıqlanıb

05-10-2016

Dilçilik İnstitutu monitorinq aparacağı nazirliklərin adlarını açıqlayıb

09-06-2015

“Metropolitendən rəsmi müraciət gözləyirik” - BakıKart layihəsinin rəhbəri

17-08-2015

Azərbaycan dilinin elektron məkanda geniş istifadəsiylə bağlı prezidentin sərəncamı

06-10-2018

Milli Transliterasiya Sisteminin təqdimatı onlayn formada keçiriləcək

09-09-2020

Milli Terminoloji İnformasiya Sisteminin portalı hazırlanır

28-09-2015

Dilimizin proqramlarda tətbiq edilməsi ilə bağlı işlər aparılır

01-12-2015

“Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

10-03-2023

Ayfon yoxsa iPhone? - Ekspertlər nə düşünür?

28-10-2015

“Azərbaycan dilində İKT terminlərinin yaradılması prosesində dilçilərin iştirakı zəruridir”

26-11-2009

Azərbaycanın Rabitə Nazirliyi ikinci "qaynar xətt" açıb

25-06-2011

Dövlət Dil Komissiyası: Cərimələrin tətbiqi qaçılmazdır

02-03-2022

Jurnalistika terminlərini onlayn əldə etmək mümkün olacaq

21-08-2015

Azərbaycanda bu sözlərin də yazılışı dəyişir

16-01-2018

Beynəlxalq Ana dili Gününə həsr olunan respublika konfransı keçirilir

21-02-2023

Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqların “Busuu” tətbiqinə çıxışını təmin edir

01-06-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə