Previous Next
Bağla

Ayfon yoxsa iPhone? - Ekspertlər nə düşünür?

28-10-2015 17:27
Ayfon yoxsa iPhone? - Ekspertlər nə düşünür?

Məlumat verildiyi kimi, Azərbaycan dilinin yeni izahlı dilçilik lüğəti hazırlanırdı. İzahlı dilçilik lüğətinə informatika, iqtisadiyyat, riyaziyyat, kimya, tibb sahələri üzrə 2 min 500 yeni termin daxil edilib. Yeni terminlərin sırasında informasiya texnologiyaları (İT) sahəsi üzrə olan sözlər də üstünlük təşkil edir. 

Belə ki, lüğətə yeni daxil edilən və dünyada yeni təqdim edilən  İKT terminləri, brend adları Azərbaycan dilində səsləndirildiyi formada yazılıb.

Məsələn, ingilis termini iPhone yeni dilçilik lüğətində Ayfon kimi qeyd edilib.

Lakin İKT sahəsindəki mütəxəssislər, xüsusilə gənclərin əksəriyyəti terminlərin deyildiyi kimi yazılmasını birmənalı qarşılamayıb.

İctimaiyyətdə hazırda bu məsələ ilə  bağlı müzakirələr davam edir.  

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli Xeberler.az-a aydınlıq gətirib.

Qulu Məhərrəmli bildirib ki, bu məsələnin birmənalı qarşılanmamasının səbəbi vahid qaydanın olmamasıdır.

Professor həmçinin  vurğulayıb ki, terminlərin Azərbaycan dilində yazılmasında heç bir qəbahət yoxdur:

“Terminlərin yazılışında deyiliş əsas götürülməlidir. iPhone bizdə ayfon kimi deyilirsə elə də yazılmalıdır. Çünki hər kəs ayfonun iPhone yazıldığını bilmir. Və bu normaldır”.

Professor bildirib ki, Azərbaycan dilində bir sıra qaydalar var. O qaydalardan biri də sözlərdən yazıda istifadə edərkən ədəbilik, tarixilik prinsipinin gözlənilməsidir:

“Hesab edirəm ki, sözlərin deyildiyi kimi yazılması normaldır. Bu məsələdə jurnalistlər daha çox problem yaşayır. Vahid mənbə olmadığı üçün terminləri işlədərkən tərəddüd edirlər”.

Qulu Məhərrəmli düşünür ki, terminlərin yazılışında problem yaşamamaq üçün sözlərin orijinal variantını mötərizədə qrafik şəkildə qeyd etmək də olar:

“Ümumiyyətlə bir prinsip əsas götürülməlidir. Vətəndaşlarımız xüsusilə gənclər texnologiyadan daha çox anlayışları var. Ancaq dilin norma və qaydalarını bilmirlər. Bu prosesi tənzimləmək üçün terminləri Azərbaycan dilinin qaydalarına uyğunlaşdırmalıyıq. Dilçilərin bir çoxu dilimizə daxil olan terminlərin Azərbaycan dilində yazılması, qarşılığının isə mötərizədə verilməsini düzgün hesab edir”.

Dilçilərin bir çoxu dilimizə daxil olan terminlərin mətn daxilində Azərbaycan dilində yazılmasını, orijinal variantının isə mötərizədə verilməsini düzgün hesab edir.

Elektron məkanda dil problemləri üzrə ekspert Firudin Əhmədov isə bu məsələ ilə bağlı fikirlərini söyləyərkən bildirib ki, terminlərin deyildiyi kimi yazılmasında yanlışlıq yoxdur.

“Azərbaycan hərfləri ilə AYFON, AYPƏD yazılması ənənəvi qəbul olunmuş qaydaya uyğundur. Xarici dildə olan sözü dəyişmədən istifadə ediriksə, sözün səslənməsinə müvafiq olaraq öz əlifbamızda olan hərflərlə yazmalıyıq. Bir çox dilçi mütəxəssislər kimi mən də dilimizə daxil olan terminlərin  Azərbaycan dilində yazılmasını və ehtiyac hiss olunan hallarda yalnız mətndə ilk dəfə rast gələn zaman qarşılığının mötərizədə verilməsini düzgün hesab edirəm. Lakin bu söylədiklərim dildə norma kimi bərqərar olmayıb. Məsələn, geniş tanınmış brend adların orijinaldakı kimi yazılması da ənənəvidir”.

Firudin Əhmədov bildirib ki, Azərbaycan dilinin norma və normativlərinə əməl olunması məsələləri  Azərbaycan dili ilə bağlı dövlət proqramında əsas vəzifə kimi əksini tapıb. Lakin bu norma və normativlərin dəqiq və ya heç olmasa təxmini  siyahısı belə yoxdur.

Ekspert bildirib ki, bu səpgidə başqa bir problem mətndə başqa dildə yazılan sözü Azərbaycan dilində olan sözlərdən fərqləndirmək məsələsidir.

“Azərbaycan dilində olan mətnin içərisində ingilis dilində tərkibində W hərfi olmayan bir söz yazılıbsa, oxucu onu yazıldığı kimi özü də azərbaycanca oxuyacaq. “Computer” sözünü mətnin içərisində ingilis dilində yazıramsa, oxucu təbii ki, onu olduğu kimi oxuyub tələffüz etməkdə haqlıdır. Çünki heç bir fərqləndirici nişan qoyulmur. Şəxsən mən sənəd hazırlayarkən ingilis dilində istifadə etdiyim sözləri, abreviaturaları və s. kursivlə yazıram və mətnin daxilindəki kursivlərin ingiliscə olduğunu əvvəlcədən oxucu üçün qeyd edirəm. Təbii ki, kiril əlifbasından istifadə etdiyimiz zamanlar belə problem yaşanmırdı”.

Firudin Əhmədov nümunə kimi verilmiş terminlərin izahı ilə tanış olduğunu da bildirib. “Təəssüf ki, bu qədər az sayda terminin izahatı əsasında yeni hazırlanmış izahlı lüğət haqqında ciddi bir fikir söyləmək mümkün deyil. Lüğəti elektron məkandan əldə etdikdən sonra bu mövzuda danışmaq olar”.

 

Sevinc Çəltikova 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Metropolitendən rəsmi müraciət gözləyirik” - BakıKart layihəsinin rəhbəri

17-08-2015

Nə üçün lüğətlərin onlayn versiyaları yoxdur?

26-06-2015

Türk dilində seriallara qadağa qoyulması

07-01-2009

“Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” hazırlanıb

09-12-2015

“İnformatika terminlərinin izahlı lüğəti”nin elektron versiyası hazırlanıb

12-06-2020

“Orfoqrafiya sözünün özünün düzgün yazılışına ehtiyac var”

07-03-2018

Dilçiliklə bağlı Qaynar xətt nə üçün qısa nömrə deyil?

21-11-2015

«Azərbaycan terminləri» portalı yaradılacaq

06-04-2009

Azərbaycan dilinə aid terminlər xüsusi veb-portalda toplanacaq

14-01-2009

Dil məsələləri ilə bağlı Qaynar xətt sınaq mərhələsindədir

03-06-2015

Dilçilik İnstitutu monitorinq aparacağı nazirliklərin adlarını açıqlayıb

09-06-2015

Azərbaycan dilində yüzlərlə sözün yazılışı dəyişdirilir – Siyahı

13-01-2018

Mətbuat Şurası: Hazırda internet dilində danışan bir nəsillə üz-üzəyik

07-11-2025

Dilçiliklə bağlı Qaynar xəttin istifadəyə veriləcəyi tarix açıqlandı

14-08-2015

Dil məsələləri ilə bağlı Qaynar xətt yaradılacaq

31-03-2015

“Azərbaycan dilində İKT terminlərinin yaradılması prosesində dilçilərin iştirakı zəruridir”

26-11-2009

Xarici dildə reklama dair yeni qayda müəyyənləşir

17-04-2020

Magistraturaya hazırlaşanlara yeni xəbər

06-01-2015

Yeni lüğətdə İKT üzrə müasir terminlərin izahı verilib

23-11-2015

Jurnalistika terminlərini onlayn əldə etmək mümkün olacaq

21-08-2015

Dilçiliklə bağlı Qaynar xətt problemləri həll edəcək

10-06-2015

Dilçiliklə bağlı Qaynar xətt sistemində hansı yenilik olacaq?

21-08-2015

İT üzrə ən müasir terminlər araşdırılır

01-05-2018

Dilçiliklə bağlı Qaynar xətt sınaq fəaliyyətinə başladı

15-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə