Previous Next
Bağla

20 Yanvar və informasiya təminatı

20-01-2023 02:08
20 Yanvar və informasiya təminatı
20 yanvar 1990. Sovet-rus ordusu Azərbaycan xalqına qarşı qırğın törədib.
 
İnformasiya texnologiyalarının inkişaf etmədiyi bir zamanda Azərbaycan informasiya blokadasındadır. AzTV-nin enerji bloku Sovet DTK-sı tərəfindən partladılıb. İnformasiya əldə etmək və baş verənləri yaymaq mümkünsüzdür.
 
Sovet radiokəşfiyyatı o zamanın "İnterneti və sosial mediası" olan xarici radiolardan informasiya əldə etməyi əngəlləmək üçün müxtəlif texnologiyalardan istifadə edirdi.
 
Belə bir zamanda Azərbaycanda baş verənlərin bütün dünyaya çatdırılmasında Azadlıq Radiosunun Azərbaycan xidmətinin o zamankı rəhbəri Mirzə Xəzərin böyük rolu oldu.
 
Azadlıq Radiosunun qısa dalğalarını əngəlləmək və efiri söndürmək üçün Sovet radiokəşfiyyatı gecə-gündüz işləsə də biz "OKEAN" və VEF radioqəbuledicilərin qısa dalğalarında bir -birinə qarışan xırıltı-xışıltılar içərisindən Mirzənin səsini eşidə bilirdik. Canlı bağlantılar təşkil olunurdu.
 
20 Yanvar faciəsi zamanı onun səsini, sovet -rus ordusunun vəhşilikləri haqqında onun hayrıqtısını bütün dünya dinləyirdi.
 
Tam əminliklə deyə bilərik ki, qlobal bir informasiya xidmətinin rəhbəri olaraq, bir Azərbaycanlı radiojurnalist olaraq Mirzə Xəzər informasiya blokadasında olan Azərbaycanın həqiqətlərini dünyaya çatdırılmasında müstəsna rol oynayıb.
20 Yanvar hadisələrinin digər informasiya təminatı isə az da olsa "Şuşa" kanalı vasitəsilə həyata keçirilmişdi.
 
AzTV-nin enerji bloku partladılandan sonra bu kanal gün ərzində Şuşa şəhərindəki tele-qüllə vasitəsilə bir neçə saat efirə çıxa bilirdi. AzTV -nin bir sıra əməkdaşları da bu prosesdə iştirak edib.
 
Ermənilər və Şuşa komendantı da efiri əngəlləmək üçün müxtəlif üsullara əl atırdılar.
"Şuşa” TV kanalının fəaliyyətində böyük xidmətləri olan o zamankı icra başçısı Mikayıl Gözəlovu da müəmmalı şəkildə kabinetində güllələyərək qətlə yetirmişdilər.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin .
Ruhları şad olsun.
 
 
 
 
 
 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

31 il öncəki informasiya savaşı: "Mirzə Xəzər və "Şuşa" kanalı əsas xəbər qaynağı idi"

20-01-2021

20 Yanvar faciəsindən 26 il ötür

20-01-2016

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür

20-01-2022

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

20-01-2018

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

20-01-2019

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2018

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

20-01-2023

Qanlı 20 Yanvar faciəsindən 34 il ötür

20-01-2024

20 Yanvar Ümumxalq Hüzn Günüdür

20-01-2025

AzTV-nin rəhbəri: İnformasiya təhlükəsizliyində filtr sistemindən istifadə olunmalıdır

02-10-2023

“AZADLIQ” RADİOSUNUN VEBSAYTI VİDEOXƏBƏRLƏRİN YAYIMINA BAŞLAYIB

18-10-2010

“Azərkosmos” vətəndaşlara müraciət edib

16-10-2020

AzTV-də yeni təyinatlar olub

22-07-2009

20 Yanvar faciəsindən 31 il ötür

20-01-2021

"Qanlı Yanvar" faciəsindən 36 il ötür

20-01-2026

17 noyabr Milli Dirçəliş Günüdür

17-11-2024

III Şuşa Qlobal Media Forumu başa çatıb

21-07-2025

Azərbaycanda bütün ATS-lərin elektronlaşdırılması bu il başa çatacaq

14-12-2010

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

09-09-2022

“İdman Azərbaycan” kanalına icraçı direktor təyin olunub

24-07-2009

“İdman Azərbaycan”ın rəsmi açılış mərasimi keçiriləcək

30-01-2009

Lider mobil operator “Şuşa ili”nə öz rəqəmsal töhfəsini verir

22-12-2022

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2023

FM tezliyi dayandırılmış radiolar fəaliyyətlərini davam etdirir!

02-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə