Apple-ın 1000 dollarlıq telefonu- iPhone X

13-09-2017 / 10:22

Uzun zamandır gözlənilən, xüsusilə iPhone-un 10-cu ili üçün hazırlanan uzun iPhone X dünən axşam rəsmi olaraq təqdim edilib.

Xeberler.az-ın məlumatına görə, çərçivəsiz ekranı ilə 2017-ci ilin ən önəmli  trendinə ayaq uyduran iPhone X yüksək qiyməti və xüsusi özəllikləri ilə diqqət çəkir.

Modelin adındakı X roma rəqəmi ilə şirkətin 10-cu ilinə işarədir.

Yeni smartfonun özəllikləri

iPhone 8 və 8 Plus modellərindən fərqli olaraq üst qisimindən başqa tamamilə çərçivəsiz olan X OLED paneli istifadə edəcək.

5.8 düym ekran ölçüsündə olan iPhone X 2436 x 1125 və 458 PPI dəyərinə malikdir.

Dizayn dəyişikliyinə görə, “Home” düyməsi və Touch ID xüsusiyyətlərini itirən cihaz təhlükəsizlik baxımından Face ID kimi üz tanıma texnologiyasına sahibdir.

“Home” düyməsi olmayan iPhone X-də bu funksiya müxtəlif jestlərlə icra olunacaq.

Gücünü  Apple-ın 4 + 2 formasında 6 nüvəli A11 Bionic prosessorundan alan  iOS 11 əməliyyat sistemindən istifadə edəcək.

Eyniylə, 8 Plus-da olduğu kimi 3 GB RAM ilə təqdim edilən iPhone X dizayn sahəsində iPhone 8 ailəsinə bənzəsə də, onlardan öndədir.

AirPower ilə simsiz şarj

Bütün sensorları ekranın üst qismindəki çərçivədə olan X Super Retina displey texnologiyasından istifadə edir.

iPhone 7 Plus modelində olduğu kimi ikili kameraya sahib olan iPhone X kamera dizaynında bir az fərqlilik edərək şaquli şəkildə istifadə etməyi üstün tutur.

AirPower ilə simsiz şarj ediləcək cihaz 3D touch dəstəyinə sahibdir.

Kameranın arxa tərəfində 12 meqapikselli ikiqat kamera təqdim edən X-də OIS-in də dəstəyi var. Öndə isə 7 meqapikselli selfie kamera üstünlük təşkil edir.

iPhone 7 modelinə nisbətən 2 saat daha çox batareya ömrü olan X Bluetooth 5.0 bağlantısı texnologiyasına da sahibdir.

4 və 256 GB daxili yaddaş seçimləri ilə niPhone X 999 dollardan başlayaraq noyabrın 3-dən satışa təqdim ediləcək. 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə