Previous Next
Bağla

3-cü qrant müsabiqəsi ilə bağlı sessiya keçirilib

29-10-2015 14:58
3-cü qrant müsabiqəsi ilə bağlı sessiya keçirilib

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) elan etdiyi 3-cü qrant müsabiqəsi ilə bağlı məlumat sessiyası keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı çıxış edərək Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində mühüm addımların atıldığını vurğulayaraq İTİDF-nin yaradılmasının buna bariz nümunə olduğunu söyləyib. Adıçəkilən fondun İKT üzrə olan dövlət maraqlarını və prioritetlərini həyata keçirdiyini qeyd edən rektor onun gənclər üçün böyük imkanlar yaratdığını önə çəkib.

İTİDF-nin İKT-yə əsaslanan ideyaların maliyyələşdirilməsinə və onun fonunda müəssisələrin yaradılmasına çalışdığını, bu sahəyə sərmayələrin qoyulmasını və dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirlərinin yüksəlməsini təmin etmək istiqamətində fəaliyyət göstərdiyini qeyd edən M.Babanlının sözlərinə görə,  bütün bunlar da ölkədə biliklərə söykənən iqtisadiyyatın inkişaf etdirilməsi üçün olduqca böyük əhəmiyyət kəsb edir:

“Biz də öz növbəmizdə tələbələrdə müəyyən maraq oyatmalıyıq ki, onlar təhsil aldıqları dövrdə həm də fondun yaratdığı imkanlardan faydalansınlar. Gənclərimiz fərdi layihələr hazırlamaqla yanaşı, komanda şəklində də startap ideyalarını ortaya qoya bilərlər. Tələbələrin universitet həyatında elə bir ağlasığmaz ideyalar əmələ gələ bilir ki, onun ölkə üçün gəliri hər hansı bir müəssisənin onilliklərlə verdiyi gəlirdən üstün ola bilər. Məsələn, tələbə gənclər Facebook kimi sosial şəbəkə yaradıblar və sair”.  

Sonra fondun icraçı direktoru Elçin Zeynalov fondun keçirdiyi müsabiqə barəsində geniş məlumat verib.

Hazırkı durumda dünyada yeni bir biznes sahəsini kəşf etməyin çox çətin olduğunu vurğulayan icraçı direktor qeyd edib ki, Azərbaycan dövləti gəncləri bu istiqamətdə çətinlik çəkmədən, öz ideyalarını reallaşdırmaq üçün həm lazımi mühitlə, həm də lazımi vəsaitlə təmin edir. Çox az ölkələrdə dövlətin belə imkanlar yaratdığını vurğulayan E.Zeynalov gəncləri İT ideyalarla çıxış etməyə və fondun keçirdiyi müsabiqələrə qoşulmağa çağırıb.

Bundan sonra tələbələrin sualları ətraflı şəkildə cavablandırılıb. Həmçinin qeyd olunub ki, 3-cü qrant müsaqbiqəsinə olan geniş maraq nəzərə alınaraq layihələrin qəbul müddəti fond tərəfindən cari ilin noyabrın 10-u tarixinədək uzadılıb və əlavə olunub ki, elan edilən son müsabiqəyə layihələrin qəbulu aşağıdakı prioritet istiqamətlər üzrə  həyata keçirilir:

Mütərəqqi proqram təminatının hazırlanması

- İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması

- İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyanın inkişafı və onların kommersiyalaşdırılması

- Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması

- İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı. 

Qeyd edək ki, qrant müsabiqəsində layihələr yalnız fondun rəsmi internet səhifəsində yerləşdirilmiş e-qrant bölməsi vasitəsi ilə onlayn təqdim edilə bilər. 

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 Qrant müsabiqəsinə neçə startap müraciət edib?

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

12-06-2017
Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır

Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır

05-04-2017
3-cü qrant müsabiqəsinə  layihələrin qəbul şərtləri açıqlandı

3-cü qrant müsabiqəsinə layihələrin qəbul şərtləri açıqlandı

29-09-2015
Fond təqdim edilən layihələrin istiqamətlər üzrə statistikasını açıqladı

Fond təqdim edilən layihələrin istiqamətlər üzrə statistikasını açıqladı

12-11-2015
Fond layihələrin qiymətləndirilməsini yekunlaşdırır

Fond layihələrin qiymətləndirilməsini yekunlaşdırır

29-12-2015
Qrant müsabiqəsi ilə bağlı infosessiya keçirilib

Qrant müsabiqəsi ilə bağlı infosessiya keçirilib

11-05-2017
Qrant müsabiqəsində 121 startap mübarizə aparır

Qrant müsabiqəsində 121 startap mübarizə aparır

03-09-2016
Qalib startaplar təqdimat edib-Foto

Qalib startaplar təqdimat edib-Foto

04-11-2016
İT-nin İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsini elan edir

İT-nin İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsini elan edir

30-09-2015
Qrant müsabiqəsinin 1-ci mərhələsindən 112 startap keçib

Qrant müsabiqəsinin 1-ci mərhələsindən 112 startap keçib

15-09-2016
Startap Azərbaycan komandasının Əli Abbasovla görüşü keçirilir

Startap Azərbaycan komandasının Əli Abbasovla görüşü keçirilir

03-07-2015
Startapların nəzərinə-Qrant müsabiqəsi başlayır

Startapların nəzərinə-Qrant müsabiqəsi başlayır

27-02-2018
Qrant müsabiqəsinə startapların qeydiyyatı  davam edir

Qrant müsabiqəsinə startapların qeydiyyatı davam edir

03-08-2016
3-cü qrant müsabiqəsində hansı yeniliklər olacaq?

3-cü qrant müsabiqəsində hansı yeniliklər olacaq?

19-10-2015
İKT sahəsi üzrə qrant müsabiqəsinə necə müraciət etməli?–Şərtlər

İKT sahəsi üzrə qrant müsabiqəsinə necə müraciət etməli?–Şərtlər

06-04-2017
Qrant müsabiqəsinə neçə startap müraciət edib?

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

02-05-2018
Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

18-11-2016
A.Bayramov: “Bu, Azərbaycanda ilk təcrübədir”

A.Bayramov: “Bu, Azərbaycanda ilk təcrübədir”

22-04-2014
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib

27-12-2018
Dövlət Fondu II qrant müsabiqəsi elan etdi

Dövlət Fondu II qrant müsabiqəsi elan etdi

14-10-2014
Azərbaycanın İKT-nin inkişafı üzrə Dövlət Fondunun Müşahidə Şurasının ilk iclası bu ay keçiriləcək

Azərbaycanın İKT-nin inkişafı üzrə Dövlət Fondunun Müşahidə Şurasının ilk iclası bu ay keçiriləcək

06-09-2013
Qrant müsabiqəsində startapların qeydiyyatı başa çatır

Qrant müsabiqəsində startapların qeydiyyatı başa çatır

31-08-2016
İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Fondu bu ilin sonunda fəaliyyətə başlayacaq

İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Fondu bu ilin sonunda fəaliyyətə başlayacaq

12-07-2013
3-cü qrant müsabiqəsinə layihələrin qəbulu bu gün başa  çatır

3-cü qrant müsabiqəsinə layihələrin qəbulu bu gün başa çatır

10-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə