Previous Next
Bağla

Qrant müsabiqəsi ilə bağlı infosessiya keçirilib

11-05-2017 13:38
Qrant müsabiqəsi ilə bağlı infosessiya keçirilib

Bu gün  Bakı Mühəndislik Universitetində  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsi ilə əlaqədar adıçəkilən ali məktəbin tələbələri üçün infosessiya keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə Bakı Mühəndislik Universitetinin (BMU) rektoru professor Havar Məmmədov açılış nitqi ilə çıxış edərək yeni yaranan universitet haqqında məlumat verib.

Fondun icraçı direktoru Elçin Zeynalov çıxışında görüşün məqsədi və Fondun startap layihələrinə göstərdiyi dəstək barədə söz açıb.

Samir Məmmədov isə BMU-da fəaliyyət göstərən və rəhbərlik etdiyi Texnoparkın fəaliyyətindən danışıb.

Daha sonra isə Fondun əməkdaşları tərəfindən cari qrant müsabiqəsinin şərtləri və seçim prosesi barədə məlumat verilib. Tədbir iştirakçılar arasında maraqlı diskussiyalarla davam etdirilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Məlumat üçün bildirək ki, Fondun bu günə qədər keçirdiyi 4 qrant müsabiqəsinə təqdim olunmuş 582 innovativ və tətbiqi elmi-texniki layihədən 91-nə qrant ayrılıb. Cari qrant müsabiqəsinə layihələrin qəbulu aprelin 10-dan başlayıb və hazırda davam edir.

Layihələrin qəbulu  iyunun 9-da, saat 18:00-da başa çatır. Qrant müsabiqələrinə layihələrin qəbulu fondun rəsmi internet saytındakı (www.ictfund.gov.az) e-qrant bölməsindən təqdim oluna bilər.

 Fondun qrant müsabiqələrinin keçirilməsində əsas məqsəd gənclərin intellektual biznes, innovativ sahibkarlıq və İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etməkdən ibarətdir. Fond ali təhsil müəssisələrində yeni biznes inkubatorlarının yaradılmasına dəstək verir, həmçinin mövcud inkubatorlarda layihələrə dəstək məqsədi ilə mütəmadi infosessiyalar keçirilir.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Maliyyə axtaran startapların nəzərinə- 4 gün qaldı

Maliyyə axtaran startapların nəzərinə- 4 gün qaldı

26-04-2018
Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

18-11-2016
Qrant müsabiqəsinə neçə startap müraciət edib?

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

02-05-2018
İT layihələr üçün qrant müsabiqəsinə qeydiyyat başlayıb

İT layihələr üçün qrant müsabiqəsinə qeydiyyat başlayıb

13-04-2017
Startaplar üçün qrant müsabiqəsinə qeydiyyat başa çatır

Startaplar üçün qrant müsabiqəsinə qeydiyyat başa çatır

08-06-2017
Qrant müsabiqəsinə startapların qeydiyyatı  davam edir

Qrant müsabiqəsinə startapların qeydiyyatı davam edir

03-08-2016
Startap Azərbaycan komandasının Əli Abbasovla görüşü keçirilir

Startap Azərbaycan komandasının Əli Abbasovla görüşü keçirilir

03-07-2015
Qalib startaplar təqdimat edib-Foto

Qalib startaplar təqdimat edib-Foto

04-11-2016
 Qrant müsabiqəsinə neçə startap müraciət edib?

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

12-06-2017
Qrant müsabiqəsinin 1-ci mərhələsindən 112 startap keçib

Qrant müsabiqəsinin 1-ci mərhələsindən 112 startap keçib

15-09-2016
3-cü qrant müsabiqəsinə layihələrin qəbulu bu gün başa  çatır

3-cü qrant müsabiqəsinə layihələrin qəbulu bu gün başa çatır

10-11-2015
Qrant müsabiqəsində 121 startap mübarizə aparır

Qrant müsabiqəsində 121 startap mübarizə aparır

03-09-2016
3-cü qrant müsabiqəsinə 130-a qədər layihə təqdim edilib

3-cü qrant müsabiqəsinə 130-a qədər layihə təqdim edilib

12-11-2015
Qrant qazanmaq istəyən startapçıların nəzərinə

Qrant qazanmaq istəyən startapçıların nəzərinə

28-04-2017
3-cü qrant müsabiqəsinə  layihələrin qəbul şərtləri açıqlandı

3-cü qrant müsabiqəsinə layihələrin qəbul şərtləri açıqlandı

29-09-2015
Startaplar üçün 4-cü qrant müsabiqəsi elan edilib

Startaplar üçün 4-cü qrant müsabiqəsi elan edilib

21-06-2016
Startap ekosisteminin inkişafı müzakirə edilib

Startap ekosisteminin inkişafı müzakirə edilib

30-04-2016
3-cü qrant müsabiqəsinin qalibləri  açıqlandı

3-cü qrant müsabiqəsinin qalibləri açıqlandı

01-02-2016
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsində iştirak üçün artıq 40-dək iddiaçı qeydiyyatdan keçib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsində iştirak üçün artıq 40-dək iddiaçı qeydiyyatdan keçib

10-04-2014
Qrant müsabiqəsinin 2-ci mərhələsindən 61 startap keçib

Qrant müsabiqəsinin 2-ci mərhələsindən 61 startap keçib

18-10-2016
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib

27-12-2018
Fond təqdim edilən layihələrin istiqamətlər üzrə statistikasını açıqladı

Fond təqdim edilən layihələrin istiqamətlər üzrə statistikasını açıqladı

12-11-2015
Dövlət Fondu layihələrin qəbul  müddətini uzadıb

Dövlət Fondu layihələrin qəbul müddətini uzadıb

29-10-2015
Qrant müsabiqəsində startapların qeydiyyatı başa çatır

Qrant müsabiqəsində startapların qeydiyyatı başa çatır

31-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə