Previous Next
Bağla

3-cü qrant müsabiqəsində hansı yeniliklər olacaq?

19-10-2015 16:18
3-cü qrant müsabiqəsində hansı yeniliklər olacaq?

Məlumat verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsini elan edib.

Xeberler.az budəfəki qrant müsabiqəsinin qaydaları, müsabiqə ilə bağlı yeniliklərlə maraqlanıb.

İT-nin İnkişafına Dövlət  Fondunun icraçı direktor müavini Azər Bayramov  Fondun 3-cü qrant müsabiqəsi ilə bağlı  suallarımızı cavablandırıb:

-Fondun elan etdiyi 3-cü qrant müsabiqəsinə layihələrin qəbulunda hansı dəyişikliklər var?

-Fondun təşkil etdiyi qrant müsabiqələrində layihələrin qəbulu prosesi tam elektronlaşdırılıb və layihələri yalnız elektron şəkildə Fondun rəsmi internet səhifəsində e-qrant bölməsindən təqdim etmək olar. Tələb olunan məlumatların hazırlanması kifayət qədər sadədir. İddiaçılar layihənin biznes planı və büdcə formasını  Fondun müəyyən etdiyi formada, əhatəli və dolğun şəkildə hazırlamalıdırlar. 3-cü qrant müsabiqəsində layihələrin qəbulu prosesində hər hansı bir dəyişiklik edilməyib.

-Budəfəki qrant müsabəqəsinə qəbul ediləcək layihələrdə əsasən hansı məqamlara diqqət ediləcək? Hansısa prioritetlər varmı ?

-Cari müsabiqədə layihələrin qəbulu Fondun Əsasnaməsində nəzərdə tutulmuş 5 istiqamət üzrə həyata keçirilir.

1. Mütərəqqi proqram təminatının hazırlanması;

2. İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;
3. İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların
kommersiyalaşdırılması;
4. Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;
5. İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.

Əlbəttə biz istərdik ki, təqdim olunan layihələr innovativ, elm tutumlu, istehsal yönümlü, habelə kommersiyalaşdırılma və xarici bazara çıxmaq potensialı yüksək olan layihələr olsun. Məhz belə layihələrin inkişaf etdirilməsi ilə İKT sektoruna və bütövlükdə ölkə iqtisadiyyatına töhfə vermək mümkündür.

-Müsabiqə qaliblərinin maksimal qrant məbləği artıq məlumdurmu?

-3-cü qrant müsabiqəsinin elanında qeyd olunduğu kimi müsabiqədə kiçik həcmli qrant maliyyələşməsi nəzərdə tutulur. Fondun vəsaitinin istifadəsi qaydalarına uyğun olaraq kiçik həcmli qrantların həcmi 10.000 AZN-dən 100.000 AZN-dək müəyyən edilib.

-Bəzən  layihə rəhbərləri, həmçinin  ekspertlər Fondun ayırdığı məbləğin azlığından narazılıq edirlər. İddia edirlər ki, onların layihəsi üçün  Fondun ayırdığı məbləğ yeterli deyil. Bu dəfə belə iddialı  layihələrə imkan yaradılacaqmı ki, Fondun Müşahidə Şurasının qarşısında layihələrini təqdim etsinlər?

-Qalib layihələrin maliyyələşdirilməsi üçün ayrılan qrant məbləği ilə bağlı yekun qərar Fondun Müşahidə Şurası tərəfindən qəbul edilir. İddialı layihələrin təqdimatının keçirilməsi Şuranın tələbi əsasında reallaşa bilər. Bu təklif Rabitə və Yüksək Texnologiyalar naziri cənab Əli Abbasovla starapçıların görüşü zamanı da səsləndirilib, daha sonra Fondun Müşahidə Şurasının iclasında müzakirə edilib.

 -Layihələrin gördükləri işlə bağlı Fonda təqdim etdikləri hesabatların sadələşdirilməsi ilə bağlı yenilik gözlənilirmi?

-Ötən 2 müsabiqə ərzində Fond tərəfindən hesabatların qəbulu zamanı minimum sayda maliyyə sənədlərinin tələb edilməsinə səy göstərilib. Fond tərəfindən layihələrin hesabat vermə prosedurlarının daha da asanlaşdırılması məqsədilə normativ-hüquqi sənədlərə dəyişikliklər edilməsi üçün təkliflər hazırlanmış və müvafiq qaydada təqdim olunub. Məsələn, təkliflərdən biri  qalib layihələrin 3 deyil, 2 mərhələdə maliyyələşməsidir ki, bu da maliyyə hesabatı sənədlərinin təqdim edilməsi prosesini əhəmiyyətli dərəcədə sadələşdirəcəkdir.

-Yeri gəlmişkən bilmək istərdik ki , 2-ci qrant müsabiqəsinin qalibi olan lakin hələdə pullarını ala bilməyənlərlə bağlı vəziyyət necədir ? Nə zaman onlar bu vəsaitlərini ala biləcəklər ? 

-Qrant haqqında mövcud qanunvericiliyə əsasən hüquqi və fiziki şəxslərə qrant verə bilən dövlət büdcəsindən maliyyələşdirilən qurumların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmalıdır. Qeyd edilən məsələnin həllindən sonra 2-ci qrant müsabiqəsinin qalibi olan hüquqi şəxslərə qrant vəsaitinin  ödənilməsi təmin ediləcək.

Qeyd edək ki, layihələrin qəbulu oktyabrın 2-dən başlayıb və noyabrın 2-nə qədər davam edəcək. 

 

Məltəm  Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

3-cü qrant müsabiqəsinə layihələrin qəbul şərtləri açıqlandı

29-09-2015

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

12-06-2017

Maliyyə axtaran startapların nəzərinə- 4 gün qaldı

26-04-2018

3-cü qrant müsabiqəsinə layihələrin qəbulu bu gün başa çatır

10-11-2015

Qrant müsabiqəsinə startapların qeydiyyatı davam edir

03-08-2016

Fond layihələrin qiymətləndirilməsini yekunlaşdırır

29-12-2015

Startaplar üçün 4-cü qrant müsabiqəsi elan edilib

21-06-2016

Qrant müsabiqəsində 121 startap mübarizə aparır

03-09-2016

Qrant müsabiqəsi ilə bağlı infosessiya keçirilib

11-05-2017

3-cü qrant müsabiqəsinə 130-a qədər layihə təqdim edilib

12-11-2015

Qrant müsabiqəsinin 1-ci mərhələsindən 112 startap keçib

15-09-2016

Fond təqdim edilən layihələrin istiqamətlər üzrə statistikasını açıqladı

12-11-2015

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

02-05-2018

Startapların nəzərinə-Qrant müsabiqəsi başlayır

27-02-2018

Qrant müsabiqəsinin 2-ci mərhələsindən 61 startap keçib

18-10-2016

3-cü qrant müsabiqəsində hüquqi şəxslər də iştirak edə bilər

29-10-2015

Qrant müsabiqəsində qeydiyyatdan keçən startapların sayı açıqlandı

01-09-2016

A.Bayramov: “Bu, Azərbaycanda ilk təcrübədir”

22-04-2014

Dövlət Fondu II qrant müsabiqəsi elan etdi

14-10-2014

3-cü qrant müsabiqəsinin qalibləri açıqlandı

01-02-2016

İT-nin İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsini elan edir

30-09-2015

Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır

05-04-2017

Layihələrin ilkin qiymətləndirilməsi başa çatıb

23-11-2015

Qrant müsabiqəsinin qalib startapları açıqlandı-Siyahı

20-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə