Previous Next
Bağla

41,8 milyon ton elektron və elektron avadanlığı zibilliyə atılıb

20-04-2015 11:35
 41,8 milyon ton elektron və elektron avadanlığı zibilliyə atılıb

Ötən il dünyada 41,8 milyon ton elektron və elektron avadanlığı zibilliyə atılıb. Bu barədə BMT Universitetinin hesabatında deyilir.

Xəbərlər RYT-nin rəsmi saytına istinadən məlumat verir ki, mütəxəssislərin hesablamasına görə, bu qədər zibillə 23 kilometrədək uzanan 1,15 milyon yük maşınını doldurmaq olardı. Yenidən istifadə məqsədilə təkrar emal üçün yarıyan zibillərin, eləcə də tullantılardan hasil edilən materialların dəyəri 52 milyard dollar təşkil edir. Bu emal prosesi “elektron tullantının” (e-waste) ümumi həcminin yalnız altıda bir hissəsi üzərində aparılıb.

Məsələn, bütün tullanan zibildə 300 ton qızıl olub ki, bu da 2013-cü ildə dünyada bu qiymətli metalın istehsalının 11 faizinə bərabərdir. Bundan başqa, tullantılarda qurğuşun, eləcə də civə, kadmium və xromun olduğu 2,2 milyon ton material tapılıb.

Ümumi “e-waste”in təxminən 60 faizini soyuducu, paltaryuyan maşın və digər məişət texnikası təşkil edir. Mobil telefon, kalkulyator, kompüter və printerlərin bu zibildə ümumi payı 7 faizdir.

Adambaşına düşən “elektron tullantı”nın  istehsalında “qabaqcıl” ölkələr ekoloji səviyyəsi yüksək olan ölkələrdir. Məsələn, Norveçdə 2014-cü ildə adambaşına 28,4, İsveçrədə 26,3, İslandiyada 26,1, Danimarka 24, Böyük Britaniyada 23,5 kiloqram “e-waste” düşüb. Ən aşağı göstərici Afrikada qeydə alınıb. Burada adambaşına 1,7 kq “elektron tullantı”  düşür. Qitə ümumilikdə 1,9 milyon ton zibil istehsal edib.

Bu göstərici üzrə “liderlər” sırasına ABŞ və Çin (bütün zibilin 32 faizi) daxildir. Onlardan sonrakı yerlərdə Yaponiya, Almaniya və Hindistan qərarlaşıb. 2013-cü ildə dünyada 39,8 milyon ton “elektron tullantı” istehsal olunub. 2018-ci ildə bu göstəricinin 50 milyon ton olacağı proqnozlaşdırılır.

Qızıl, məsələn, kompüter mikrosxemlərindən hasil olunur. Qızıl və digər qiymətli və ya nadir metalların kompüter və başqa elektron texnikadan hasil edilməsi kifayət qədər baha başa gəlir ki, bu da onların qlobal miqyasda tətbiqinə mane olur.

 Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2030-cu ilədək elektron tullantıların həcmi iki dəfə arta bilər

04-07-2020

41,8 milyon ton təhlükəli kimyəvi maddəli elektronika zibilliyə atılıb

05-05-2015

Elektron tullantılardan medal hazırlanacaq

21-12-2017

Ötən il beynəlxalq poçt göndərişlərinin dəyəri 65 milyon dolları keçib

24-01-2026

Plastik tullantılardan neft əldə etməyə imkan verən zavod tikilib

06-02-2017

“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

14-04-2015

Azərbaycanda beynəlxalq poçt göndərişlərinin həcmi artıb

23-08-2025

Azərbaycanda beynəlxalq poçt göndərişlərinin həcmi azalıb

28-10-2024

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015

Dünyanın ən böyük kompüter istehsalçıları açıqlanıb

16-04-2019

NASA Yer kürəsində həyatı məhv edə biləcək asteroidlərin siyahısını dərc edib

24-09-2024

Azərbaycanda kompüter istehsalı 4 faizdən çox artıb

21-03-2023

Zibilyığan robot hazırlanıb

20-09-2016

Elektron ticarət sektoruna hücumların sayı artıb

22-08-2015

Telegram ABŞ-də kripto pulqabısını istifadəyə verib

24-07-2025

Tullantılarla şəhəri elektrik enerjisi ilə təmin etmək mümkündür

17-07-2018

İKT avadanlıqların istehsalı artıb

15-08-2015

Alman faşizmi üzərində qələbədən 72 il ötür

09-05-2017

Qeydiyyatdan keçən domenlərin sayı 300 milyona yaxınlaşır

06-06-2015

Televizor bazarında “Samsung” liderdir

14-04-2015

Azərbaycan şirkətləri elektronika və kompüter sahəsində keçirilən tədbirdə iştirak edib

07-12-2021

Noutbuklar bazarının həcmi azalıb

15-07-2015

Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

03-06-2015

Elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 6,4 milyon manat olub

15-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə