“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024”ün qalibi seçilib

18-09-2024 / 14:28

“4Sİ Akademiyası” ABŞ-nin “Coursera” şirkətinin “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.

Xeberler.az məlumat verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən (4SİM) bildirilib.

Belə ki, 4SİM-in Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” ABŞ-nin “Coursera” şirkətinin təsis etdiyi “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi seçilib. “4Sİ Akademiyası” süni intellekt sahəsində bilik və bacarıqların əldə olunmasını fəal təbliğ etdiyinə, əmək bazarında ixtisaslı kadrların hazırlanması, rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması, innovativ həllərin tətbiqi üzrə verdiyi töhfələrə görə “Coursera”nın tərəfdaşı olan 42 ölkə tərəfindən təqdim edilən 180-dən çox layihə arasından seçilərək mükafata layiq görülüb.

Mükafat sentyabrın 17-də ABŞ-nin Las Veqas şəhərində keçirilən “Coursera Şəbəkə Konfransı” çərçivəsində “Coursera”nın həmtəsisçisi və sədri, Stenford Universitetinin professoru Endryu İn tərəfindən 4SİM-in icraçı direktoru Fariz Cəfərova təqdim edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə