19-20 iyun 2025-ci il tarixlərində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) əsas tərəfdaşlığı ilə“Baku ID” (Baku Investment Day) tədbiri keçiriləcək.
Xeberler.az bildirir ki, sayca dördüncü dəfə təşkil olunan festivalın məqsədi innovasiya və startap ekosisteminin inkişafına töhfə vermək, yerli və regional startapları investorlarla bir araya gətirmək, onların şəbəkələşmə və investisiya əldə etmək imkanlarını artırmaqdır.
İki gün davam edən tədbirdə 4SİM innovasiya və süni intellekt sahəsində müzakirələrdə fəal iştirak edəcəkdir. 4SİM-in icraçı direktoru Fariz Cəfərov festival çərçivəsində təşkil olunan “Süni intellekt istedad yaradıcısı kimi: Gələcəyin işçi qüvvəsinin formalaşdırılması” adlı sessiyada spiker qismində çıxış edəcək. Qurumun Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva isə “Təhsilin gələcəyə hazırlanması: Süni intellekt və akademik fəaliyyətin vəhdəti” adlı sessiyada iştirak edəcək.
Festival çərçivəsində 4SİM stendinə yaxınlaşmaqla iştirakçılar “Coursera” onlayn təhsil platformasında ödənişsiz təhsil imkanı verən “Milli Proqram”a qoşulmaq üçün qeydiyyatdan keçə bilərlər. Bununla yanaşı, tədbir iştirakçısı olan startaplara hər il Çində keçirilən “Yay Davos”u sammitində yerli startapların iştirakı və həmçinin “Sənaye 4.0 Hazırlıq Proqramı” ilə bağlı məlumat veriləcək.
Festival SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding və 4SİM-in dəstəyi ilə həyata keçirilir. Qeyd edək ki, tədbir Səbail rayonundakı “Jolly Joker Event Hall” və “Daş Salnamə Muzeyi” məkanlarında baş tutacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları