25–27 noyabr 2025-ci il tarixlərində 4SİM Vyetnamın Ho Şi Min şəhərində keçirilən “Payız İqtisadi Forumu 2025” çərçivəsində təşkil olunan yüksək səviyyəli görüşlərdə təmsil olunub.
Xeberler.az bildirir ki, forum Vyetnam Xalq Komitəsi, Vyetnam 4Sİ Mərkəzi və Ho Şi Min şəhəri tərəfindən təşkil olunub və Dünya İqtisadi Forumu (DİF) ilə birgə tərəfdaş sessiyalarını özündə birləşdirib. Tədbirin əsas məqsədi qlobal transformasiya dövründə ağıllı iqtisadiyyat, yaşıl keçid, süni intellekt tətbiqləri və dayanıqlı inkişaf sahələrində beynəlxalq əməkdaşlığı gücləndirmək olub.
4SİM-in Layihələrin idarəolunması şöbəsinin rəhbəri Gülminə Məlikzadə tədbirdə və DİF-in 4Sİ Mərkəzlərinin şəbəkələşmə görüşündə iştirak edib. Görüş zamanı Mərkəzlər görülən işlər, gələcək planlar və mümkün ortaq layihələr haqqında məlumat mübadiləsi aparıblar.
Tədbirdə Vyetnam hökumətinin yüksək vəzifəli rəsmiləri, DİF-in icraçı direktoru Stefan Mergentaler, DİF nümayəndələri, beynəlxalq təşkilatlar, iri korporasiyalar və 4Sİ Mərkəzlər Şəbəkəsinə üzv olan 11 Mərkəzin nümayəndələri iştirak edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları