Previous Next
Bağla

Bu gün radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2015 10:26
Bu gün radio və televiziya işçilərinin peşə bayramıdır

Azərbaycanda radio və televiziya işçiləri peşə bayramlarını qeyd edir

1926-cı il noyabrın 6-da  Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün isə yeni teleqüllənin tikintisinə 1981-ci ildə start verilib. 1996-cı ildə teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanılıb.  

Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib.

Qeyd edək ki, hazırda ölkə əhalisinin yaşadığı ərazi­lərin 99 faizi  açıq paketlə (10-11 TV proqram)  rəqəmli televiziya yayımı ilə təmin edilib.

Eyni zamanda, cari ilin 9 ayı ərzində respublika və regional TV və radio proqramlarının yayım əhatəsinin və keyfiyyətinin artırılması və  kənar yayımların qarşısının alınması təmin edilib.

Rəqəmli TV proqramların regionlarda ötürülməsini təmin etmək, avadanlıqların normal iş rejiminin yaradılması məqsədilə 15-i rəqəmli verici olmaqla 22 radio-TV avadanlıqları istismara verilib, habelə yayım obyektləri, stansiyaları və avadanlıqlarında bir sıra təmir-bərpa işləri aparılıb.

Onu da qeyd edək ki,Milli Televiziya və Radio Şurası (MTRŞ) və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə rəqəmsal yayıma keçidlə bağlı müxtəlif tədbirlər görülür. İlin sonuna kimi Azərbaycanda anoloq yayımın dayandırılması nəzərdə tutulur.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı qeyd olunur

06-11-2009

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2016

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2020

Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

13-08-2020

Bakıda alternativ teleqüllə istismara veriləcək

07-11-2017

Bakıda alternativ teleqüllə istifadəyə verilib

28-12-2017

İlk radio verilişinin yayımından 91 il ötür

06-11-2017

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015

Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib

10-10-2018

Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 25 il ötür

06-07-2021

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2021

Bakı Teleqüllə Kompleksində sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görüləcək

15-03-2024

Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır

16-12-2015

"Avadanlıqların tozunu silmək üçün gərək efiri "rubilnikdən" söndürəsən"

02-03-2021

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2024

Teleqüllədə yenidənqurma işləri aparılır

07-09-2015

Qubadlıda radio və televiziya yayımı təmin edilib

25-10-2021

FM radio yayımın genişləndirilməsi üçün işlər bu tarixədək tamamlanacaq

22-01-2024

Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq

27-03-2023

“Lider TV"nin əmlakını "Teleqüllə"nin rəhbəri satacaq

01-06-2021

“Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır”

22-09-2016

Rəqəmli radionun test yayımı uğurla nəticələnib

16-10-2019

Şuşa Radio-Televiziya Yayım Stansiyası fəaliyyətə başlayıb

01-01-2021

Azərbaycanda ilk rəqəmli radio fəaliyyətə başlayıb

23-04-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə