Previous Next
Bağla
REKLAM YERİ

İlk radio verilişinin yayımından 91 il ötür

06-11-2017 10:32
İlk radio verilişinin yayımından 91 il ötür

Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.

Xeberler.az xatırladır ki, 1926-cı ilin bu günü Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb.

Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb.

İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra teleradio məkanında böyük dəyişikliklər baş verib. 2016-cı ildə isə daha bir yeniliklə - Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçid baş verib.

Hazırda ölkədə onlarca televiziya və radio fəaliyyət göstərir. Azərbaycan televiziyasının auditoriyası çox genişdir. Bu gün onun verilişlərini peyk vasitəsilə dünyanın hər yerində izləmək mümkündür.

Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı artıb. Hazırda Bakıda dövlət və özəl telekanalların sayı 10-a çatıb. Regionlarda 12, Naxçıvanda isə 2 telekanal fəaliyyət göstərir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2024

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı qeyd olunur

06-11-2009

Bu gün Azərbaycan televiziyasının yaranma günüdür

14-02-2022

Bu gün radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2015

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2016

Bu gün Azərbaycanda Televiziya və Radio Günüdür

06-11-2025

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2020

Azərbaycanda televiziyanın yaranmasının 60 ili tamam olur

14-02-2016

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2021

CBC radiosu Şuşada yayıma başlayıb

08-05-2021

Azərbaycanda ilk rəqəmli radio fəaliyyətə başlayıb

23-04-2012

Yeni radio bu həftədən sınaq yayımına başlayacaq

26-01-2009

Azərbaycan televiziyasının efir fəaliyyətinin 53-cü ili tamam olur

14-02-2009

“TRT 1-in yayımı qısa zamanda bərpa olunacaq”

02-11-2016

Teleradio İstehsalat Birliyinin bir qrup əməkdaşı təltif edilib

16-02-2016

Azərbaycanda yeni radio kanalının açılması üçün müsabiqə elan edilib

23-11-2010

Bakıda 4K televiziya yayımına başlanacaq

07-11-2017

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019

Rəqəmli radionun test yayımı uğurla nəticələnib

16-10-2019

Rəqəmli radionun test yayımına başlanılıb

27-08-2019

Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır

16-12-2015

Qarabağda yeni radio kanal fəaliyyət göstərəcək

09-02-2021

Azerspace-1 üzərindən yeni televiziya və radio kanalları yayıma başladı

20-01-2016

Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

18-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə