Previous Next
Bağla

Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

13-08-2020 12:52
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

Bu gün Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 24 il keçir.

Ən müasir radio-televiziya avadanlıqları ilə təchiz olunmaqla, respublikamızda radio-televiziya yayımının, kosmik, yerüstü radio rabitənin təşkilində önəmli vəzifəni yerinə yetirən Kompleks Ulu Öndər Heydər Əliyevin iştirakı ilə 13 avqust 1996-cı ildə istifadəyə verilib.

Xeberler.az bildirir ki, 1956-cı ildə istismara verilmiş ilk Televiziya qülləsi sonradan yeni texnoloji tələblərə cavab vermədiyi üçün müasir əsaslarla keyfiyyətli radio televiziya
yayımının təşkilində çətinliklər yaradırdı. Bu səbəbdən Bakı Teleqüllə Kompleksi layihələndirilərək 1981-ci ildə tikintisinə başlanıldı. Layihəyə əsasən, tikinti işləri 1985-ci ildə başa çatdırılmalı idi. Lakin keçmiş SSRİ-ni əhatə edən maliyyə böhranı, tikinti zamanı iqlim şəraitinin nəzərə alınmaması, sonda SSRİ-nin dağılması və digər müxtəlif səbəblərdən tikinti işləri yarımçıq qaldı.

Ölkəmiz müstəqillik qazandıqdan sonra Ümummilli Lider Heydər Əliyevin müvafiq göstərişləri əsasında yarımçıq qalmış tikinti başa çatdırıldı və Bakı Teleqüllə Kompleksi istifadəyə verildi.

Tikintisi paytaxtın ən hündür nöqtəsində aparılmış Teleqüllə şəhərin istənilən nöqtəsində və relyefdən asılı olaraq Bakı ətrafında 70-80 km radiusda radiodalğaların inamlı qəbuluna imkan yaradır.

Tikinti sahəsi daxil olmaqla 6 hektar ərazini əhatə edən Bakı Teleqüllə Kompleksinin hündürlüyü 310 metr təşkil edir. Kompleks Azərbaycanda ən hündür tikilidir və dünyada olan teleqüllələr arasında hündürlüyünə görə 34-cü yerdədir.

Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na Bakı Teleqüllə Kompleksi də daxil edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 25 il ötür

06-07-2021

Bakıda alternativ teleqüllə istifadəyə verilib

28-12-2017

“Lider TV"nin əmlakını "Teleqüllə"nin rəhbəri satacaq

01-06-2021

Bakıda alternativ teleqüllə istismara veriləcək

07-11-2017

Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib

10-10-2018

Bakı Teleqüllə Kompleksində sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görüləcək

15-03-2024

Teleqüllədə monitorinq sistemi quraşdırılıb

11-08-2015

Bu gün radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2015

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2020

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2016

Teleqüllədə yenidənqurma işləri aparılır

07-09-2015

"Avadanlıqların tozunu silmək üçün gərək efiri "rubilnikdən" söndürəsən"

02-03-2021

Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq

27-03-2023

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2021

Azərbaycanda yeni tezlik kanalında 11 yerli rəqəmsal radio proqramının test yayımı həyata keçirilir

24-10-2023

Rəqəmli radionun test yayımı uğurla nəticələnib

16-10-2019

Bakı və Abşeronda ikinci nəsil DVB-T2 standartlı televiziya yayımına başlanılır

14-03-2024

FM radio yayımın genişləndirilməsi üçün işlər bu tarixədək tamamlanacaq

22-01-2024

TV və radio kanallara nəzarət gücləndirilib

13-08-2015

“Azərbaycanda radio yayımın dünəni, bu günü və sabahı” mövzusunda seminar keçirilib

11-12-2024

TV proqramlarının yayım keyfiyyəti yoxlanılıb

12-11-2015

Bakı Teleqüllə Kompleksindən yayım kanallarının ayrılması üçün müsabiqə elan edilib

16-06-2023

Azərbaycanda televiziyanın yaranmasının 60 ili tamam olur

14-02-2016

"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

14-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə