Bu gün Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantıları başlanıb. Azərbaycan 19 iyun 2026-cı ilə qədər toplantılara ev sahibliyi edəcək.
İllik toplantılar “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunub. Bu mötəbər tədbir Qrupun 57 üzv ölkəsinin rəhbər şəxslərini və tərəfdaşları bir araya gətirərək ortaq inkişafın gücləndirilməsi, yeni əməkdaşlıq imkanlarının formalaşdırılması üçün mühüm platforma rolunu oynayacaq.
Tədbirin təşkil olunduğu Bakı Konqres Mərkəzində ABB islam bankçılığı konseptinə uyğun qurulmuş rəqəmsal filialı ilə təmsil olunur. Toplantı iştirakçıları burada müxtəlif əməliyyatlar apara, ABB-nin xidmətlərindən istifadə edə bilirlər.
Qeyd edək ki, bu ilin aprelindən ABB Azərbaycan Mərkəzi Bankının xüsusi tənzimləmə rejimi çərçivəsində islam bankçılığı alətlərindən olan “Murabaha” mexanizmi üzrə maliyyələşdirmə məhsullarını da müştərilərə təqdim etməyə başlayıb.
Bu məhsullar bütün hüquqi və fizik şəxs sahibkarlar üçün əlçatandır. “Murabaha” məhsulu sahibkarlara bank vasitəsilə mal və ya aktivlərin alınmasını maliyyələşdirmək imkanını təqdim edir. Maliyyələşmə 1 ildən 3 ilə qədər nəzərdə tutulur.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/ , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları