ABŞ Prezidenti Donald Tramp “TikTok” tətbiqinin bloklanmasını 75 gün təxirə salan fərman imzalayıb.
Xeberler.az CNN telekanalına istinadən məlumat verir ki, Donald Trampın sərəncamı ABŞ Ədliyyə Departamentinin Konqresdə ikipartiyalı dəstəklə qəbul edilən və daha sonra sabiq dövlət başçısı Cozef Bayden tərəfindən imzalanan “Nəzarətdə olan xarici tətbiqlər barədə qanunu” tətbiq etməməsinə yönəlib.
Sənəddə deyilir ki, 75 günlük gecikmə Tramp administrasiyasına milli təhlükəsizliyin qorunması üçün uyğun kursu müəyyənləşdirməyə kömək edəcək və milyonlarla amerikalının istifadə etdiyi proqramın qəfil bağlanmasının qarşısını alacaq.
Donald Tramp vaxtilə deyirdi ki, ABŞ “TikTok” platformasının yarısına sahib olmaq hüququna malikdir. O, həmçinin sövdələşmədən imtina edəcəyi təqdirdə Pekini Çin mallarına rüsum tətbiqi ilə hədələyirdi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri