Bir il əvvəl Fastbrick Robotics şirkəti Hadrian X adlı yeni robot-bənna haqqında məlumat verdiyi nümayiş videosunu təqdim etmişdi.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, robotun iş prinsipi 3D-printeri xatırladır, lakin robot çap üçün xüsusi qarışığın əvəzinə öncədən verilmiş proqram vasitəsilə bir-birinin ardınca çap etdiyi kərpiclərdən istifadə edir.
Qurğu kifayət qədər uğur qazanıb və ötən il ərzində şirkətə vəsait ayırmış sifarişçi və investorların diqqətini cəlb edib. Bundan başqa, şirkət birjada öz səhmlərini yerləşdirərək təxminən 35 milyon dollar toplaya bilib.
Robot-bənnanı artıq Səudiyyə Ərəbistanında evlərin tikintisi üçün istifadə etməyi planlaşdırırlar. Krallıq hökuməti və şirkət nümayəndələri arasında ilkin razılığa əsasən, 2022-ci ilə Hadrian X ən azı 50 min yeni ev tikə biləcək.
Hazırda istehsalçılar mövcud prototiplərin sınaqdan keçirilməsi və tamamlaması işlərinə diqqət ayırırlar.
Güman olunur ki, bir ədədi 2 milyon dollar dəyərində olan robotların satışına 2019-cu ildə başlanılacaq.
Hadrian X öncədən verilmiş proqram üzrə müstəqil işləmək imkanına malikdir, buna görə də ona insanın köməyi tələb olunmur. 24 saat işləyən robot saatda 1000 kərpic düzəcək ki, bu da 2 nəfərdən ibarət bənna briqadası üçün günlük normanı təşkil edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri