Previous Next
Bağla

ABŞ Nümayəndələr Palatası əməkdaşlarına "WhatsApp"ı qadağan edib

24-06-2025 22:40
ABŞ Nümayəndələr Palatası əməkdaşlarına "WhatsApp"ı qadağan edib

ABŞ hökuməti təhlükəsizlik risklərini əsas gətirərək WhatsApp tətbiqinin Nümayəndələr Palatasının əməkdaşları tərəfindən istifadə edilən rəsmi cihazlarda istifadəsini qadağan edib.

Xeberler.az bildirir ki, Reuters-in əldə etdiyi daxili sənədə əsasən, Kibertəhlükəsizlik İdarəsi tətbiqi “istifadəçi məlumatlarının qorunması sahəsində şəffaflığın olmaması, saxlanılan məlumatların şifrələnməməsi və potensial təhlükəsizlik riskləri” səbəbilə yüksək riskli hesab edib.

Memoda alternativ olaraq Signal, iMessage, FaceTime və Microsoft Teams kimi tətbiqlərdən istifadə tövsiyə olunur.

Xatırladaq ki, bu ilin yanvar ayında Meta, təxminən 90 WhatsApp istifadəçisinə, o cümlədən jurnalistlərə qarşı həyata keçirilən haker hücumunu aşkar etdiyini və dayandırdığını bildirmişdi. Hücumun İsrail mənşəli Paragon Solutions adlı casus proqram təminatı istehsalçısı ilə əlaqəli olduğu, bu şirkətin isə ötən ilin dekabrında ABŞ-ın AE Industrial Partners adlı investisiya şirkəti tərəfindən alındığı bildirilmişdi.

May ayında yayımlanan bir tədqiqat hesabatında isə Avstraliya, Kanada, Kipr, Danimarka, İsrail və Sinqapur hökumətlərinin Paragon-un müştəriləri ola biləcəyi qeyd olunurdu.

Meta məsələ ilə bağlı şərh verməkdən imtina edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kanadada "TikTok"un kommersiya fəaliyyəti qadağan edilib

07-11-2024

ABŞ kəşfiyyat agentlikləri “WhatsApp” yazışmalarını ələ keçirə bilər

11-01-2025

Avropa İttifaqı “Meta” şirkətinə qarşı araşdırma başladacaq

04-12-2025

"WhatsApp"a qarşı casusluq edən şirkət cərimələnib

07-05-2025

"WhatsApp" Rusiyada qadağan edilə bilər

18-07-2025

ABŞ-da Kaspersky-dən istifadə qadağan edildi

13-12-2017

Kanada dövlət işçilərinə "TikTok"-u qadağan edəcək

28-02-2023

“Meta” iranlı hakerlərin ABŞ rəsmilərinin hesablarını sındırmaq istədiklərini bildirib

24-08-2024

Edvard Snouden WhatsApp və Telegramdan imtina etməyi tövsiyə edib

17-09-2019

Mesajlaşma proqramları qadağan olunacaq

14-01-2015

Daha bir ölkə Kaspersky məhsullarını qadağan etdi

22-12-2017

“WhatsApp”da “İnkoqnito-çat” yaradılıb

14-05-2026

ABŞ hökuməti xaricdə istehsal olunan dronları qadağan edib

30-12-2025

Bu şəxslər “WhatsApp”, “WeChat” və “Google Drive”-dan istifadə edə bilməyəcək

24-10-2024

Bu tətbiq WhatsApp-da kiminlə danışdığınızı göstərir

30-03-2018

Kibertəhlükəsizlik üzrə direktorat yaradılacaq

26-07-2019

ETX “WhatsApp” hesablarının təhlükəsizliyini gücləndirməyi tövsiyə edir

07-09-2022

ETX “Telegram” və “WhatsApp” ilə bağlı xəbərdarlıq edib

09-01-2026

Nigeriya “Meta”nın cəriməsini təsdiqləyib

26-04-2025

ABŞ Konqresi əməkdaşlarının elektron poçtlarına kiberhücum edilib

08-01-2026

WhatsApp işləmir

06-07-2018

Facebook eBay elanlarını göstərəcək

09-01-2025

Rusiyada "FaceTime" bloklanıb

04-12-2025

Sosial şəbəkələrdə yaranmış problemin səbəbi açıqlanıb

05-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə