Moskvada yaşayan ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, 2013-cü ildə ABŞ xüsusi xidmət orqanlarının gizli məlumatlarının sızmasında əli olan Edvard Snouden yüksək vəzifəli şəxslərə “WhatsApp” tətbiqindən istifadəni dayandırmağı tövsiyə edib.
Xeberler.az bildirir ki, E.Snouden messencerin istifadəçi məlumatlarını pis şifrələdiyinə görə bu tətbiqdə məlumatların yanlış əllərə keçə biləcəyi fikrini önə çəkib.
“Hökumətdə ciddi məsələlərlə məşğul olan şəxsin “WhatsApp”dan istifadəsi səhvdir”, – o deyib.
E.Snouden bildirib ki, “WhatsApp” və “Telegram”da məlumatların ötürülməsi SMS ilə müqayisədə daha yaxşıdır, lakin bu proqramlar da son dərəcə təhlükəlidir.