Previous Next
Bağla

Nazirlik regionda yeni texnologiyalar quraşdırır

27-10-2017 15:59
Nazirlik regionda yeni texnologiyalar quraşdırır

Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar işlər davam etdirilir.

Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aztelekom regionlarda telekommunikasiya infrastrukturunun son texnologiyalar əsasında yenidən qurulması işlərini aparır.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, genişzolaqlı şəbəkənin tətbiqinin artırılması üçün Xaçmazda həyata keçirilən pilot layihə tamamlanmaq üzrədir.

Reallaşdırılan irimiqyaslı layihə nəticəsində sabit genişzolaqlı şəbəkədə internetdən istifadə sürətinin artırılması məqsədi ilə bütün rayon ərazisində telekommunikasiya infrastrukturu yenidən qurulub, köhnə avadanlıqlar müasirləri ilə əvəz edilib. 

Müştərilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi üçün şəbəkənin modernləşdirilməsi istiqamətində lazımi işlər artıq tamamlanıb.

Elektron ATS-lər müasir Multi-Servis Access Node (Çox-Xidmətli Qoşulma Avadanlığı) tipli avadanlıqlarla əvəz edilib. Quraşdırılmadan sonra şəbəkədə montaj tutumu 30%-dən çox artaraq, əlavə 2 dəfədən çox müştərilərə internet xidmətlərindən yararlanmağa imkan yaradılıb.

Hazırda yeni quraşdırılmış ONU avadanlıqlarının daxili xətt şəbəkələrində tikinti genişləndirmə işləri aparılır. Xaçmaz və Xudat ərazisində yerləşən yeni 8 yaşayış məntəqəsinə ilk telekommunikasiya xətləri çəkilib.

Bu ərazilərdə 600-dən çox dirək basdırılıb, ümumilikdə 40 km-dək kabel çəkilib. İşlər başa çatdırıldıqdan sonra əlavə 1500-ə yaxın abonentin telefon və yüksək sürətli internet xidmətinə olan tələbatının ödənilməsinə imkan yaradılacaq.

Layihə ilə bağlı Aztelekom MMC-nin Marketinq şöbəsinin rəisi Emin Quliyev bildirib ki, Aztelekom tərəfindən yeni texnologiyalar tətbiq edilir:

"Rabitə şəbəkəsi yenidən qurularaq müasirləşdirilir. Xaçmazda görülən kompleks işlər nəticəsində müasir avadanlıqların quraşdırılması ilə müştəriyə qədər olan məsafə azaldılıb.  Bu da yüksək sürət və keyfiyyəti təmin etməyə, gələcəkdə isə digər multimedia xidmətlərin də göstərilməsinə imkan yaradır. Həyata keçirilən layihə regionlarda geniş zolaqlı internet xidmətlərin inkişafı tədbirlər planının bir hissəsidir. Bundan başqa, Xaçmazdakı internet müştərilərimizin rahatlığı üçün pilot layihə olaraq öncədən ödəniş və gündəlik hesablaşma ödəniş sistemi tətbiq edilib. Əhatə dairəsinə gəldikdə isə -  genişləndirmə işləri nəticəsində əlavə 8 məntəqə xidmət ərazimizə əlavə olunub”.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq

Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq

23-04-2019
Abşeronda telekommunikasiya infrastrukturu yenidən qurulur

Abşeronda telekommunikasiya infrastrukturu yenidən qurulur

22-11-2019
Aztelekom Zaqatalada 384 ailəni müasir avadanlıqla təmin edib

Aztelekom Zaqatalada 384 ailəni müasir avadanlıqla təmin edib

18-01-2021
Qusarda yeni elektron ATS quraşdırılıb

Qusarda yeni elektron ATS quraşdırılıb

05-07-2019
“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin edib

“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin edib

09-07-2020
Azərbaycanın dövlət rabitə operatoru magistral xətt şəbəkəsini yeniləyir

Azərbaycanın dövlət rabitə operatoru magistral xətt şəbəkəsini yeniləyir

09-07-2020
Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

23-10-2019
Azərbaycan kəndlərində ilk dəfə “GPON” texnologiyası əsasında şəbəkə qurulur

Azərbaycan kəndlərində ilk dəfə “GPON” texnologiyası əsasında şəbəkə qurulur

17-05-2021
Zaqatalada 12 yeni elektron ATS quraşdırılır

Zaqatalada 12 yeni elektron ATS quraşdırılır

12-07-2015
Xaçmazın kəndlərində internet avadanlıqlarının modernləşdirilməsi davam edir

Xaçmazın kəndlərində internet avadanlıqlarının modernləşdirilməsi davam edir

25-02-2021
Naxçıvanda internet trafiki 10 Gbit/s-yə çatdırılıb

Naxçıvanda internet trafiki 10 Gbit/s-yə çatdırılıb

10-09-2019
Naxçıvanın kabel infrastrukturu yenilənir

Naxçıvanın kabel infrastrukturu yenilənir

05-10-2020
Şirvan şəhərində iki yeni elektron ATS istifadəyə verilib

Şirvan şəhərində iki yeni elektron ATS istifadəyə verilib

16-01-2020
Göygöldə telekommunikasiya infrastrukturu yenidən qurulur

Göygöldə telekommunikasiya infrastrukturu yenidən qurulur

03-08-2015
GPON texnologiyası ilə genişzolaqlı xidmətlərin təqdim edilməsinə başlanılıb

GPON texnologiyası ilə genişzolaqlı xidmətlərin təqdim edilməsinə başlanılıb

30-07-2022
Göygölün kəndlərində genişzolaqlı İnternet infrastrukturu qurulur

Göygölün kəndlərində genişzolaqlı İnternet infrastrukturu qurulur

12-08-2015
Biləsuvarda telekommunikasiya xidmətlərinin əhatəsi genişləndirilir

Biləsuvarda telekommunikasiya xidmətlərinin əhatəsi genişləndirilir

23-07-2020
Azərbaycanda fiber-optik internetlə təmin olunan evlərin sayı açıqlandı

Azərbaycanda fiber-optik internetlə təmin olunan evlərin sayı açıqlandı

01-11-2022
Nazirlik internetin sürəti ilə bağlı açıqlama verib

Nazirlik internetin sürəti ilə bağlı açıqlama verib

06-08-2019
Sumqayıtın rabitə şəbəkəsi yenilənir

Sumqayıtın rabitə şəbəkəsi yenilənir

17-04-2015
“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

26-04-2021
“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verib

“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verib

03-12-2020
Azərbaycanda telefon şəbəkəsi tam elektronlaşdırılıb

Azərbaycanda telefon şəbəkəsi tam elektronlaşdırılıb

03-01-2011
Çocuq Mərcanlı rabitə xidmətləri ilə təmin olunub-Foto

Çocuq Mərcanlı rabitə xidmətləri ilə təmin olunub-Foto

21-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə