İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Dünya İqtisadi Forumu (DİF) ilə əməkdaşlığı çərçivəsində ADA Universiteti Forumun “Strateji İntellekt” (“Strategic Intelligence”) platformasına məzmun təminatçısı kimi qoşulub.
Xeberler.az bildirir ki, ADA Universitetinin bu platformada təmsil olunması ölkənin akademik və analitik potensialının qlobal bilik ekosisteminə inteqrasiyası və elmi nailiyyətlərin auditoriyasının genişləndirilməsi baxımından mühüm addım hesab olunur.
Qeyd edək ki, “Strateji İntellekt” platformasının 1 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi var. Platformada Harvard, Yel, Oksford universitetləri və KAİST institutu da daxil olmaqla 400-dən artıq akademik tərəfdaş məzmun təqdim edir.
“Strateji İntellekt” yüzlərlə qlobal problemin və onların qarşılıqlı əlaqələrinin xəritəsini təqdim edən süni intellekt əsaslı təhlil platformasıdır. Bu platforma istifadəçilərə müxtəlif mövzular üzrə əsas məsələləri daha geniş perspektivdə analiz etməyə və qlobal tendensiyaları anlamağa imkan yaradır. Məlumatlar “transformasiya xəritəsi” adlanan interaktiv və dinamik vizuallaşdırma formatında təqdim olunur. Bu xəritələr 300-dən çox mövzunu əhatə edir və iqtisadiyyat, sənaye, iqlim, enerji və digər sahələr üzrə qlobal çağırışlar arasındakı əlaqələri araşdırmağa imkan verir.
ADA Universiteti ölkəmizdən platformaya qoşulan 4-cü məzmun təminatçısıdır. 2025-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi və Bakı Mühəndislik Universiteti məzmun təminatçısı kimi platformaya qoşulublar.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları