Mayın 15-də “Bayraktar Teknoloji Azərbaycan” şirkətinin direktoru Hüseyn Topuzun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
Xeberler.az məlumat verir ki, ADNSU-nun rektoru dosent Rüfət Əzizovla keçirilən görüşdə əməkdaşlıq əlaqələrinin qurulması və birgə həyata keçirilə biləcək perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Rektor Rüfət Əzizov universitetin tədris imkanları, maddi-texniki bazası, mövcud təhsil proqramları və beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verib. Bildirib ki, ADNSU olaraq istehsalat müəssisələri və qabaqcıl texnoloji şirkətlərlə, o cümlədən “Bayraktar Teknoloji Azərbaycan”la əməkdaşlığa xüsusi önəm verilir.
Şirkətin direktoru Hüseyn Topuz ADNSU-da olmaqdan məmnunluğunu ifadə edərək rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları haqqında geniş məlumat verib. O qeyd edib ki, “Bayraktar Teknoloji Azərbaycan” üçün prioritet sahələrdən biri ən müasir texnoloji sistemlərin inkişaf etdirilməsidir.
Hüseyn Topuz, həmçinin ADNSU-nun potensial imkanlarını yüksək qiymətləndirib və daha geniş müstəvidə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib. O, tələbələr üçün şirkətdə təcrübə proqramlarının mövcud olduğunu vurğulayıb və əlavə edib ki, hazırda şirkətdə 22 nəfər ADNSU məzunu çalışır və onlar peşəkarlıqları ilə seçilirlər.
Görüşün sonunda ADNSU ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında əməkdaşlıq memorandumu imzalanıb.
Səfər çərçivəsində qonaqlar universitetdə yerləşən Azərbaycan-Türkiyə Dostluq Mərkəzini və türkiyəli şəhid İlham Vankın adını daşıyan auditoriyanı ziyarət ediblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları