“Similarweb” şirkətinin tərtib etdiyi siyahıya əsasən “ChatGPT” dünyada ən çox ziyarət olunan saytlar arasında beşinci yeri tutub.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, istifadəçilərin “ChatGPT” saytında keçirdiyi orta vaxt 7 dəqiqə 15 saniyə təşkil edir. Bir ziyarət zamanı onlar adətən təxminən 4,15 səhifəyə baxış keçirirlər. Saytı yalnız bir səhifəyə baxdıqdan sonra tərk edənlərin faizi isə 29,59-dur.
Reytinqin ilk pilləsində “Google” axtarış sistemi qərarlaşıb. Burada istifadəçilər orta hesabla 10 dəqiqə 31 saniyə vaxt keçirirlər və bir ziyarət zamanı 8,91 səhifəyə baxırlar. “Google” saytını yalnız bir səhifəyə baxdıqdan sonra tərk edənlərin faizi isə 26,57-dir.
Populyarlığa görə ikinci yerdə “YouTube” yer alıb. Platformada bir sessiyanın orta müddəti 20 dəqiqə 18 saniyə təşkil edir və istifadəçilər orta hesabla 13,15 səhifəyə baxış keçirirlər. Saytı bir səhifədən sonra tərk edənlərin faizi isə 20,49-dur.
Ən populyar üç sosial şəbəkə arasında “Facebook” və “Instagram” da var. “Facebook”da istifadəçilər orta hesabla 10 dəqiqə 42 saniyə vaxt keçirirlər və 13,53 səhifəyə baxırlar. Bu göstəricilər “Instagram” üçün 8 dəqiqə 37 saniyə və 13,38 səhifədir. “Facebook”da bir səhifəyə baxdıqdan sonra saytı tərk edənlərin faizi 29,78, “Instagram”da isə 33,12-dir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları