Bakı Dövlət Universitetinin (BDU) və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının tərəfdaşlığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Xeberler.az məlumat verir ki, tədbir çərçivəsində BDU-nun Jurnalistika fakültəsində “Milli mətbuat tarixi auditoriyası”nın açılışı, “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin və fakültə tərəfindən yeni təsis edilən “Media problemləri” jurnalının təqdimat mərasimləri baş tutub.
BDU-nun rektoru Elçin Babayev milli medianın əldə etdiyi uğurlardan, ali təhsil müəssisəsinin jurnalist kadrlarını hazırlayarkən hansı məqamlara önəm verməsindən, tədris prosesində tətbiq olunan müasir təlim metodları və texnologiyalardan söz açıb:
"Bu gün milli medianın əldə etdiyi əhəmiyyətli nailiyyətlərdən geniş şəkildə bəhs etmək mümkündür. Mobil kommunikasiya vasitələrinin və sosial media platformalarının üstünlük təşkil etdiyi rəqəmsallaşma dövrünün tələblərinə cavab verən jurnalistlərin hazırlanması prioritet məsələ kimi qarşıya qoyulmalıdır".
Üsküdar Üniversitetinin rektoru Nazife Güngör isə beynəlxalq elmi kofransın BDU ilə birgə təşkil olunmasından məmnunluğunu ifadə edərək ali təhsil müəssisəsi ilə əməkdaşlıq çərçivəsində yeni layihələr hədəfləndiyini deyib.
"Türkiyə və Azərbaycanın sosial, iqtisadi və başqa sahələrdə iş birlikləri olsa da, elmi sahədə birliyin olması cəmiyyət üçün böyük töhfədir. Bu gün təşkil olunan konfransda medianın gücündən və tədbirin hər iki ölkənin jurnalistikası üçün faydalarından bəhs edilir. Bu hər iki ölkə üçün rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyətində kompas rolunu oynayacaq. Üsküdar Universiteti olaraq, Bakı Dövlət Universiteti ilə əməkdaşlığımızı yüksək dəyərləndirir və bu əməkdaşlıq çərçivəsində bir çox ortaq layihəni həyata keçirməyi hədəfləyirik".
Digər rəsmilər və universitet müəllimləri də milli mətbuatın 150 illiyi münasibəti ilə çıxışlar ediblər və Azərbaycan mediasının inkişaf yolundan danışıblar. Çıxışların sonunda musiqili tədbir baş tutub. Müxtəlif Azərbaycan xalq mahnıları səsləndirilib və milli rəqslər nümayiş etdirilib.
Qeyd edək ki, konfrans mayın 14-də başlayıb və üç gün davam edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları