“ASAN xidmət”in nümayəndə heyəti Madridə səfər edib

15-05-2025 / 13:56

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 11-dən 14-dək İspaniya Krallığının Madrid şəhərinə səfər edib.

Xeberler.az məlumat verir ki, məqsəd “GovTech 4 Impact World Congress 2025” adlı tədbirdə iştirak olub. 700-dən çox ziyarətçinin iştirak etdiyi tədbirdə 20-dən çox sessiya keçirilib.

Panel tədbiri zamanı Dövlət Agentliyinin sədr müavini “ASAN xidmət” və Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə xarici dövlət və özəl qurumların nümayəndələrinə geniş məlumat verib.

Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Xidmətləri Rəhbəri Məhəmməd bin Taliyah ilə ikitərəfli görüşdə 2022-ci il noyabrın 28-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində görülmüş işlər və gələcək layihələr haqqında geniş fikir mübadiləsi aparılıb.

Madrid şəhər merinin müavini Inmakulada Sanz Otero ilə keçirilən görüşdə tərəflər arasında dövlət xidmətləri sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub. Mümkün əməkdaşlıq sahələrinin müəyyən olunması istiqamətində əlaqələrin genişləndirilməsinə dair razılıq əldə edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə