Previous Next
Bağla

İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

21-04-2025 16:16
İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

"Elm və Təhsil Nazirliyinin 11 aprel 2025-ci il tarixli  əmri əsasında informatika fənni üzrə yeni kurikulum təsdiqlənib. Sənədə göz gəzdirəndə görmək olur ki, fənnin məzmununa köklü dəyişikliklər edilib". 

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.

Onun sözlərinə görə, sənədin girişində sonuncu kurikulumun 2013-cü ildə təsdiqlənməsi qeyd olunsa da, əslində bundan öncəki kurikulumun əsas tezisləri 20 il öncə, Dünya Bankının dəstəyilə hayata keçirilən layihə çərçivəsində hazırlanmışdı:

"Yuxarı siniflərdə müəyyən dəyişikliklər edilsə də, aşağı siniflərə ümumiyyətlə əl dəyilməmişdi. Dərsliklər də əsasən məhz həmin köhnə kurikulum əsasında yazılırdı.

Hazırda təsdiqlənən proqram yetərincə təkmildir. Demək olar ki, müasir çağırışların tələbləri nəzərə alınıb. İnformatikanın ümumi məsələləri ibtidai və ümumi orta təhsil səviyyəsində, xüsusi məsələlərin (alqoritmlər, proqramlaşdırma, verilənlər, e-hökumət, e-təhsil, e-səhiyyə, rəqəmsal imza, kriptovalyutalar, rəqəmsal pul və s) isə tam orta təhsil səviyyəsində verilməsi nəzərdə tutulub.

Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, süni intellektlə əlaqəli yeni müddəalar daxil edilib. Diqqət çəkən məqam həm də odur ki, informasiya təhlükəsizliyi tam yeni məzmun standartı olaraq qəbul edilib, bu sahə üzrə bilik və bacarıqlara ibtidai siniflərdən başlayaraq 11-ci sinfədək xüsusi yer ayrılıb".

Ekspert düşünür ki, bununla da informatika fənninin qarşısında duran əsas məqsədin reallaşdırılması, yəni şagirdlərdə məntiqi və alqoritmik təfəkkür tərzini,  yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, eləcə də onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları əldə edə  bilmələri sahəsində bacarıq və vərdişlərin formalaşması daha da uğurla həyata keçiriləcək:

"Məlumdur ki ölkədə bir neçə ali təhsil müəssisəsi informatika müəllimi, riyaziyyat və informatika müəllimi ixtisasları üzrə kadrlar hazırlayır.

Düzü, bilmirəm bu təhsil müəssisələri yeni kurikulumun hazırlanmasında iştirak ediblərmi. Amma görünən odur ki, bu cür köklü dəyişikliyə məruz qalan kurikulumdan sonra informatika müəllimi ixtisası olan ali təhsil müəssisələrində də proqramlar tam yenidən işlənməlidir.

Ümid edirəm, BDU, ADPU və digər universitetlər tez bir zamanda  bunları nəzərə alacaqlar.

Əks halda, bu ixtisaslar üzrə universitetləri bitirənlərin yeni kurikulum üzrə tədris prosesini qurmaqda ciddi problemləri olacağı qaçılmazdır".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Test imtahanlarına İnformatika da salınsın

Test imtahanlarına İnformatika da salınsın

16-01-2013
Təhsilin informasiyalaşdırılması üzrə beynəlxalq ekspert Sayyora Raxmankulova ilə görüş keçirildi

Təhsilin informasiyalaşdırılması üzrə beynəlxalq ekspert Sayyora Raxmankulova ilə görüş keçirildi

03-07-2012
Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022
Təmayül məktəblərdə İnformatika tədris olunacaqmı?

Təmayül məktəblərdə İnformatika tədris olunacaqmı?

04-08-2017
İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022
Bu il XI sinifdə İnformatika tədris ediləcək? – Açıqlama

Bu il XI sinifdə İnformatika tədris ediləcək? – Açıqlama

17-08-2017
İnformatikadan ilk qəbul imtahanına hazırlıq necədir?

İnformatikadan ilk qəbul imtahanına hazırlıq necədir?

12-01-2022
Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə

07-10-2022
Elmi informatika fənninin yeni proqramı müzakirə edilib

Elmi informatika fənninin yeni proqramı müzakirə edilib

09-04-2015
Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

12-01-2022
İnformatika fənni üzrə texniki tapşırıqlar müzakirə  olunub

İnformatika fənni üzrə texniki tapşırıqlar müzakirə olunub

30-12-2015
İnformatika müəllimləri üçün seminarlar

İnformatika müəllimləri üçün seminarlar

25-12-2018
Nazirlikdən informatika ilə bağlı xoş xəbər

Nazirlikdən informatika ilə bağlı xoş xəbər

05-05-2017
İnformatika fənni niyə qəbul imtahanına salınmır?

İnformatika fənni niyə qəbul imtahanına salınmır?

17-10-2017
 Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017
Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020
İnformatika problemini hansı qurum həll etməlidir?

İnformatika problemini hansı qurum həll etməlidir?

11-08-2015
Nazirlikdən  İnformatika  fənni ilə bağlı açıqlama

Nazirlikdən İnformatika fənni ilə bağlı açıqlama

07-08-2017
Xaricdə İT üzrə nə qədər tələbə təhsil alır? –Rəsmi

Xaricdə İT üzrə nə qədər tələbə təhsil alır? –Rəsmi

07-05-2018
“Ümid edirik ki, informatikanın ləğvi məsələsinə yenidən baxılacaq”

“Ümid edirik ki, informatikanın ləğvi məsələsinə yenidən baxılacaq”

23-06-2015
“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

25-09-2024
Hansı prioritetdir İnformatika yoxsa Kimya ?

Hansı prioritetdir İnformatika yoxsa Kimya ?

09-08-2019
Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

14-04-2021
İnformatika müəllimləri üçün seminarlar təşkil olunub

İnformatika müəllimləri üçün seminarlar təşkil olunub

24-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə