Previous Next
Bağla

"Süni intellekt, mobil tətbiqlər kimi ən yeni ixtisaslaşmalar üzrə təhsilə başlanıb"

23-09-2023 14:19
"Süni intellekt, mobil tətbiqlər kimi ən yeni ixtisaslaşmalar üzrə təhsilə başlanıb"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinin icrası mənə yeni həvalə olunsa da, 2016-cı ildən etibarən ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin icraçı direktoru olaraq çalışmışam. Ona görə də ADNSU-nun problemləri və uğurları barədə dolğun məlumata malikəm.

Bu fikirləri açıqlamasında ADNSU-nun rektor əvəzi Vazeh Əskərov söyləyib.

“Bir nümunə göstərim. 2020-ci ildə bakalavr təhsil səviyyəsi üzrə yeni təhsil proqramı təsdiq olunmuşdu. Bu il həmin tələbələr IV kursda təhsil alırlar. İşəgötürənlərin istəkləri əsasında peşə hazırlığının seçmə fənləri müəyyən edilib, tədris planında əks olunub və ixtisas kafedraları tərəfindən əsasən VII semestrdə tədrisinə başlanılıb. Bu hal ixtisas kafedralarının üzərinə böyük məsuliyyət qoyur. Bundan əlavə, cari tədris ilindən IV kurs tələbələrə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) və Layihə menecmenti fənləri tədris edilir və onlar istədikləri halda, ödənişli əsaslarla beynəlxalq səviyyəli sertifikat əldə edə bilərlər. Qeyd etdiyim məsələlər, ADNSU-nun üzləşdiyi yeni çağırışlardır və biz onların həlli istiqamətində müvafiq addımlar atmışıq. Göründüyü kimi, ADNSU-da təhsilin və tədrisin təşkilində ciddi problemlər yoxdur, əksinə, olsa idi, bu il universitetimizə rekord sayda – 5700-dək tələbə qəbul olmazdı”, -deyə Vazeh Əskərov bildirib.

Onun sözlərinə görə, universitetdə tədris olunan 30 ixtisasdan 18-i beynəlxalq akkreditasiyadan keçib, magistratura səviyyəsində süni intellekt, mobil tətbiqlər kimi ən yeni ixtisaslaşmalar üzrə təhsil verilməyə başlanılıb, eyni zamanda, Vorvik Universiteti ilə “Warwick Manufacturing Group”un bərpa olunan enerji mənbələri sahəsində “Master of Science” (təbiət elmləri üzrə) ikili diplom proqramına start verilib.

“ADNSU QS World University Rankingin qlobal reytinqində 1200+ yerdə qərarlaşıb. Universitetimiz Avropa universitetləri arasında 434-cü, Asiyada isə 22-ci sıradadır. Məşğulluq göstəricisinə görə ADNSU dünya universitetləri arasında 271-ci, Azərbaycan universitetləri arasında isə 1-ci yerdədir. ADNSU-da elektron universitet sisteminin daha əlçatan olması ilə bağlı aparılan işlər yekunlaşmaq üzrədir. Elektron universitet sisteminin mobil telefonlar üzərindən rahat istifadə imkanları bizə müəllimlər və tələbələr arasında daha sıx rabitəni yaratmağa kömək edəcək ki, bu da son nəticədə tədrisin keyfiyyətinin yüksəlməsinə töhfə verəcək”, - deyə ADNSU-nun rektor əvəzi Vazeh Əskərov fikrini yekunlaşdırıb. (Azərtac)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ADNSU-da “Kibertəhlükəsizlik laboratoriyası” açılıb

ADNSU-da “Kibertəhlükəsizlik laboratoriyası” açılıb

08-11-2024
Rektor: “2 mindən çox tələbə İT ixtisaslar üzrə təhsil alır”

Rektor: “2 mindən çox tələbə İT ixtisaslar üzrə təhsil alır”

18-04-2018
ADNSU Microsoft həllərindən istifadə edəcək

ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018
4SİM və ADNSU arasında əməkdaşlıq imkanları müzakirə olunub

4SİM və ADNSU arasında əməkdaşlıq imkanları müzakirə olunub

05-09-2025
Frankofoniya həftələrinin yekun konserti Bakcell-in dəstəyilə keçirilib

Frankofoniya həftələrinin yekun konserti Bakcell-in dəstəyilə keçirilib

23-04-2019
ADNSU-da İKT karyera trendləri mövzusunda konfrans keçirilib

ADNSU-da İKT karyera trendləri mövzusunda konfrans keçirilib

28-11-2018
ADNSU ilə “Bayraktar Teknoloji Azərbaycan” memorandum imzalayıb

ADNSU ilə “Bayraktar Teknoloji Azərbaycan” memorandum imzalayıb

15-05-2025
ADNSU ilə İRİA-nın əməkdaşlığı genişlənir

ADNSU ilə İRİA-nın əməkdaşlığı genişlənir

18-04-2025
ADNSU beynəlxalq konfransa hazırlaşır

ADNSU beynəlxalq konfransa hazırlaşır

18-07-2018
ADNSU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

ADNSU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

24-11-2025
“Qabaqcıl süni intellekt və maşın öyrənmə tətbiqləri” hakatonu keçirilib

“Qabaqcıl süni intellekt və maşın öyrənmə tətbiqləri” hakatonu keçirilib

01-12-2025
BDU-nun Tədris Elektron Mərkəzinin açılışı olub

BDU-nun Tədris Elektron Mərkəzinin açılışı olub

25-11-2010
Müəllim və tələbələr “böyük məlumatların emalı sistem”ni yaratdı

Müəllim və tələbələr “böyük məlumatların emalı sistem”ni yaratdı

06-01-2023
ADNSU-da startap məktəbinin ilk buraxılış festivalı keçirilib- Foto

ADNSU-da startap məktəbinin ilk buraxılış festivalı keçirilib- Foto

01-07-2016
Bakcell növbəti karyera sərgisinə qatılıb

Bakcell növbəti karyera sərgisinə qatılıb

22-05-2018
Azərbaycan təhsil sistemində ilk

Azərbaycan təhsil sistemində ilk

18-04-2018
Süni intellekt üzrə bakalavr proqramı başlayır

Süni intellekt üzrə bakalavr proqramı başlayır

22-05-2018
 II Startap və İnnovasiya Festivalı keçirilib-Foto

II Startap və İnnovasiya Festivalı keçirilib-Foto

16-06-2017
ADNSU-da Startap məktəbi fəaliyyətə başladı- Fotolar

ADNSU-da Startap məktəbi fəaliyyətə başladı- Fotolar

29-01-2016
Startap məktəbləri fəaliyyətə başlayacaq

Startap məktəbləri fəaliyyətə başlayacaq

28-11-2015
Mustafa Babanlı nə üçün rektor vəzifəsindən azad edilib?

Mustafa Babanlı nə üçün rektor vəzifəsindən azad edilib?

13-07-2023
“Öz İdeyanı Gerçəkləşdir” layihə müsabiqəsinin  təqdimatı keçirilib

“Öz İdeyanı Gerçəkləşdir” layihə müsabiqəsinin təqdimatı keçirilib

18-10-2015
AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

12-12-2023
BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

03-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə