Mayın 15-də ADA Universiteti ilə “Bayraktar Texnoloji Azərbaycan” MMC arasında elm və təhsil sahələrində qarşılıqlı əməkdaşlığın qurulmasına dair anlaşma memorandumu imzalanıb. Sənədi ADA Universitetinin rektoru səfir Hafiz Paşayev və “Bayraktar Texnoloji Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz imzalayıblar.
Xeberler.az bildirir ki, bu barədə universitetdən məlumat verilib.
Sənədə əsasən tərəflər çoxşaxəli akademik fəaliyyətlər üzrə əməkdaşlıq edəcəklər. Hər iki qurum tədris prosesinin təkmilləşdirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsi, ortaq kursların hazırlanması, tələbə və müəllimlər üçün təlimlərin icrası da daxil olmaqla qarşılıqlı maraqdan irəli gələn bir sıra istiqamətlər üzrə tərəfdaşlıq edəcəklər. Həmçinin memorandum çərçivəsində birgə tədqiqat layihələri irəli sürüləcək, konfrans və seminarlar təşkil ediləcək.
Razılaşmaya əsasən, ADA Universitetinin tələbələri üçün “Bayraktar Texnoloji Azərbaycan”da təcrübə və iş imkanları yaradılacaq.
Memorandumun qüvvədə olduğu üç il ərzində tərəflər birgə fəaliyyəti təşviq etmək məqsədilə mütəmadi olaraq əməkdaşlığın qiymətləndirilməsi və gələcək təşəbbüslərin müzakirəsi üçün görüşlər təşkil edəcəklər.
Xatırladaq ki, memorandumun imzalanması ilə bağlı ilkin razılıq ötən ilin sonunda tərəflər arasında keçirilmiş tanışlıq görüşü zamanı əldə edilib. Həmin görüşdə əməkdaşlığın mümkün istiqamətləri, ortaq maraqlar və gələcək fəaliyyət planları geniş şəkildə nəzərdən keçirilib və bu danışıqlar nəticə etibarilə bu il rəsmi sənədin imzalanması ilə yekunlaşıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları